Icma.az
close
up
RU
Britaniya jurnalı Azərbaycan kəlağayısına həsr olunmuş məqalə nəşr edib FOTO

Britaniya jurnalı Azərbaycan kəlağayısına həsr olunmuş məqalə nəşr edib FOTO

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Britaniyada dünyanın aparıcı ixtisaslaşmış nəşrlərindən olan “Hali” jurnalında “Heads Held High” adlı material dərc edilib. Məqalədə örpəyin Azərbaycan xalqının milli kimliyinin simvoluna çevrilməsi və ənənə kimi zamanla necə yeniləndiyi barədə araşdırma təqdim edilib. Bu geniş materialın müəllifi Smitson İnstitutunun Milli Təbiət Tarixi muzeyinin antropoloq-tədqiqatçısı, muzeyin Asiya mədəniyyəti tarixi proqramının direktoru və Asiya, Avropa və Yaxın Şərq etnologiya şöbəsinin kuratoru Pol Maykl Teylordur. SİA-nın xəbərinə görə, məqalədə qeyd olunub ki, “Azərbaycan kəlağayısı (ipək qadın baş örtüyü) qədimdən ənənəvi Azərbaycan geyiminin məşhur elementlərindən olub, Azərbaycan milli kimliyinin vacib simvoludur. 2014-cü ildə kəlağayı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib”.

Bu parçalar, onların istehsalı və simvolikası haqqında ingilis dilində çox az məlumat mövcuddur. Buna görə də ənənəvi Azərbaycan baş örtüyünün istehsalı barədə dünyanın aparıcı ixtisaslaşmış elmi nəşrində etnoqrafiya, etnobiologiya, dilçilik antropologiyası, incəsənət və Asiyanın maddi mədəniyyəti üzrə çoxsaylı elmi kitab və məqalələrin müəllifi, iyirmi bir muzey sərgisinin (beş virtual sərgi də daxil olmaqla) kuratoru və etnoqrafik filmlər üzrə məsləhətçi-antropoloq Pol Maykl Teylor tərəfindən ətraflı məlumatın təqdim edilməsini Azərbaycan mədəniyyətinin təbliği sahəsində qazanılan növbəti qələbələrdən hesab edilə bilər. Azərbaycan kəlağayısının tarixi nümunələrini həm ölkəmizdə, həm də ölkə xaricində böyük muzey və kolleksiyalarda tapmaq olar.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qeyd edib ki, ölkəmizin xalq tətbiqi ənənəvi sənətinə bu cür böyük və hörmətli nəşrin diqqət yetirməsi sevindirici haldır. Bu, bir daha sübut edir ki, bizim incəsənət dünya incəsənətinin ayrılmaz hissəsidir.

“Azərbaycan haqlı olaraq, zəngin mədəniyyəti ilə fəxr edir. Ölkə tarixən qədim “İpək yolu”nun bir hissəsi olub və məqalədə də qeyd olunduğu kimi XIII əsrdə Marko Polonun səfərinə kimi artıq ipəkçiliyin mühüm mərkəzlərindən birinə çevrilib. Xatırlatmaq istərdim ki, Pol Maykl Teylor dəfələrlə Azərbaycanda olub. Çünki, o, kəlağayının hazırlanması ilə bağlı bütün incəlikləri yerində öyrənməyin tərəfdarı olub. Bundan başqa onun xahişi ilə ona bu mövzuda ədəbiyyat göndərmişik. Deyə bilərəm ki, Pol Azərbaycana vurğun bir insandır. “Hali” jurnalındakı məqaləsi də buna sübutdur. Jurnalın böyük nüfuzu mühüm mükafatlarla müqayisə edilə bilər. Bu da bizim üçün qürur mənbəyidir”, - deyə Əminə Məlikova qeyd edib.

2018-ci ildə nəşr olunan “Kəlağayı sənəti” kitabına istinad edən Teylor məqalədə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikovanın fikirlərindən də misal gətirib.

Kəlağayının istehsal olunduğu ərazi ilə aralarında olan incə nüanslara toxunan müəllif vurğulayır ki, “bəzək naxışları və rəng seçimi, hətta hazır şərfin qatlanma üsulu belə xüsusi məna daşıyır”. Məqalədə müəllif həm də hesab edir ki, “Azərbaycan milli kimliyi üçün kəlağayının özəlliyini ölkənin təsviri incəsənətində də görmək olar”.

Teylor qeyd edir ki, Azərbaycan müstəqillik əldə edəndən sonra ənənəvi sənətlərin bərpa olunması və inkişafına xüsusi diqqət ayırıb, özəlliklə də kəlağayı istehsalı bu istiqamətdə atılan mühüm addım olub ki, bu da yenilikçi ideyaları ilə seçilən gənc rəssamları cəlb edib. Müəllif nümunə olaraq Azərbaycan rəssamı Fərhad Fərzəlinin yaradıcılığını misal çəkib. O, Basqal emalatxanalarına baş çəkdikdən sonra kəlağayıya həsr olunmuş silsilə rəsmlər çəkib və 2014-cü ildə BƏƏ-nin paytaxtı Şarjada İslam İncəsənəti Festivalında nümayiş etdirib.

“Hali” jurnalı 1978-ci ildən Londonda nəşr olunur. Burada əsasən mütəxəssis araşdırmaları və ekspertlərin fikirləri, xalçaçılıq sahəsində yeniliklərə həsr olunmuş məqalələr dərc edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Fevral 2025 07:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri