Icma.az
close
up
RU
Britaniya kral ailəsində şok: Endryu təhlükədən qaçaraq xilas oldu

Britaniya kral ailəsində şok: Endryu təhlükədən qaçaraq xilas oldu

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Britaniya kral ailəsinin qalmaqallı üzvlərindən biri yenidən diqqət mərkəzinə düşüb.

"Ölkə.az" xəbər verir ki, The Telegraph nəşri keçmiş şahzadə Endryu Mountbatten-Vindzor-a qarşı baş vermiş təhlükəli insidentin təfərrüatlarını yayıb.

Məlumata görə, hazırda yalnız Mauntbetten-Vindzor soyadını daşıyan keçmiş York hersoqu Norfolk qraflığındakı Sandrinqem malikanəsi yaxınlığında itlərini gəzdirərkən naməlum şəxsin hədəsi ilə üzləşib.

Hadisə çərşənbə günü yerli vaxtla saat 19:30 radələrində baş verib. Balaklava taxmış kişi avtomobildən düşərək Mauntbetten-Vindzora tərəf hərəkət edib və ona qışqırmağa başlayıb.

“The Telegraph”ın məlumatına görə, keçmiş şahzadə həmin şəxsi özündən təxminən 50 yard məsafədə görüb. O, şəxsi mühafizəçisi ilə birlikdə yaxınlıqda saxlanılan avtomobilinə qaçaraq yüksək sürətlə ərazidən uzaqlaşıb.

İddialara görə, şübhəli şəxs onu təqib etməyə çalışıb.

Hadisədən sonra həmin şəxs silah saxlamaq və ictimai asayişi pozmaq şübhəsi ilə saxlanılıb. Norfolk polisi əraziyə gələrək onu dindirilmək üçün polis bölməsinə aparıb.

Məlumata görə, polis avtomobildə silah və digər təhlükəli əşyaların olub-olmadığını müəyyən etmək üçün axtarış da aparıb.

İnsident Sandrinqem kral parkı yaxınlığındakı ictimai ərazidə baş verib.

Qeyd olunur ki, Mauntbetten-Vindzor ötən il Vindzordakı “Royal Lodge” iqamətgahını tərk etdikdən sonra Sandrinqemdəki “Marsh Farm” mülkünə köçüb.

Nəşr yazır ki, hadisədən sonra keçmiş hersoq ciddi sarsıntı keçirib və ondan, eləcə də mühafizəçisindən ifadə alınıb.

Britaniya mediasında onun kənd ərazisinə köçməsindən sonra təhlükəsizlik risklərinin artdığı barədə narahatlıqların olduğu bildirilir.

Xatırladaq ki, kral IIı Çarlz 2024-cü ildə qardaşı Endryunu şəxsi mühafizə və dövlət təminatından məhrum etmişdi. Bu qərar onun mərhum maliyyəçi və cinsi istismar qalmaqalının əsas fiqurlarından olan Jeffrey Epstein ilə əlaqələri fonunda verilmişdi.(Musavat.com)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 May 2026 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see464

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see392

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see351

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see304

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see301

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see293

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see270

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see263

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see256

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see250

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see246

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see238

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see229

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see222

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see217

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see205

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see205

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see198

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri