Britaniya Rusiyanın dondurulmuş 8 milyard funtluq aktivlərindən istifadə etməyəcək
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Böyük Britaniya Rusiyanın ölkə ərazisində dondurulmuş aktivlərini Ukraynaya yardım məqsədilə birtərəfli qaydada istifadə etməyəcək.
APA xəbər verir ki, bu barədə Financial Times qəzeti hökumətdəki mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, London bu qərarı Avropa İttifaqı sammitində oxşar təşəbbüsün uğursuzluğa düçar olmasından sonra verib.
Qərarın əsas səbəbi bank sektorunun hüquqi narahatlıqlarıdır. Maliyyə qurumları Moskva tərəfindən mümkün məhkəmə iddialarından, eləcə də Rusiyanın cavab tədbirləri halında dövlət zəmanətlərinin olmamasından ehtiyat edirlər.
Hökumət nümayəndəsinin sözlərinə görə, Böyük Britaniya “beynəlxalq tərəfdaşlar olmadan bu məsələ üzrə irəliləməyəcək”, lakin Ukraynanın maliyyələşdirilməsi məsələsində G7 və Aİ ilə sıx əməkdaşlığı davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 20 Dekabr 2025 00:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















