Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Seçkiöncəsi Brüssel İrəvan təmasları sıxlașır

Seçkiöncəsi Brüssel İrəvan təmasları sıxlașır

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos dünən Ermənistana səfər edib. Bununla bağlı yayılan məlumatda qeyd olunub ki, ikigünlük səfərdə məqsəd Aİ ilə Ermənistan arasında gələcək əməkdaşlığın daha da möhkəmləndirilməsi və regional bağlantıların təşviqi məqsədi daşıyır.

Xanım komissarın Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə əsas mövzu mayın 5-də keçiriləcək ilk Aİ–Ermənistan sammitinə hazırlıq, eləcə də Aİ-nin regional bağlantılar gündəliyi çərçivəsində nəqliyyat, rəqəmsal, energetika və ticarət sahələrində əlaqələrin genişləndirilməsi təşkil edib. Tərəflər, həmçinin regional vəziyyət və Ermənistanın demokratik dayanıqlılığı ətrafında fikir mübadiləsi aparıblar.

Komissar Kos Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanla da görüşündə Aİ-nin Ermənistan üçün nəzərdə tutduğu 270 milyon avro həcmində Dayanıqlılıq və İnkişaf Planının icra vəziyyəti müzakirə olunub. Görüşdən sonra birgə mətbuat konfransı keçirilib. Bundan əlavə, Kos Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşərək regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıb. Onun görüşdüyü digər şəxs isə daxili işlər naziri Arpine Sarkisyan olub.

Martın 20-də komissar Gümrüdə Aİ tərəfindən maliyyələşdirilən, sosial inteqrasiyanı, yerli iqtisadi inkişafı və məşğulluğun təşviqini dəstəkləyən müəssisələrə baş çəkəcək. Qeyd edilib ki, təkcə 2024-cü ildə Aİ proqramları 7 mindən çox erməni müəssisəsinə dəstək göstərib və 20 mindən artıq yeni iş yerinin yaradılmasına töhfə verib.

Avrokomissar, eyni zamanda, Aİ-nin dəstəyi ilə hazırda bərpaolunan Gümrünün tarixi bazarına, eləcə də gənclərin texnologiya və dizayn sahələrində bacarıqlarının inkişafına xidmət edən innovasiya mərkəzinə baş çəkəcək. Kos Şirak Dövlət Universitetində çıxış edəcək. Daha sonra “Gənc Avropa səfirləri”, habelə Aİ layihələrində iştirak edən yerli vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlərlə görüşlər keçiriləcək. Bildirilib ki, bu görüşlər çərçivəsində onların fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq, eyni zamanda, sözügedən təşəbbüslərin Ermənistanın demokratik dayanıqlılığının möhkəmləndirilməsində oynadığı rol müzakirə olunacaq.

***

Güman edirik ki, martın 13-də M.Kosun “The Parliament” saytında “Avropa İttifaqının genişlənmə üzrə komissarı Rusiyanın Ermənistana müdaxiləsi ilə bağlı xəbərdarlıq edir” sərlövhəli məqaləsində əksini tapanlar bu səfərin mahiyyətini anlamaq baxımından əhəmiyyətlidir. Xanım Kos sayta özəl müsahibəsində bildirmişdi ki, Aİ iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərinə Rusiyanın ciddi şəkildə müdaxilə edə biləcəyini əvvəlcədən nəzərə almalı və İrəvana hibrid təsirlərə qarşı mübarizədə daha geniş dəstək göstərməyə hazır olmalıdır. O demişdi ki, Ermənistana hibrid müdaxilə artıq baş verir: “Biz Moldova nümunəsində gördük ki, ruslar moldovalıları Avropa yolundan döndərmək üçün yüz milyonlarla avro xərcləməyə hazır idilər. Bu dəfə mən daha qəti şəkildə hesab edirəm ki, Avropa İttifaqı belə təzyiqlə üzləşən ölkələrə yardım etməlidir”.

Yazıda daha sonra bildirilirdi: “Martın 19-da İrəvana səfər edəcək Kos bildirib ki, Aİ Ermənistana seçkiləri sarsıda biləcək mümkün Rusiya kiberhücumlarına qarşı dayanmaqda dəstək verəcək, həmçinin dezinformasiyanın ifşası istiqamətində yardım göstərəcək. Komissarın sözlərinə görə, Rusiya keçmiş sovet məkanındakı ölkələrə təsir göstərmək üçün adətən üç əsas narrativdən istifadə edir”. “Birinci təhlükəsizliklə bağlıdır”, – deyən Kos vurğulayıb ki, Moskva Ukrayna nümunəsində olduğu kimi, Aİ-yə yaxınlaşmanın ölkəni daha az təhlükəsiz etdiyi fikrini irəli sürür. “İkinci iqtisadi məzmun daşıyır: əgər siz Avropanın yardımını qəbul etsəniz, Avropadan asılı vəziyyətə düşəcəksiniz”, – deyə əlavə edib. Üçüncü narrativ isə kimlik məsələsinə fokuslanır və belə bir fikir aşılayır ki, Aİ ilə yaxınlaşma Ermənistanın milli kimliyini zəiflədəcək. Kosun sözlərinə görə, Aİ-nin “Müxtəliflikdə birlik” devizi bunun tam əksini ifadə etdiyi halda, o, bu yanaşmanı “həqiqətən təhrif olunmuş” hesab edir”.

Qeyd edək ki, martın 11-də Avropa Parlamentində deputatlar qarşısında çıxış edən N.Paşinyan da buna bənzər fikirlər səsləndirmişdi. O demişdi ki, Ermənistanda bəzi din xadimləri “müharibə partiyası”nın liderliyini öz üzərlərinə götürüblər: “2024-cü ilin mart–aprel aylarında biz Ermənistan dövlətçiliyinin sonuna gəlib çatmışdıq. Əgər Azərbaycanla sərhədlərin delimitasiyası ilə bağlı qərar qəbul edilməsəydi, bu gün Ermənistan müstəqil dövlət deyil, xarici hakimiyyətin idarəetmə altında olan bir əraziyə olardı”. Paşinyan əlavə etmişdi ki, onlar öz ətraflarına keçmiş prezidentləri, eləcə də Rusiya və Belarusa yaxın oliqarxları toplayaraq Ermənistanın maraqlarını üçüncü ölkələrə qurban verməyə çalışırlar. Onun sözlərinə görə, xaricdən maliyyələşən kilsə nümayəndələri yanlış narrativlər yayaraq Azərbaycanla sülh prosesini pozmağa fəal şəkildə çalışırlar.

Beləliklə, bu səfər və səfər ərəfəsində səslənən bəyanatlar göstərir ki, Ermənistanın siyasi gündəmində qarşıdan gələn parlament seçkiləri, xarici təsirlərdən qorunma və Qərblə inteqrasiyanın dərinləşdirilməsi məsələləri xüsusi yer tutur. Aİ rəsmisinin seçki təhlükəsizliyi, kibermühit və dezinformasiya ilə mübarizə mövzularını önə çəkməsi Brüsselin Ermənistanı təkcə tərəfdaş ölkə kimi deyil, həm də həssas siyasi keçid mərhələsində olan məkan kimi qiymətləndirdiyini göstərir. Paşinyanın Avropa Parlamentində səsləndirdiyi fikirlər isə bu fonun Ermənistan daxilində də siyasi və ideoloji qarşıdurma yaratdığını ortaya qoyur. Baş nazirin kilsə çevrələri, keçmiş elita və xarici dayaqlara bağlı qüvvələrlə bağlı mesajları onu göstərir ki, hakimiyyət sülh gündəmini və sərhəd delimitasiyasını dövlətçiliyin qorunması ilə eyniləşdirməyə çalışır. Yəni həm Aİ rəsmisinin açıqlamaları, həm də Paşinyanın çıxışı eyni siyasi xəttin – sabitlik, idarəolunan keçid və sülh prosesinin daxili təzyiqlərdən müdafiəsi xəttinin tərkib hissəsi kimi görünür. Bu isə İrəvanın yaxın dövrdə həm xarici tərəfdaşlarla koordinasiyanı, həm də daxili siyasi müqavimətin neytrallaşdırılmasını prioritet saydığını göstərir.

Bütövlükdə, M.Kosun Paşinyanla görüşünün məzmunu göstərir ki, Aİ–Ermənistan münasibətləri artıq yalnız siyasi dialoq müstəvisində deyil, praktik əməkdaşlıq istiqamətində də yeni mərhələyə keçir. Mayın 5-də keçirilməsi nəzərdə tutulan ilk Aİ–Ermənistan sammitinə hazırlığın önə çəkilməsi Brüsselin İrəvanla təmasları sistemli çərçivəyə salmaq niyyətindən xəbər verir. Nəqliyyat, rəqəmsal inkişaf, energetika və ticarət sahələrinin ayrıca vurğulanması isə tərəfdaşlığın daha çox iqtisadi dayanıqlıq və infrastruktur bağlantıları üzərində qurulduğunu göstərir. Ümumilikdə, təmasların məzmunu onu deməyə əsas verir ki, Aİ İrəvanla münasibətləri uzunmüddətli formatda inkişaf etdirməyə çalışır, Ermənistan isə bunu həm siyasi dəstək, həm də iqtisadi imkanların genişlənməsi baxımından önəmli hesab edir.

Səxavət HƏMİD

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Mart 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see519

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see490

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see302

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see281

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see275

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see270

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see263

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see261

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see256

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see237

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see235

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see233

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see231

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see226

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see214

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see210

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see208

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri