Icma.az
close
up
RU
Brüssel həqiqəti başa düşmək üçün çox vaxt itirməməlidir

Brüssel həqiqəti başa düşmək üçün çox vaxt itirməməlidir

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Azərbaycan çoxşaxəli, çevik xarici siyasət yürüdür. Ölkəmizin xarici siyasətində aparıcı vektorlardan birini də məhz Avropa İttifaqı (Aİ) ilə sıx əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi təşkil edir. Bunu zəruri edən bir sıra geosiyasi və geoiqtisadi amilləri vardır. Başlıca amil isə Azərbaycanın ticarət tərəfdaşları arasında Avropa İttifaqının xüsusi, həlledici yer tutması ilə bağlıdır. Belə ki, hazırda 53 milyard dollarlıq xarici ticarət dövriyyəmizin təxminən yarısına qədəri Avropa İttifaqının payına düşür. Bununla yanaşı, Azərbaycan Aİ-nin üzvü olan 10 ölkə ilə ikitərəfli strateji tərəfdaşlıq münasibətləri qurub.
Bütün bunlar onu göstərir ki, rəsmi Bakı Avropa İttifaqı ilə münasibətlərin inkişafına həqiqətən də böyük önəm verir. Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu artıq çoxdan təsdiqləyib. Çünki biz Avropa İttifaqı ilə qarşılıqlı, faydalı və bərabərhüquqlu əsaslarla münasibətlərin qorunub saxlanması və inkişafında maraqlıyıq. Bu da danılmaz faktdır ki, bizim bir çox istiqamətlərdə münasibətlərimizin çox geniş perspektivləri var. Təsadüfi deyil ki, bu yaxınlarda Prezident İlham Əliyev də Avropa Komissiyasının yenidən sədri seçilməsi münasibətilə Ursula Fon der Lyayenə və Avropa İttifaqı Şurasının prezidenti seçilməsi ilə əlaqədar Antonio Koştaya ünvanladığı təbrik məktublarında məhz bu məqama toxunaraq bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında həm siyasi dialoq, həm ticarət, iqtisadi, nəqliyyat, kommunikasiya, enerji təhlükəsizliyi, yaşıl enerji, turizm və digər sahələrdə əməkdaşlıq münasibətləri dinamik inkişaf tempinə malikdir və onun çox geniş perspektivləri var.
Münasibətlərin çoxşaxəli zəmində inkişafı sözsüz ki, hər iki tərəfin strateji maraqlarına xidmət edir. Onu da qeyd etməliyik ki, Azərbaycan Aİ ilə hər zaman bərabərhqüuqlu tərəfdaşlıq münasibətlərinə üstünlük verib və öz üzərinə düşən öhdəliklərini də birmənalı olaraq vaxtında və vicdanla yerinə yetirib. Öz növbəsində ölkəmiz də Avropa İttifaqından analoji yanaşmanın sərgilənəcəyinə ümid bəsləyir. Çünki bərabərhüquqlu tərəfdaşlığın prinsipləri və fəlsəfəsi bunu tələb edir. Ancaq əfsuslar olsun ki, biz qarşı tərəfin davranışlarında çox zaman ikili standartları müşahidə edirik.
Xüsusən də Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibəti tərəfdaşlıq prinsipləri ilə kəskin ziddiyət təşkil edir. Avropa Parlamentində vaxtaşırı olaraq Azərbaycana qarşı əsassız ittihamlarla dolu bəyanatların, erməni lobbisinin maraqlarına xidmət edən qətnamələrin qəbul edilməsi əməkdaşlıq münasibətlərimizə zərbə vurur. Bu da onu göstərir ki, Avropa İttifaqı və Avropa Parlamenti müstəqil siyasət yürütmür. Hər iki qurumun xarici siyasətinin formalaşdırılmasında Makron Fransası həlledici rol oynayır. Makronun qatı anti-Azərbaycan mövqeyi isə heç kim üçün sirr deyil.
Lakin Avropa İttifaqı Parisdən asılılığına tezliklə son qoymalıdır. Çünki Makronun uğursuz siyasəti Fransa ilə yanaşı, Avropa İttifaqını da iflasa doğru sürükləyir. Ona görə də Avropa İttifaqı öz xarici siyasət doktrinasına yenidən nəzər yetirməli və tərəfdaşları ilə, xüsusən də Azərbaycanla münasibətlərini sahmana salmalıdır. Azərbaycan ikili standartlar tətbiq olunacaq ölkə deyil. Biz qarşılıqlı maraqlara əsaslanan dürüst və səmərəli münasibətlərin tərəfdarıyıq. Avropa İttifaqı Makronsayağı isterik və emosional siyasət yox, rasional siyasət yürütməlidir. Azərbaycan kimi etibarlı tərəfdaşla şəffaf münasibətlərin qurulması ilk növbədə Avropa İttifaqının özü üçün faydalıdır. Brüssel bu adi həqiqəti başa düşmək üçün çoxlu vaxt itirməməlidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Dekabr 2024 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri