Britaniya İranı vacib təhdid hesab edir
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
İran Böyük britaniya üçün genişmiqyaslı və mühüm bir təhdiddir. Lakin, Rusiya və Çinlə eyni səviyyədə deyil.
APA xəbər verir ki, bu barədə Britaniya parlamentinin bəyanatında qeyd edilib.
Parlamentin Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin bildirdiyinə görə, İrandan qaynaqlanan fiziki təhdidlər və sui-qəsd təşəbbüsləri, o cümlədən casusluq, kiber hücumlar və nüvə silahı əldə etmək ambisiyası bu ölkəni təhdid hesab etməyə əsas verir.
“İran bizi narahat edən hər növ təhdidin arxasında dayanır. Bizim qayığımız bundan ibarətdir ki, Britaniya hökuməti sadəcə İranın nüvə təhdidinə fokuslanıb və digər təhlükələrə kifayət qədər diqqət ayırmır”- komitənin bəyanatında deyilir.
İranın Londondakı səfirliyi hələlik bəyanata reaksiya verməyib.
Baxış sayı:79
Bu xəbər 10 İyul 2025 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















