Icma.az
close
up
RU
Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrasından danışıb

Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrasından danışıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 27 avqust, AZƏRTAC

“Chapman Taylor” beynəlxalq məsləhətçi şirkətinin İdarə Heyətinin üzvü Marselina Zielinska Qarabağa növbəti səfəri ilə bağlı təəssüratlarını bölüşüb.

AZƏRTAC xəbər verir ki, o, özünün “LinkedIn” sosial şəbəkə hesabında paylaşımında səfər çərçivəsində şirkətin mütəxəssislərinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri ilə birlikdə Şuşada həyata keçirilən layihələrin icra vəziyyəti ilə tanış olduqlarını bildirib. Zielinskanın paylaşımında şəhərdə aparılan bərpa və quruculuq işlərinin nəticələri, eləcə də Baş planda nəzərdə tutulan şəhərsalma həllərinin mərhələli şəkildə həyata keçirilməsi diqqətə çatdırılıb.

Şirkət nümayəndəsi şəhərin ilk yaşayış məhəllələrindən birində formalaşan yeni həyata xüsusi diqqət çəkərək yazıb ki, burada artıq ailələr məskunlaşıb, supermarket, aptek və iki gözəllik salonu da daxil olmaqla ticarət və xidmət obyektləri fəaliyyət göstərir.

“Məhəllənin necə canlandığını görmək düşünülmüş planlaşdırma və dizaynın cəmiyyətə göstərdiyi təsirin sübutudur”, – deyə Zielinska bildirib.

Paylaşımda Şuşanın əsas ictimai və ticarət məkanlarından birinə çevrilən Qarabağ küçəsi ilə bağlı məqamlar da əks olunub. Zielinskanın sözlərinə görə, küçə üçün hazırlanmış konsepsiyanın icrası yekunlaşmaq üzrədir. Burada kommersiya obyektlərinin hamısı hələ fəaliyyətə başlamasa da, küçə artıq işıqlı və canlıdır, piyadaların fəal istifadə etdiyi şəhər məkanına çevrilir.

Mütəxəssis yazır ki, küçənin memarlıq tərtibatında yerli təbii daşlardan istifadə edilib, ərazi isə piyadalar və nəqliyyat vasitələri üçün vahid məkan (shared space) prinsipi əsasında təşkil olunub. Bu yanaşma isə daha rahat, təhlükəsiz və insanyönümlü şəhər mühitinin formalaşmasına imkan verir.

Qeyd edək ki, sözügedən layihələr Şuşanın kompleks şəhərsalma inkişafının tərkib hissəsidir. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş planı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Chapman Taylor” və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb və 2024-cü ildə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib.

Xatırladaq ki, 506 hektar ərazini əhatə edən Baş plan Şuşanın tarixi-memarlıq kimliyinin və unikal təbii landşaftının qorunmasını, eyni zamanda, müasir şəhərsalma həllərinin tətbiqini nəzərdə tutur. Sənədin əsas yanaşmalarından birini sakinlərin gündəlik tələbatlarını yaşayış məhəllələrinin yaxınlığında qarşılamağa imkan verən “15 dəqiqəlik şəhər” konsepsiyası təşkil edir.

Baş planda müasir nəqliyyat həlləri, keyfiyyətli ictimai məkanlar və ekoloji infrastruktur da əsas istiqamətlər kimi müəyyənləşdirilib. Bu yanaşmaların nəticələri artıq şəhər mühitində özünü göstərir. Tam elektrikləşdirilmiş ictimai nəqliyyat, yeraltı tullantı toplama və çeşidləmə sistemi buna nümunədir.

Britaniyalı ekspertin paylaşımı əslində Baş planda nəzərdə tutulan şəhərsalma həllərinin artıq real şəhər mühitində öz əksini tapdığını, Şuşanın tarixi siması və memarlıq kimliyi qorunmaqla müasir, rahat və dayanıqlı şəhər kimi inkişaf etdiyini, onun bərpaolunan məhəllələrinə həyatın yenidən qayıtdığını göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Avqust 2026 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri