Icma.az
close
up
RU
Brüsselə verilən siyasi mesaj: Avropa Bakıya möhtacdır

Brüsselə verilən siyasi mesaj: Avropa Bakıya möhtacdır

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məcliisn deputatı Fəzail İbrahimli deyib.

 Onun sözlərinə görə, Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana səfəri də məhz bu reallığın növbəti təsdiqidir. “Bu səfəri sadəcə Bratislava ilə Bakı arasında münasibətlərin inkişafı kimi qiymətləndirmək hadisələrin mahiyyətini kiçiltmək olardı. Əslində bu, Avropanın Azərbaycana münasibətində baş verən fundamental dəyişikliyin növbəti göstəricisidir”, - o vurğulayıb.

F. İbrahimli bildirib ki, bu gün Avropa artıq Bakıya seçim kimi deyil, strateji zərurət kimi baxır: “Avropanı Bakıya gətirən Prezident İlham Əliyevin strateji siyasətidir. Son beş ildə beynəlxalq münasibətlər sistemində baş verən proseslər Avropanın bütün geosiyasi hesablamalarını dəyişib. Rusiya-Ukrayna müharibəsi Avropanın enerji təhlükəsizliyini sarsıdıb. ABŞ-İran qarşıdurması, Körfəzdə davam edən böhran dünya ticarət marşrutlarını risk altına salıb. Yaxın Şərqdə artan qeyri-sabitlik Avropanı alternativ nəqliyyat və enerji yolları axtarmağa məcbur edib. Belə mürəkkəb geosiyasi şəraitdə qazanan ölkələrdən biri məhz Azərbaycan oldu.
Çünki Prezident İlham Əliyev hələ illər əvvəl dünya siyasətinin hansı istiqamətdə dəyişəcəyini düzgün qiymətləndirərək Azərbaycanın gələcəyini təkcə neft gəlirləri üzərində deyil, enerji təhlükəsizliyi, beynəlxalq logistika, nəqliyyat dəhlizləri və çoxtərəfli diplomatiya üzərində qurmağa başlamışdı. Bu gün həmin strategiyanın nəticələri artıq bütün dünyada qəbul edilir.
Prezident İlham Əliyevin dediyi kimi: "Biz konkret işlərin tərəfdarıyıq. Son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır." Bu sözlər artıq siyasi bəyanat deyil, Avropanın özünün etiraf etdiyi geosiyasi reallıqdır”.

 Deputat əlavə edib ki, Azərbaycan artıq orta güc deyil, Avrasiyanın təsir mərkəzidir: “Şuşada keçirilən IV Qlobal Media Forumunda Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq siyasətdə artan rolundan danışarkən ölkəmizin regional və qlobal proseslərdə məsuliyyətli aktor kimi çıxış etdiyini vurğuladı.

Bu gün Azərbaycan klassik "kiçik dövlət" modelindən çoxdan çıxıb. Bakı artıq orta güc siyasəti həyata keçirən, müxtəlif geosiyasi mərkəzlər arasında etibarlı dialoq platforması yaradan, regional sabitliyi təmin edən və qlobal enerji təhlükəsizliyinə töhfə verən ölkəyə çevrilib.
Azərbaycan həm Avropa İttifaqı, həm Türk Dövlətləri Təşkilatı, həm Mərkəzi Asiya, həm də Yaxın Şərq arasında etibarlı tərəfdaş kimi qəbul olunur.

Bu status təsadüfən qazanılmayıb. Bu, Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi müstəqil, milli maraqlara söykənən və balanslaşdırılmış xarici siyasətin nəticəsidir.
Vaxtilə Avropa enerji təhlükəsizliyini yalnız bir istiqamət üzərində qururdu. Bu siyasətin nə qədər riskli olduğu Rusiya-Ukrayna müharibəsi zamanı açıq şəkildə ortaya çıxdı. Bu gün isə Avropa üçün etibarlı alternativin adı Azərbaycandır. Azərbaycan yalnız təbii qaz ixrac edən ölkə deyil. Azərbaycan neft, qaz, yaşıl enerji, Xəzər külək enerjisi, günəş elektrik stansiyaları və gələcəyin enerji layihələri ilə Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilir.

Slovakiya Prezidenti Peter Pelleqrini bunu açıq şəkildə etiraf etdi: "Enerji böhranı zamanı Azərbaycanın operativ cavabına görə Sizə təşəkkür edirəm. Azərbaycanın qaz təchizatı yaranmış boşluğun doldurulmasına böyük töhfə verdi." Bu, əslində təkcə Slovakiyanın deyil, bütün Avropanın etirafıdır.

Bugünkü dünyanın geosiyasi xəritəsində enerji qədər logistika da mühüm əhəmiyyət daşıyır.
Hörmüz boğazında və Qırmızı dənizdə baş verən hadisələr göstərdi ki, dünya ticarəti alternativ marşrutlara ciddi ehtiyac duyur. Məhz buna görə Prezident İlham Əliyevin illər əvvəl irəli sürdüyü Orta Dəhliz layihəsi bu gün Avrasiyanın ən perspektivli nəqliyyat marşrutuna çevrilir. Çindən Avropaya uzanan bu dəhlizin ürəyi Azərbaycandır. Bu isə Bakını yalnız tranzit ölkəsinə deyil, qlobal iqtisadiyyatın strateji mərkəzlərindən birinə çevirir.

Bu baxımdan Slovakiya Prezidentinin səfərinin Şuşadan başlaması təsadüfi diplomatik jest deyildi. Bu, Avropanın Qarabağda yaranmış yeni reallığı qəbul etdiyini nümayiş etdirən mühüm siyasi mesaj idi.  Slovakiya Prezidentinin Şuşadan başlayan səfəri bir daha göstərdi ki, Avropa Cənubi Qafqaza artıq köhnə geosiyasi yanaşmalarla baxmır.

Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində regionun deyil, bütövlükdə Avrasiyanın əsas geosiyasi dayaqlarından birinə çevrilib. Enerji təhlükəsizliyi, Orta Dəhliz, yaşıl enerji, regional sabitlik və çoxtərəfli diplomatiya Bakını Avropa üçün strateji əhəmiyyətli tərəfdaş edib.

Bu gün Brüsseldən gələn mesaj aydındır: Avropa Azərbaycanla əməkdaşlığı seçim deyil, strateji zərurət kimi qiymətləndirir. Şuşadan başlanan diplomatik marşrut isə yalnız iki ölkə arasındakı dostluğun deyil, Avropa ilə Azərbaycan arasında formalaşan yeni geosiyasi tərəfdaşlığın simvoluna çevrilib”.
 

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 İyul 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri