Britaniyanın maliyyə naziri: “Brexit” ölkə iqtisadiyyatına zərər vurub
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
London, 20 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz Beynəlxalq Valyuta Fondunun (BVF) yüksək səviyyəli iqtisadi komitəsində çıxışı zamanı 2020-ci ildə əldə olunan “Brexit” sazişinin ölkə iqtisadiyyatına uzunmüddətli mənfi təsir göstərdiyini bildirib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, R. Rivz dünyanın aparıcı maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinə müraciət edib.
O bildirib ki, Böyük Britaniyanın məhsuldarlıq problemi ölkənin Avropa İttifaqından çıxma tərzi ilə daha da dərinləşib. Nazir Büdcə Məsuliyyəti Ofisinin hesablamalarına istinad edərək bildirib ki, “Brexit” razılaşması nəticəsində Böyük Britaniyanın iqtisadiyyatı uzunmüddətli perspektivdə Avropa İttifaqında qalacağı halda mümkün səviyyədən təxminən 4 faiz aşağı olacaq.
“Biz bunu etiraf edir və ticarət əlaqələrimizi gücləndirməyə çalışırıq”, - deyə Rivz qeyd edib.
Əvvəllər Leyboristlər hökuməti “Brexit”in iqtisadiyyata mənfi nəticələrini açıq şəkildə vurğulamaqdan çəkinirdi. Lakin son aylarda nazirlər bu mövzuda daha sərt və açıq bəyanatlar səsləndirirlər.
Ekspertlər bildirirlər ki, bu mövzu 26 noyabrda təqdim olunacaq dövlət büdcəsindən öncə hökumətin əsas arqumentlərindən birinə çevriləcək. Yeni büdcə tədbirlərinin, xüsusilə vergi artımlarının əsas səbəblərindən biri kimi Böyük Britaniyanın uzunmüddətli məhsuldarlığının azalması göstəriləcək.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 20 Oktyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















