Icma.az
close
up
RU
Britaniyada süni intellektlə bağlı X platforması üzrə araşdırma aparılır.

Britaniyada süni intellektlə bağlı X platforması üzrə araşdırma aparılır.

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Böyük Britaniyanın media və kommunikasiya tənzimləyicisi “Ofcom” İlon Maskın sahibi olduğu X sosial şəbəkəsi ilə təcili əlaqə saxladığını bildirib.

"Unikal" “The Telegraph”a istinadla xəbər verir ki, səbəb platformanın süni intellekt alətinin razılıq olmadan qadınların, o cümlədən Uels Şahzadəsinin yarıçılpaq təsvirlərini yaratması ilə bağlı məlumatlardır.

Tənzimləyici qurum X-in Böyük Britaniyanın onlayn təhlükəsizlik qanunvericiliyinə əməl edib-etmədiyini araşdırdığını və qısa müddətdə rəsmi istintaqın başlanıb-başlanmaması ilə bağlı qərar veriləcəyini açıqlayıb. Məlumata görə, X platformasında fəaliyyət göstərən “Grok” adlı süni intellekt çat-botu Uels Şahzadəsi Ketrinin mövcud fotoları əsasında onun bikini geyimində realistik təsvirlərini yaradıb. Bildirilir ki, ən azı dörd halda çat-bot mövcud şəkilləri təkrar işləyərək yeni təsvirlər formalaşdırıb. Son günlərdə süni intellektin təsviryaratma funksiyasının qadınlar və uşaqların yarıçılpaq və ya cinsi xarakterli pozalarda minlərlə görüntüsünü istehsal etdiyi, bəzi hallarda isə bu cür şəkillərin dəqiqələr ərzində yaradıldığı bildirilir.

Böyük Britaniyada qüvvədə olan onlayn təhlükəsizlik qaydaları rəqəmsal platformalardan istifadəçiləri zərərli və qanunsuz məzmundan qorumağı tələb edir. “Ofcom”un mümkün istintaqı X platforması üçün ciddi hüquqi nəticələr yarada bilər.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://unikal.az
archiveBu xəbər 05 Yanvar 2026 22:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri