Britaniyanın Rusiyadakı səfirliyinin nümayəndəsi XİN ə çağırılıb
Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Böyük Britaniyanın Moskvadakı səfirliyinin nümayəndəsi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirib ki, Britaniya səfirliyinin nümayəndəsi iki britaniyalı diplomatın kəşfiyyat fəaliyyəti əlamətlərinə görə akkreditasiyasının ləğvi ilə əlaqədar Rusiya XİN-ə çağırılıb.
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) iki britaniyalı diplomatın kəşfiyyat fəaliyyəti əlamətlərinə görə Rusiya Federasiyasında akkreditasiyadan məhrum edilməsi barədə məlumat yayıb. FSB akkreditasiyası ləğv edilən britaniyalı diplomatların adlarını da açıqlayıb. Belə ki, onlar Böyük Britaniya səfirliyinin ikinci katibi Alkeş Odedra və digər diplomat Tabasuç Raşidin həyat yoldaşı Maykl Skinnerdir. Onlar iki həftə ərzində Rusiyanı tərk etməlidir.
Baxış sayı:51
Bu xəbər 10 Mart 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















