Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Brüssel üçün “dönüş anı”

Brüssel üçün “dönüş anı”

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu dəyişikliyi Azərbaycanın düzgün diplomatiyası və liderin nüfuzu şərtləndirir

Uzun illər ərzində Avropa İttifaqının Cənubi Qafqaz siyasəti, xüsusilə də Azərbaycanla münasibətləri ikili standartlara əsaslanır, daha çox ideoloji yanaşmalara və abstrakt “dəyərlər siyasəti”nə söykənirdi. Brüsselin Cənubi Qafqazda formalaşdırmağa çalışdığı siyasi diskursun mərkəzində mücərrəd liberal dəyərlərə əsaslanan yanaşmalar dayanırdı. Azərbaycanın suverenlik hüquqları, ərazi bütövlüyü və təhlükəsizlik narahatlıqları fonunda bu mövqelər qeyri-obyektiv və hətta destruktiv xarakter daşıyırdı.

Avropa strukturlarının Ermənistanın 30 ilə yaxın davam edən işğalçı siyasətinə qarşı prinsipial mövqe tutmaması, əksinə, Azərbaycanı təzyiq hədəfinə çevirməsi regionda sülh və sabitlik naminə deyil, birtərəfli siyasi loyallıq meyarları ilə davranmasının sübutudur. Azərbaycanın düzgün diplomatiyası və liderin nüfuzu şərtləndirir

Brüsselin bu mövqeyi, eyni zamanda, Azərbaycan cəmiyyətində Avropa institutlarına qarşı etimadın zəifləməsinə gətirib çıxarırdı. “Demokratiya dərsləri” adı altında müdaxilə xarakterli bəyanatlar, daxili siyasi proseslərə yönəlmiş açıq və qərəzli tənqidlər Azərbaycan dövlətçiliyinə qarşı hörmətsizlik kimi qəbul olunurdu. Bununla yanaşı, Avropa Parlamentində qəbul edilən bəzi siyasi bəyənatlar, Ermənistanın işğalını görməzdən gələn və Azərbaycanı ittiham edən sənədlər Aİ-nin obyektiv vasitəçi olmaq imkanlarını ciddi şəkildə zədələdi.

Lakin beynəlxalq münasibətlərdə prioritetlərin dəyişməsi və qlobal güc balansında baş verən yeni dinamika fonunda bu siyasətin tükəndiyi aydın görünməyə başladı. Enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının sabitliyi və Şərq–Qərb geosiyasi əlaqələrinin mühüm elementi kimi Azərbaycan Avropa üçün daha önəmli aktora çevrildi. Aİ artıq fərq etməyə başlayır ki, Azərbaycanla münasibətlərdə ideoloji yanaşmalar deyil, qarşılıqlı maraqlara əsaslanan praqmatik əməkdaşlıq zəruridir. Enerji böhranı, Rusiyaya qarşı sanksiyaların fonunda təbii qaz təminatının alternativləri və Orta Dəhliz kimi layihələrin strateji əhəmiyyəti Azərbaycanın rolunu daha da artırdı.

Yeni mərhələdə Azərbaycan həm də siyasi və strateji sabitlik mənbəyi kimi önə çıxır. Məhz bu reallığın formalaşmasında Prezident İlham Əliyevin uzunmüddətli strateji baxışa əsaslanan və prinsipial mövqe üzərində qurulmuş xarici siyasəti həlledici rol oynayıb. Azərbaycan heç vaxt öz mövqeyindən geri çəkilmədi, daxili işlərinə müdaxilə cəhdlərinə qarşı prinsipial dayandı, müstəqil və suveren dövlət olaraq öz inkişaf yolunu seçdiyini qətiyyətlə nümayiş etdirdi. Əslində, bu möhkəm duruş və ardıcıl diplomatik fəaliyyət nəticəsində Aİ üçün Azərbaycanla əməkdaşlıq artıq yeganə realist yol kimi görünməyə başladı. Beləliklə, geosiyasi reallıqlar dəyişdikcə, Aİ də dəyişməyə məcbur oldu. Azərbaycan isə dəyişiklikləri diktə edən deyil, yönləndirən ölkə kimi ön plana çıxdı.

2024–2025-ci illər Aİ–Azərbaycan münasibətlərində mühüm siyasi dönüş nöqtəsi oldu. Dəyişiklik münasibətlərin strukturunda və məzmununda özünü göstərdi. Uzun müddət ideoloji çərçivələrə və birtərəfli siyasi yanaşmalara əsaslanan Brüssel siyasəti artıq reallıqla üzləşmək məcburiyyətində qaldı. Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə yeni rəhbəri Kaya Kallasın 2025-ci ilin yazında Bakıya rəsmi səfəri bu dəyişikliklərin institusional ifadəsinə çevrildi. Onun Azərbaycanın Cənubi Qafqazda “Aİ-nin əsas tərəfdaşı” olduğunu bəyan etməsi Avropa siyasətində Azərbaycanın yeni mövqeyinin rəsmən tanınması idi. Bu, bir zamanlar Azərbaycana qarşı müəllim-tələbə münasibəti ilə çıxış edən və “demokratiya dərsləri” adı altında qərəzli tənqidlər səsləndirən Aİ rəsmilərinin əvvəlki siyasətindən açıq şəkildə uzaqlaşması deməkdir.

Kaya Kallasın səfəri və verdiyi bəyanatlar bir neçə aspektdən strateji əhəmiyyət daşıyır. Birincisi, bu səfər Brüsselin Cənubi Qafqaz siyasətində yeni balans yaratmaq niyyətini göstərir. Ermənistanın müharibədən sonra revanşist mövqedə qalmasına və Fransa başda olmaqla, bəzi Aİ üzvlərinin bu siyasətə dəstək verməsinə baxmayaraq, Avropa Komissiyasının və Avropa Xidmətlərinin Azərbaycanın konstruktiv mövqeyini və regional sabitlik üçün əhəmiyyətini qəbul etməsi reallığın diktəsidir. İkincisi, bu dəyişiklik Aİ-nin Azərbaycanın enerji və nəqliyyat potensialına dair baxışının da yeniləndiyini göstərir. Azərbaycanla enerji dialoqunun institusional formata keçməsi, strateji tərəfdaşlıq gündəliyinin formalaşması və Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun tanınması artıq siyasi bəyanatlardan konkret razılaşmalara keçid mərhələsidir. Üçüncüsü isə, bu dönüş təkcə Brüsselin təşəbbüsü ilə baş verməyib. Əksinə, bu dəyişiklik Azərbaycan tərəfinin prinsipial siyasətinin və davamlı diplomatik səylərinin nəticəsidir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan heç bir təzyiqə boyun əymədən, öz maraqlarını və mövqeyini qoruyaraq Avropa ilə əməkdaşlığa açıqdır. Lakin bu əməkdaşlıq bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulmalıdır. Prezidentin “Brüssel bu gün əvvəlki stereotipləri kənara qoyaraq Azərbaycanı əsas tərəfdaş kimi qəbul etməyə başlayır” fikri həm reallığın siyasi dəyərləndirilməsi, həm də diplomatik uğurun ifadəsidir.

Əvvəllər qəbul edilən birtərəfli qətnamələrin, siyasi ittihamların və öyrədici tonun yerini indi qarşılıqlı maraqlara əsaslanan konstruktiv gündəlik tutur. Enerji, nəqliyyat, yaşıl texnologiyalar və təhlükəsizlik sahəsində əməkdaşlıq təklifləri artıq gündəlik siyasi dialoqun ana xəttinə çevrilib. Əlbəttə, Aİ daxilində hələ də Ermənistan yönümlü mövqe nümayiş etdirən dairələr qalır. Fransa Prezidenti Emmanuel Makronun və bir zamanlar Aİ-də təsirə malik olmuş bəzi Şərqi Avropa liderlərinin Bakı əleyhinə açıqlamaları, onların uzun illər Ermənistanın revanşist siyasətinə himayədarlıq göstərməsi bunu sübut edir. Lakin bu dairələrin təsir imkanları getdikcə zəifləyir. Avropa siyasətinin əsas istiqamətverici qüvvələri – Aİ Şurası, Avropa Komissiyası və nüfuzlu üzv dövlətlər – artıq geosiyasi reallıqla hesablaşmağın vacibliyini anlayırlar. Onlar dərk edirlər ki, regionda sabitlik, enerji təhlükəsizliyi və geoiqtisadi inteqrasiya Azərbaycanla əməkdaşlıq olmadan mümkün deyil.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan heç bir xarici təzyiq qarşısında geri çəkilmədi, postmünaqişə dövründə milli maraqlara əsaslanan strateji xəttini davam etdirdi. Ardıcıl siyasət, xüsusilə də Vətən müharibəsindən sonra formalaşan yeni regional balansda Azərbaycanın diplomatik və hərbi qələbələrinin məntiqi davamı kimi dəyərləndirilməlidir. Azərbaycan Avropa strukturlarına tərəfdaşlıq təklif etdi – lakin bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında.

Aİ–Azərbaycan münasibətlərinin yeni mərhələsində əsas dayaq sütunu energetika sahəsində əməkdaşlıqdır. 2025-ci ildə keçirilən üçüncü yüksək səviyyəli enerji dialoqu bunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin irəli sürdüyü enerji strategiyası Azərbaycanın Avropanın enerji təhlükəsizliyini təmin edən sabit təchizatçıya çevrilməsini nəzərdə tutur. Yeni qaz yataqlarının istismara verilməsi, bərpaolunan enerji mənbələrinin daxili bazarda istifadəsi və ixrac üçün əlavə resursların sərbəstləşdirilməsi Azərbaycanın bu sahədəki imkanlarını daha da artırır.

Bundan əlavə, Azərbaycanın regional rolu enerji ilə məhdudlaşmır. Bakı artıq Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən nəqliyyat dəhlizlərinin əsas qovşağına çevrilib. Şərq–Qərb və Şimal–Cənub marşrutlarının kəsişdiyi bu coğrafi mövqe, xüsusilə Avropa–Çin münasibətlərinin gərginləşdiyi bir şəraitdə daha da əhəmiyyət qazanır.

Beləliklə, Azərbaycanın əldə etdiyi nailiyyətlər nə təsadüf nəticəsidir, nə də başqalarının xoş məramından irəli gəlir. Bunlar prinsipial, müstəqil və milli maraqlara əsaslanan diplomatiyanın, Prezident İlham Əliyevin qətiyyətli xarici siyasətinin və xalqın dövlət ətrafında sıx birliyinin uğurudur. Nəticə etibarilə, Brüssel üçün “dönüş anı” dediyimiz mərhələ, əslində, Azərbaycanın düzgün xarici diplomatiyasının, liderlik nüfuzunun və strateji əhəmiyyətinin qəbul edilməsidir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 İyul 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri