Britaniya şirkəti Azərbaycanda 1 milyon unsiyadan çox qızıl ekvivalentində hasilat aparıb
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın "Anglo Asian Mining" (AAM) dağ-mədən şirkəti ölkə ərazisindəki mədənlərinin işə salındığı vaxtdan bəri qızıl ekvivalentində 1 milyon unsiyadan çox ümumi istehsal həcminə nail olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, AAM 2009-cu ildə "Gədəbəy" yatağında hasil edilən filizin topa aşındırma üsulundan istifadə edərək qızıl və gümüşün çıxarılmasına başlayıb. Ötən il fəaliyyətin genişləndirilməsi strategiyasına uyğun olaraq, "Anglo Asian Mining" yeni yeraltı "Gilar" mis-qızıl mədənini, eləcə də "Dəmirli" mis yatağını işə salıb.
"2026-cı ilin yanvar ayının sonuna, 2009-cu ildə işə başlanılan vaxtdan bəri ümumi istehsal həcmi qızıl ekvivalentində bir milyon unsiya həddini aşıb. Bu göstəriciyə təxminən 851 min unsiya qızıl, 1,9 milyon unsiya gümüş və 30 min tondan çox mis daxildir", - şirkətin bəyanatında bildirilib.
"Anglo Asian Mining" həmçinin "Gilar" və "Dəmirli" mədənlərinin gücünün artırılması sayəsində 2026-cı ildə mis istehsalı həcminin üç dəfə artacağını gözləyir. Xatırladaq ki, təkcə 2025-ci il ərzində AAM 25,061 min unsiya qızıl, 153,332 min unsiya gümüş və 7,915 min ton mis hasil edib.
AAM 2026-cı ildə 28 mindən 33 min unsiyayadək qızıl hasil etməyi planlaşdırır. Bu il gümüş hasilatının 170 mindən 210 min unsiyayadək, misin isə 20 mindən 25 min tonadək həcmdə olacağı proqnozlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 12 Mart 2026 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















