Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Brexit Brenterlə əvəzlənəcəkmi?

Brexit Brenterlə əvəzlənəcəkmi?

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Bu günlərdə Böyük Britaniya Krallığının yenidən Avropa İttifaqının (Aİ) sıralarına qayıtmaq məsələsi gündəmə gəlib. Bu barədə rəsmi Londondan açıqlama verilib. Analitiklər Böyük Britaniya Krallığının yenidən Aİ-yə dönmək istəyini son illərdə qoca qitədə müşahidə edilən proseslərlə əlaqələndirirlər. Uzanan Rusiya-Ukrayna müharibəsi fonunda Avropa dövlətləri yeni çağırışlarla üzləşiblər. Bu çağırışlar müdafiə qabiliyyətinin gücləndirilməsindən tutmuş iqtisadi müstəqilliyin təmin edilməsinə, enerji asılılığının aradan qaldırlmasına, miqrant axınının qarşısının alınmasına, artan sosial gərginliyin azaldılmasınadək ən müxtəlif istiqamətləri əhatə edir. Bir sıra hallarda milli hökumətlər  vəziyyətdən çıxış yolu tapmaqda aciz görünürlər. Böyük Britaniya rəsmilərinin açıqlamalarından məlum olur ki, ümumi proseslər bu ölkədən də yan keçməyib. Buna görə də hakimiyyət daha pis vəziyyətlə üzləşməmək üçün Avropa İttifaqına dönməyi zəruri sayır.

10 il bundan əvvəl baş tutan Brexit

Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı müzakirələr 2013-cü ildən başlayıb. Rəsmi olaraq isə Brexitin tarixi 10 il bundan qabağa uzanır. 2016-cı il iyunun 23-də Böyük Britaniya, İrlandiya və Birlik ölkələrinin arallıq ərazisində qanuni şəkildə yaşayan vətəndaşları, həmçinin xaricdə 15 ildən az yaşayan britaniyalıların iştirakı ilə referendum keçirilib. Ümumi seçkilərdən fərqli olaraq, səsvermədə Lordlar Palatasının üzvləri, həmçinin Cəbəllütariqdə yaşayan Birlik vətəndaşları da iştirak ediblər. Səsvermənin nəticələrinə əsasən, Böyük Britaniya vətəndaşlarının 51,89 faizi Avropa İttifaqından çıxmağa, 48,11 faizi isə bu prosesin əleyhinə səs verib. Ölkəsinin Aİ-dən çıxmasına etiraz edən ovaxtkı Baş nazir Devid Kemeron referendumun nəticələri elan olunduqdan sonra istefa verib. Həmçinin Mühafizəkar Partiya rəsmi olaraq Aİ-dən çıxışa etirazını bildirib. İrlandiya və Şotlandiyadan olan seçicilər də Brexitin əleyhinə səs veriblər.

Referendumdan sonra proses daha bir neçə il uzanıb. `2020-ci il yanvarın 31-də Böyük Britaniyanın Avropa İttifaqına 47 il davam edən üzvlüyü rəsmi olaraq sona çatıb. Londonun mərkəzinə toplaşan minlərlə Brexit tərəfdarı ölkə həyatında yeni mərhələnin başlanmasını coşqu və Britaniya bayraqlarını dalğalandırmaqla qeyd edib. Birləşmiş Krallığın Avropa İttifaqını tərk etməsindən 1 saat əvvəl xalqa müraciət edən Baş nazir Boris Conson ölkənin yeni mərhələ üçün prioritetlərini açıqlayıb. O, Brexitin son deyil, yeni başlanğıc olduğunu bildirib.

Ölkənin Avropa İttifaqından çıxmasının səbəbləri kimi isə aşağıdakılar göstərilirdi:

-Büdcə problemi. Böyük Britaniya Aİ büdcəsinə daha çox töhfə verir və daha az gəlir götürürdü.

-Miqrant problemi. Əsas səbəblərdən biri kimi Böyük Britaniyaya kütləvi miqrant axınları göstərilirdi. Brexit tərəfdarlarının arqumentinə əsasən immiqrasiya Birləşmiş Krallıqda həyatın keyfiyyətini aşağı salırdı.

-Suverenliyin məhdudlaşdırılması. Avropa İttifaqından ayrılma tərəfdarlarının ən çox istifadə etdiyi arqumentlərdən biri dövlət suverenliyinin və  müstəqilliyinin yenidən gücləndirilməsi və Aİ-nin məhdudlaşdırıcı qanun və qərarlarından azad olmaq idi.

Eyni zamanda, Böyük Britaniyanın Aİ-dən çıxmasına təsirsiz ötüşməsi. Burada iqtisadi və siyasi təsirləri önə çəkə bilərik. Proses tamamlandıqdan sonra ölkədə milli valyuta dəyər itirdi. Brexitin siyasi təsirləri isə həm ölkə daxilində, həm də bütün Aİ coğrafiyasında hiss olundu. Britaniyanın nümunəsi Fransa, Almaniya və Hollandiya kimi ölkələrin sağ siyasi hərəkatlarında müsbət qarşılandı və həmin ölkələrdə də referendum keçirmək tələbi gündəmə gəldi.

Rəsmi London ziyanları etiraf edir

Rəsmi London ötən 10 ildə Aİ-dən çıxmağın ölkəyə vurduğu ziyanları açıq şəkildə etiraf edir. Birləşmiş Krallığın Baş naziri Kir Starmer bildirib ki, birlikdən çıxış Krallığın iqtisadiyyatına mənfi təsir göstərib. O, cari iqtisadi vəziyyət barədə çıxışında vurğulayıb ki, Böyük Britaniya reallığı qəbul etməlidir.

 Avropa İslahatları Mərkəzinin hesablamalarına görə, Krallığın ÜDM həcmi İttifaqda olduğu dövrlə müqayisədə 5,5 faiz azalıb. “Bloomberg Economics” Brexitdən illik itkiləri təxminən 100 milyard funt-sterlinq (124 milyard dollar) qiymətləndirib. Məlumatlara əsasən, biznes investisiyaları proqnozlaşdırılan səviyyə ilə müqayisədə 11 faiz aşağı olub. Böyük Britaniya ilə Aİ arasında mal ticarəti dövriyyəsinin həcmi 7 faiz azalıb.

Bundan başqa, Krallıqda tətbiq edilən yeni miqrasiya qaydaları səbəbindən avropalı işçilər ölkəni tərk edib. Nəticədə əmək bazarında problemlər yaşanıb. İqtisadi artım tempinin azalması ilə paralel şəkildə, dövlət xidmət strukturlarına təzyiqi artırıb, bu da müxtəlif kütləvi etirazlarla qarşılanıb. London şəhəri aktivlərinin Niderlandın paytaxtı Amsterdam və Almaniyanın Frankfurt kimi Avropa maliyyə mərkəzlərinə axını ilə üzləşib.

İctimai rəy də bu siyasi nəticəyə qarşıdır. Aparılan sorğulara əsasən, Brexiti səhv qiymətləndirən britaniyalıların sayı artır. Nəticəyə əsasən, bu tendensiya xüsusən gənclər arasında üstünlük təşkil edir.

Böyük Britaniyanın Aİ-dən çıxmasının nəticələri müxtəlif cür qiymətləndirilir. Məsələn, London İqtisadiyyat Məktəbin ekspertlərinin qənaətincə, Böyük Britaniyanın Avropa İttifaqından çıxması səbəbindən qida məhsulları britaniyalılara baha başa gəlir. Brexitdən əvvəl qiymət artımı 17 faiz olduğu halda, proses başa çatandan sonra bu rəqəm 25 faiz təşkil edib. 2020-ci il yanvarın 31-dən 2023-cü ilin martınadək ev təsərrüfatlarında qida məhsullarının qiyməti orta hesabla 250 funt-sterlinq artıb. Əlbəttə ki, bu siyahı kifayət qədər uzundur.

Bəs geridönüş mümkündürmü?

Ziyanın yarısından geri qayıtmaq da faydalıdır, deyiblər. Bəs Böyük Britaniya üçün Aİ-yə geridönüş mümkündürmü? Bu, tərəflərin iradəsindən asılı olacaq. Baş nazir Kir Starmer bildirib ki, bu istiqamətdə əlaqələrin bərpası üçün London gərginliyi azaltmalı və İttifaqla daha sıx əməkdaşlığa doğru irəliləməlidir, ölkə yetkinlik nümayiş etdirməlidir.

Eyni zamanda, rəsmi London Aİ-yə qayıtmaq istədiyi kimi, Brüssel də buna “yox” demir. Burada anlayırlar ki, Böyük Britaniya Avropa İttifaqının əsas sütunlarından biri idi. Bu ölkənin geri dönüşü ilə qurum xeyli güclənə bilər ki, hazırda buna böyük zərurət var. Beləliklə, Brexitin Brenterlə və yaxud Breturnlə əvəzlənmə perspektivi böyükdür.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Dekabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see268

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see261

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see257

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see255

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see250

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see244

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see241

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see236

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see224

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see215

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see211

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see205

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see203

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see200

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see200

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see198

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see197

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see194

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see191

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri