Icma.az
close
up
RU
BSU da “Qərbi Azərbaycan məsələsi Azərbaycan təhsili və elmində” mövzusunda dəyirmi masa keçirilib FOTOLAR

BSU da “Qərbi Azərbaycan məsələsi Azərbaycan təhsili və elmində” mövzusunda dəyirmi masa keçirilib FOTOLAR

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 26-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə etdiyi çıxışda irəli sürdüyü məsələlərə dair elmi müzakirələr aparılıb və “Qərbi Azərbaycan məsələsi Azərbaycan təhsili və elmində” mövzusunda dəyirmi masa keçirilib.

Moderator.az xəbər verir ki, dəyirmi masada BSU-nun rektoru Anar Nağıyev,  Azərbaycan Respublikasının Milli Məclisinin(MM) deputatı, Qərbi Azərbaycan İcması(QAİ) İdarə Heyətinin sədri Əziz Ələkbərli, MM-in deputatları Şahin İsmayılov, Hikmət Məmmədov,  Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, akademik Abel Məhərrəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin(ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova (Nağıqızı), ADPU-nun Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova, ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Cəlalova,həmin universitetin professorları Fərrux Rüstəmov, İbrahim Bayramov, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, AMEA-nın Abasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Nazim Mustafa,  Sosial  Tədqiqatlar Mərkəzinin ( STM) sektor müdiri Əfqan Vəliyev,  " İnformasiya və Sosial Təşəbbüslərə Dəstək " İctimai Birliyinin(İB) və QHT.az platformasının sədri Cəsarət Hüseynzadə, tarixçi-alim Səbuhi Hüseynov, BSU-nun professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd Qərbi Azərbaycanla bağlı elmi araşdırmaların mövcud vəziyyətini,  metodoloji problemləri, mənbələrin sistemləşdirilməsi ilə bağlı çağırışları və gələcək tədqiqat perspektivlərini akademik müstəvidə müzakirə etmək olmuşdur. Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının( AMEA) 80 illik yubileyindəki çıxışından irəli gələn  məsələlərə dair elmi müzakirələrə  həsr olunub. Dövlət başçımız İlham Əliyevin AMEA-nın sözügedən tarixi  yubiley tədbirində vurğuladığı kimi, Qərbi Azərbaycan mövzusu müasir Azərbaycan elminin prioritet istiqamətlərindən biridir və bu sahədə sistemli, elmi əsaslara söykənən tədqiqatların genişləndirilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Açılış nitqi ilə çıxış edən BSU-nun  rektoru Anar Nağıyev qeyd edib ki, cənab Prezident İlham Əliyev AMEA-nın 80 illik yubileyi münasibətilə çıxışında süni intellekt, Vətən müharibəsinin tarixi, Qarabağa və Şərqi Zəngəzura qayıdış, milli kimlik, Azərbaycan tarixi, Azərbaycan dili, Qərbi Azərbaycan məsələləri kimi ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən mövzuları bir daha alimlərin, təhsil işçilərinin və ictimaiyyətin diqqətinə çatdırıb.Çünki bu məsələlər Azərbaycanın milli kimliyini, dövlətçilik mahiyyətini və gələcək inkişaf istiqamətlərini özündə əks etdirir.

Rektor bildirib ki, cənab Prezidentin çıxışları ölkəmizin bu günü və gələcəyi, həmçinin elmin və təhsilin inkişafı üçün strateji yol xəritəsi rolunu oynayır. Bu baxışdan çıxış edərək, Bakı Slavyan Universitetində Qərbi Azərbaycanla bağlı tədqiqatların stimullaşdırılması mexanizmi təsdiq edilib, elmi şuranın qərarı ilə Qərbi Azərbaycan mövzusuna həsr olunmuş dərslik və monoqrafiyaların mükafatlandırılması qaydası tətbiq olunur. Universitet bu istiqamətdə elmi araşdırmaların, tədrisin və beynəlxalq səviyyədə təbliğatın sistemli şəkildə həyata keçirilməsi üçün ardıcıl fəaliyyət göstərir.

A.Nağıyev vurğulayıb ki, BSU-da Qərbi Azərbaycan Tədqiqat Mərkəzi yaradılıb, mövzu üzrə dərsliklər və fənn proqramları hazırlanır, magistratura səviyyəsində yeni fənlər tədrisə daxil edilib. “Qərbi Azərbaycana Qayıdış” konsepsiyası universitetdə tədris olunan bütün dillərə tərcümə olunaraq müxtəlif beynəlxalq tədbirlərdə təqdim edilir. Özbəkistan, Bolqarıstan, Polşa və digər ölkələrdəki tərəfdaş qurumlar vasitəsilə Qərbi Azərbaycan həqiqətlərinin təbliği üçün xüsusi guşələr və təqdimatlar təşkil olunub. Həmçinin “Azərbaycançılıq və onun aktual məsələləri” adlı ənənəvi konfrans çərçivəsində Qərbi Azərbaycanla bağlı xüsusi panel müzakirələri keçirilir.

Rektor qeyd edib ki, cənab Prezidentin vurğuladığı kimi, Qərbi Azərbaycana qayıdış bizim tarixi, hüquqi və mənəvi haqqımızdır. Bu məsələyə elmi əsaslarla yanaşmaq, onu obyektiv şəkildə təqdim etmək və düzgün kommunikasiya strategiyası formalaşdırmaq olduqca vacibdir. Bugünkü görüşün məqsədi də məhz bu istiqamətdə müzakirələri dərinləşdirmək, yeni elmi nəticələr ortaya qoymaq və Qərbi Azərbaycan həqiqətlərinin sistemli şəkildə tədrisinə və təbliğinə töhfə verməkdir.

MM-in deputatı, QAİ İdarə Heyətinin sədri Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin, tarixi faktların, xronoloji mənbələrin, xəritələrin geniş auditoriyalara çatdırılması strateji zərurətdir. Tarixi mənbələrin toplanması, xəritələrin elmi əsaslarla təqdim edilməsi və beynəlxalq səviyyədə təbliği qarşıya qoyulan əsas vəzifələrdəndir. O qeyd edib ki, baş verən proseslər fonunda həm dövlət qurumlarına, həm ictimai təşkilatlara, həm də ali təhsil müəssisələrinə mühüm vəzifələr düşür. Qərbi Azərbaycan İcması da bu istiqamətdə üzərinə düşən missiyanı həyata keçirməkdə davam edir. 

Tədbir zamanı çıxış edən akademik Abel Məhərrəmov gənclərin tarixi həqiqətlərin dərindən öyrənilməsi və təbliği istiqamətində mühüm rola malik olduğunu vurğulayıb. Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxışında Qərbi Azərbaycanla bağlı məsələlərin elmə gətirilməsinin vacibliyini qeyd edib. ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova (Nağıqızı) isə Qərbi Azərbaycan istiqamətində görülən işlərin BSU tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdıraraq tarixin erkən yaşlardan öyrənilməsinin, toponimlər üzrə geniş araşdırmaların aparılmasının və orta məktəblərdə açıq dərslərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

MM-in deputatı Hikmət Məmmədov, tarixçi-alim Səbuhi Hüseynov, millət vəkili və BSU-nun "Roman-german dilləri" Kafedrasının müdiri Sevinc Fətəliyeva, STM-nin sektor müdiri Əfqan Vəliyev,ADPU-nun professoru universitetin professorları Fərrux Rüstəmov, "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək " İB-nin və QHT.az platformasının sədri Cəsarət Hüseynzadə BSU-nun Jurnalistika kafedrasının professoru Şəlalə Həsənova, BSU-nun Pedaqogika kafedrasının müdiri Piralı Əliyev mövzu ətrafında çıxış ediblər.

Sonra müzakirə platformasına keçid alan dəyirmi masada mövzu ətrafında maraqlı müzakirələr aparılıb və əldə edilən nəticələr yekunlaşdırılıb.

Tədbbirin sonunda A.Nağıyev bildirib ki, bu gün filologiya elmləri doktoru, tanınmış dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar Elm xadimi Həsən İbrahim oğlu Mirzəyevin doğum gününə təsadüf edir. Rektor əlavə edib ki, görkəmli alimlərin xatirəsinin əbədiləşdirilməsi, onların həyat və fəaliyyətinin gənc nəslə tanıdılması universitetin əsas məqsədlərindən biridir. Bu məqsədlə tədbirdən sonra  professorun zəngin elmi fəaliyyətini və həyat yolunu əks etdirən məlumat xarakterli xatirə lövhəsi universitetin foyesində asılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Noyabr 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri