Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

BŞH rəsmisi: Müqavilənin uzadılması Azərbaycanın “Formula 1” ailəsindəki etibarlı mövqeyini göstərir” MÜSAHİBƏ

BŞH rəsmisi: Müqavilənin uzadılması Azərbaycanın “Formula 1” ailəsindəki etibarlı mövqeyini göstərir” MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

"Digər maraqlı fakt ABŞ-da ESPN kanalının əsas yarışın canlı yayımı zamanı təxminən 1,1 milyon tamaşaçını cəlb etməsidir. Bu, Azərbaycan Qran-prisinin Amerika televiziya tarixində ən yüksək göstəricisidir".

Bunu Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin Milli Mətbuat katibi Arzu Hüseynova “Report”a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Bakıda növbəti dəfə “Formula-1” üzrə Azərbaycan Qran-prisi baş tutdu. Yarışla bağlı nə deyə bilərsiniz?

- Sentyabrın 19–21-i aralığında keçirilmiş “Formula-1” üzrə Azərbaycan Qran-prisi bir daha göstərdi ki, Bakı artıq dünya idman təqviminin ayrılmaz hissəsidir. Yarış doqquzuncu dəfə təşkil olundu və həm təşkilatçılıq, həm azarkeş marağı, həm də televiziya baxış göstəriciləri baxımından çox uğurlu keçdi. Yarışın qalibi “Red Bull” komandasının pilotu Maks Ferstappen oldu. Onun ardınca Lando Norris (“Maklaren”) və Karlos Sayns finiş xəttini keçdilər. Xüsusilə, Karlos Sayns üçün bu nəticə çox önəmli idi. O, “Williams” komandasına 2021-ci ildən sonra ilk podium sevincini yaşatdı və yarışdan sonra bunun “karyerasının ən dəyərli podiumu” olduğunu bildirdi. Eyni zamanda, mövsüm lideri Oskar Piastri (Maklaren) Azərbaycan Qran-prisində ilk dəfə xal qazana bilmədi və finişə belə çatmadı. Bu da bir daha göstərir ki, Bakı mərhələsində nəticələri əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.

- Yarışın doqquzuncu dəfə Bakıda keçirildiyini söylədiniz. Budəfəki turnir digərlərindən nə ilə fərqləndi?

- Builki Azərbaycan Qran-prisi əvvəlkilərdən bir neçə cəhətə görə fərqləndi. Ən önəmli məqamlardan biri azarkeş marağının rekord səviyyəyə çatmasıdır. Tribunalar ümumilikdə 20 mindən çox oturacaq ilə təmin edilmişdi və əlavə olaraq iki yeni tribuna inşa olundu ki, azarkeşlər üçün yarış daha əlçatan olsun. Yarış həftəsi ərzində fan zonaları quruldu, konsertlər və interaktiv tədbirlər təşkil edildi. Ümumilikdə dörd gün ərzində 90 min iştirak qeydə alınıb ki, bu rəqəm həm yarışları, həm fan-zonada və tədbirlərdə iştirak edənləri əhatə edir. Bundan əlavə, Azərbaycana 14 mindən çox turist gəldi ki, bu da tədbirin beynəlxalq çəkisini və ölkəmizə olan marağı bir daha göstərir.

- Təşkilatçılıqla bağlı fikirlərinizi öyrənmək istərdik. Komandaların nümayəndələri və azarkeşlərin Azərbaycan Qran-prisi ilə bağlı düşüncələri necədir?

- Ümumilikdə həm “Formula-1” rəhbərliyi, həm Beynəlxalq Avtomobil Federasiyası (FIA), həm də komandaların nümayəndələri təşkilatçılığı, Bakı Şəhər Halqasının infrastrukturunu, təhlükəsizlik tədbirlərini və azarkeş xidmətlərini çox müsbət qiymətləndirirlər. Bunu hər tədbirdən sonra “Formula-1” tərəfindən təqdim olunan sorğunun nəticələri sübut edir. Xarici medianın marağı bu il əhəmiyyətli dərəcədə artmışdı. Ümumilikdə isə təxminən 300 yerli və xarici media nümayəndəsi yarışı yerində işıqlandırıb. Digər maraqlı fakt ABŞ-da ESPN kanalının əsas yarışın canlı yayımı zamanı təxminən 1,1 milyon tamaşaçını cəlb etməsidir. Bu, Azərbaycan Qran-prisinin Amerika televiziya tarixində ən yüksək göstəricisidir. Şənbə günü baş tutan sıralama turu xüsusi qeyd olunmağa layiqdir. “Formula-1” tarixində ilk dəfə olaraq sıralama turu altı dəfə qırmızı bayraqlarla dayandırıldı, sessiyanın tez-tez dayanmasına səbəb ardıcıl baş verən qəzalar idi. Bu da, əlbəttə ki, medianın böyük marağına səbəb oldu. Yarış həftəsi boyunca azarkeşlər üçün əlavə tədbirlər təşkil olundu. "Ferrari" komandasının pilotlarının Teymur Rəcəbovla şahmat oyunu, “Alpine”, “Red Bull” komandalarının milli mətbəximizlə tanışlığı uzun müddət sosial medianın gündəmindən çıxmadı.

- “Formula-1” rəhbərliyi müqavilə müddətini 2030-cu ilədək artırdı. Qarşıdakı illərdə təşkilatçılıq baxımından hansı yeniliklər planlaşdırılır?

- Müqavilənin 2030-cu ilə qədər uzadılması Azərbaycanın “Formula-1” ailəsindəki etibarlı mövqeyini göstərir. Qarşıdakı illərdə əsas məqsəd azarkeş təcrübəsini daha da zənginləşdirmək, paytaxtımızda “Formula-1” atmosferini gücləndirmək və yarış həftəsini daha interaktiv etməkdir. Eyni zamanda, təşkilatçılıqda dayanıqlılıq və ekoloji təşəbbüslər prioritet olacaq – tullantıların azaldılması, enerji səmərəliliyi və yaşıl texnologiyaların tətbiqi planlaşdırılır. Könüllülər proqramının miqyası genişləndiriləcək və logistik proseslərdə yeni texnoloji həllər tətbiq olunacaq.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Oktyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri