Brovdi Rusiya ilə bağlı görüntülər yaydı VİDEO KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi Rusiya hava hücumundan müdafiə sisteminin ukraynalı drona qarşı uğursuzluğunu əks etdirən görüntülər yayıb.
KONKRET.az xəbər verir ki, Brovdinin paylaşdığı videoda Rusiyanın “Pantsir-S1” zenit-raket və top kompleksi tərəfindən buraxılan üç idarəolunan raketin drona tuş gəlmədiyi görünür. Bildirilir ki, həmin pilotsuz aparat Rusiyanın “kölgə donanması”na aid gəmilərə qarşı əməliyyat həyata keçirib.
Brovdinin sözlərinə görə, avqustun 1-dən 8-dək Ukrayna dronları Qara və Azov dənizlərində Rusiyanın “kölgə donanması”na aid 12 gəmiyə zərbə endirib.
Ukraynalı komandanın paylaşdığı görüntülər Rusiya hava hücumundan müdafiə sistemlərinin pilotsuz uçuş aparatlarına qarşı mübarizədə üzləşdiyi çətinlikləri bir daha gündəmə gətirib.
Qeyd edək ki, Ukrayna son dövrlərdə Qara dənizdə Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən gəmilərə qarşı pilotsuz aparatlarla hücumlarını intensivləşdirib.
— Newsfeed (@Newsfeed883920) August 8, 2026
Günay Əli
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 08 Avqust 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















