Britaniya Hörmüz boğazını açmağa kömək üçün ABŞ a mütəxəssis göndərib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Böyük Britaniya Hörmüz boğazını açmaq üçün plan hazırlamaq məqsədilə ABŞ-a hərbçilərdən ibarət kiçik bir qrup göndərib.
APA xəbər verir ki, bu barədə “The Times” qəzeti Böyük Britaniya Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Britaniyalı mütəxəssislərin Yaxın Şərqdə hərbi əməliyyatlara cavabdeh olan ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qərargahının yerləşdiyi Florida ştatının Tampa şəhəri yaxınlığındakı MakDill Hərbi Hava Qüvvələri Bazasına getdiyi bildirilir.
Qəzetin məlumatına görə, Britaniya mütəxəssislərindən gəmilərin boğazdan təhlükəsiz keçməsini təmin etmək üçün planlaşdırma və variantların hazırlanmasında kömək tələb olunub.
Bu mövzuda digər xəbərlər:Britaniya Hörmüz boğazını minalardan təmizləmək istəyir
29 Mart 2026 14:57
Tehran Hörmüz boğazını açmağa hazırdır
22 Sentyabr 2026 14:36
Böyük Britaniya Hörmüz boğazına esmines göndərib
09 May 2026 18:25
Britaniya Hörmüz boğazı üçün baza hazırladı
29 Mart 2026 15:07
Pezeşkian: BRICS İrana Hörmüz boğazını açmağa kömək edə bilər
13 Sentyabr 2026 20:22
Baxış sayı:179
Bu xəbər 19 Mart 2026 05:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















