Icma.az
close
up
RU
Tehran üç böyük silah dan əlini çəkdi İŞİD dən sonra yeni təhlükə

Tehran üç böyük silah dan əlini çəkdi İŞİD dən sonra yeni təhlükə

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail və HƏMAS-ın ABŞ Prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoffun Qəzzada atəşkəs təklifi ilə razılaşdıqları bildirilir. Razılaşmada ilk növbədə hücumların 60 gün müddətinə dayandırılması və əsirlərin mübadiləsi nəzərdə tutulub.

Bununla yanaşı, İsrail ordusunun Qəzzada yerləşdirilməsinə dair maddənin də atəşəs sənədində yer aldığı deyilir. Lakin iddialara görə, HƏMAS ilk başda təklifə müsbət yanaşsa da, daha sonra bunun anklavda müharibəyə birdəfəlik son qoymamasını əsas gətirərək imtina edə biləcəyinə dair fikirlər səsləndirilir.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, HƏMAS artıq Qəzzada atəşkəs təklifini demək olar qəbul edib:

“Yeni təklifə əsasən, iki qrup halında on girovun azad olunması müqabilində 60 günlük atəşkəs nəzərdə tutulur. Əldə olunan məlumata görə, müvəqqəti atəşkəs dövründə ABŞ-ın vasitəçiliyi ilə daimi atəşkəs üçün danışıqlar davam etdiriləcək.

HƏMAS-ın atəşkəsi qəbul etməsinin əsas səbəblərindən biri təşkilatın ciddi şəkildə zəifləməsidir. Bunun arxasında təkcə İsrailin intensiv hücumları deyil, həm də İranın qruplaşmaya əvvəlki kimi güclü dəstək verməməsi dayanır. Tehran Qərbin sərt sanksiyalarından sonra Yaxın Şərqdə proksi qüvvələr yaradaraq, fəaliyyətini əsasən həmin təşkilatların əli ilə həyata keçirməyə başlamışdı. Bu üsul eyni zamanda Qərbdən gələn təhdidlərə qarşı dolayı yolla hərbi və siyasi cavab vermək üçün bir vasitə idi.

2024-cü ildə İran və İsrail arasında yaşanan gərginlik, həmçinin ilin sonunda ABŞ-da Donald Trampın hakimiyyətə qayıtması Tehran rəhbərliyini ənənəvi siyasətindən geri çəkilməyə məcbur etdi”.


Zeynal Əmrəliyev

Politoloq əlavə edib ki, ABŞ və İran arasında Omanda aparılan danışıqlardan sonra münasibətlərdə müəyyən yumuşalma müşahidə olunur:

“Vaşinqton Tehranla nüvə məsələsində razılığa gəlmək istəyir. Bununla da əsas diqqətini Rusiya və Çinə yönəltməyə, eyni zamanda Fars körfəzində sabitliyi təmin edərək enerji bazarını tənzimləməyə çalışır. Bu çərçivədə ABŞ-ın İran qarşısında əsas şərtlərindən biri HƏMAS, “Hizbullah” və husilərə verilən dəstəyin dayandırılmasıdır. HƏMAS da daxil olmaqla, hər üç təşkilatın Vaşinqton və Təl-Əvivlə atəşkəs barədə razılığa gəlmək istəyinin əsas səbəbi öz varlıqlarını qoruyub saxlamaq cəhdidir.

İranın proksilərinin öz resursları hesabına zəif formada fəaliyyətlərini davam etdirmələri mümkündür. Lakin bu vəziyyət uzun müddət davam etməsi inandırıcı görünmür. Belə olan halda isə İsrailin onları tamamilə sıradan çıxarmağa çalışması ehtimalı yüksəkdir.

Başqa bir ssenari isə təşkilatların nisbətən xırda qruplara bölünməsidir. Amma bu, Yaxın Şərqdəki gərginliyi daha da artıracaq və bölgəni yeni xaosa sürükləyəcək. Nəticədə belə bir addım bölgədə İŞİD-dən sonra daha təhlükəli və qeyri-sabit bir mərhələnin başlanmasına səbəb ola bilər.

Ümumiyyətlə, sadalanan ehtimallardan hansının reallaşması ABŞ-İran danışıqlarının nəticəsindən asılıdır”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 May 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri