Icma.az
close
up
RU
Türkiyə ABŞ Suriya üçbucağında PKK nın taleyi

Türkiyə ABŞ Suriya üçbucağında PKK nın taleyi

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Suriya müharibəsi artıq çoxdan daxili vətəndaş qarşıdurması olmaqdan çıxıb. Bu müharibə regional və qlobal güclərin maraqlarının kəsişdiyi, ittifaqların müvəqqəti, düşmənçiliklərin isə dəyişkən olduğu klassik geosiyasi laboratoriyaya çevrilib. Bu laboratoriyada ən paradoksal mövqelərdən birini isə PKK və onun Suriyadakı törəmələri tutub.

Bir tərəfdən ABŞ üçün PKK-nın Suriyadakı qolu olan Suriya Demokratik Qüvvələri (SDF) uzun illər İŞİD-lə mübarizədə “zəruri tərəfdaş” kimi təqdim olunub. Digər tərəfdən Türkiyə bu strukturu dəyişməz olaraq milli təhlükəsizliyinə yönəlmiş terror şəbəkəsi hesab edib. Üçüncü tərəfdə isə Suriya dövləti dayanır: illər boyu zəifləmiş, lakin indi yenidən suverenlik iddiasını bərpa etməyə çalışan Dəməşq.

Bir vaxtlar PKK-nın Suriyadakı qolu Qərb mediasında “yerli müttəfiq”, “İŞİD-ə qarşı ən etibarlı qüvvə” kimi təqdim olunurdu. Bu gün isə eyni mətbuat “inteqrasiya”, “geri çəkilmə”, “təhlükəsizlik riski” kimi ifadələrlə eyni strukturu faktiki olaraq problem aktoru kimi təsvir edir. Geosiyasətdə bu cür dil dəyişikliyi təsadüf olmur. Bu, himayənin bitdiyini göstərir.

Bu gün Suriyada baş verənləri bir cümlə ilə ifadə etmək olar: PKK qalib gəlmədi, sadəcə uduzma mərhələsi uzandı.

Vaşinqtonun soyuq reallığı: “lazımlı” dövr bitdi

ABŞ üçün PKK/YPG heç vaxt strateji müttəfiq olmayıb. O, yalnız istifadə edilən alət idi. İŞİD-lə mübarizə bitən kimi alətin də dəyəri azaldı. Bu fakt artıq gizlədilmir.

Reuters açıq yazır ki, kürd döyüşçüləri vahid struktur kimi yox, fərdi şəkildə Suriya ordusuna inteqrasiya edilməlidir. Bu isə o deməkdir ki, kürdlər üçün Suriya daxilində muxtariyyət perspektivi yoxdur. Dövlətcikdən danışmağa isə ümumiyyətlə dəyməz. Muxtariyyət, federalizm və ya “Şimali Suriya layihəsi” anlayışları Vaşinqtonun gündəmindən faktiki olaraq çıxarılıb.

ABŞ üçün əsas prioritet indi İran–İsrail qarşıdurması, Qırmızı dəniz, Çinlə rəqabət və Ukraynadan sonrakı Avropa təhlükəsizliyidir. Suriya isə getdikcə ikinci dərəcəli teatr statusuna enir.

Vaşinqton indi PKK-nı qorumağın faydasını yox, riskini hesablayır. Bu riskin adı isə Türkiyədir. NATO müttəfiqi ilə açıq qarşıdurma naminə artıq heç kim Suriyada “kürd kartı” oynamaq istəmir.

Dəməşqin mesajı: “Silah dövlətdən kənarda olmaz”

PKK üçün ən pis ssenari ABŞ-ın çəkilməsi deyil. Ən pis ssenari Dəməşqin qayıdışıdır. Çünki Suriya dövləti federalizmə qapalıdır və bu mövzuda güzəşt yoxdur.

The Washington Post yazır ki, Suriya dövləti üçün PKK/YPG məsələsi heç vaxt “kürd hüquqları” müstəvisində olmayıb. Bu, suverenlik məsələsidir: “Syria’s government announced a ceasefire and ‘full integration’ agreement with the Kurdish-led SDF, potentially ending years of territorial fragmentation.”

(“Suriya hökuməti kürdlərin rəhbərlik etdiyi SDF ilə ‘atəşkəs və tam inteqrasiya’ razılaşması elan etdi. Bu, illərlə davam edən ərazi parçalanmasına potensial olaraq son qoya bilər.”)

Bu cümlədə açar söz “full integration”dir. Bu, PKK-nın Suriyada siyasi-hərbi aktor kimi tarixi məğlubiyyətidir. Çünki inteqrasiya-lazımsız olmaq anlamına gəlir.

Suriya hökumətinin mesajı sadə və sərtdir: Silahı ver, bayrağı endir, sistemə daxil ol.

Bu, PKK-nın illərlə qurmağa çalışdığı “Şimali Suriya layihəsinin” rəsmi dəfnidir. Qərb mediası bunu “kompromis” adlandırır. Əslində isə bu, təslim olma formatıdır.

Ankara: səssiz, ardıcıl, nəticəli

Türkiyə bu prosesin ən səbirli və ardıcıl aktoru olub. Ankara nə Vaşinqtonla açıq toqquşmaya getdi, nə də Dəməşqlə erkən razılaşma yolunu seçdi. Nə emosional bəyanatlarla vaxt itirdi, nə də “bir gecədə bitirərik” ritorikası ilə özünü yordu. Bunun əvəzinə zamanla oynadı.

Yenə Reuters yazır: “Turkey has hailed the recent integration agreement as a historic turning point for its counter-terrorism objectives.” (“Türkiyə son inteqrasiya razılaşmasını terrorla mübarizə məqsədləri baxımından tarixi dönüş nöqtəsi kimi qiymətləndirir.”)

Türkiyə bir şeyi sübut etdi: PKK ilə mübarizə yalnız hərbi deyil, geosiyasi məsələdir.

Bu gün Qərb mediasında PKK artıq “azadlıq hərəkatı” kimi yox, “regional sabitliyə risk” kimi təsvir olunur. Bu, dönüş nöqtəsidir. Çünki Qərbdə termin dəyişəndə siyasət də dəyişir.

Bu “tarixi dönüş”ün mahiyyəti aydındır: PKK-nın Suriyada legitimləşmə ehtimalı sıfıra enir. ABŞ Türkiyənin təhlükəsizlik arqumentlərini faktiki olaraq qəbul edir. Suriya dövləti PKK-nı rəsmi struktura çevirmədən udur. Türkiyə üçün bu, hərbi qələbədən də dəyərli nəticədir-PKK geosiyasi baxımdan neytrallaşır.

ABŞ-ın qorxusu: İŞİD məhbusları

Vaşinqtonun əlində qalan son arqument İŞİD həbsxanalarıdır. The Wall Street Journal yazır: “U.S. officials are concerned that escalating conflict could force Kurdish forces to abandon their posts guarding thousands of ISIS detainees.” (“ABŞ rəsmiləri narahatdır ki, münaqişənin genişlənməsi kürd qüvvələrini minlərlə İŞİD məhbusunu qoruduqları mövqeləri tərk etməyə məcbur edə bilər.”)

“Əgər PKK sıxışdırılsa, İŞİD geri qayıda bilər” tezisi artıq tez-tez səslənir. Bu arqument PKK-nın son faydalı olmaq kartıdır. Amma bu kart da köhnəlib. Çünki Qərb yaxşı bilir ki, PKK-nı qorumaq İŞİD riskini azaltmır, sadəcə onu təxirə salır.

Üçbucağın qapandığı yer

“PKK məğlub olmadı” illüziyasına söykənən bəzi çevrələr hələ də deyir ki, “PKK Suriyada qalırsa, deməli uduzmayıb”. Bu, səthi yanaşmadır. Geosiyasətdə qalmaqla qazanmaq eyni şey deyil. Düzdür, PKK tam sıradan çıxmayıb, YPG də tam dağıdılmayıb. Amma siyasi layihə kimi bitib, regional oyunçu statusunu itirib. PKK Suriyada idarə olunan təhlükə səviyyəsinə endirilib.

Türkiyə-ABŞ-Suriya üçbucağında PKK üçün manevr sahəsi bağlanır. Vaşinqton geri çəkilir, Dəməşq inteqrasiya edir, Ankara isə təzyiqi davam etdirir. Bu, PKK üçün ani məhv yox, strateji boğulmadır.

Qərb mediasının dili ilə desək, PKK artıq “regional həll” yox, regional problem kimi görülür. Tarix isə göstərir ki, geosiyasətdə problem kimi qəbul edilən aktorların ömrü uzun olmur.

Tarixdə belə bir qayda var: Himayəsi bitən aktorun ideologiyası da tezliklə köhnəlir. PKK bu mərhələyə çatıb. Qərb artıq onu müdafiə etmir, sadəcə idarə edir. İdarə olunan aktor isə gələcək qurmur, yalnız vaxt udur. Zaman isə bu oyunda PKK-nın yox, Türkiyənin tərəfindədir.

Elbəyi Həsənli,
Sürix

P. S. Türkiyə üçün PKK məsələsi yalnız təhlükəsizlik problemi deyil, həm də ağır iqtisadi yükdür. Müxtəlif rəsmi və akademik hesablamalara görə, Ankara son onilliklər ərzində PKK ilə mübarizəyə yüz milyardlarla dollar vəsait xərcləyib. Buna baxmayaraq, ciddi sarsıntılar keçirmiş PKK hələ də Türkiyəni məşğul etməyə çalışır. Ancaq tunelin sonunda işıq aydın görünür...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:346
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Yanvar 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri