Icma.az
close
up
RU
Brüsseldə Qərbi Azərbaycan konfransı FOTOLAR

Brüsseldə Qərbi Azərbaycan konfransı FOTOLAR

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropanın “siyasi paytaxtı” Brüssel şəhərində qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdış hüququna həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Modern.az xəbər verir ki, 27 oktyabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcması və Fransanın CAP Freedom of Conscience qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə Brüssel şəhərində “Beynəlxalq hüquqda qayıdış hüququ” adlı beynəlxalq konfrans keçirilib. 

Avropa məkanında qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı hüququna həsr edilmiş, 120 nəfərin iştirak etdiyi konfransın işində Belçika, Fransa, Birləşmiş Krallıq, İsveçrə, İtaliya və Azərbaycandan olan beynəlxalq hüquq üzrə mütəxəssislər, tədqiqatçı, siyasi və ictimai xadimlər çıxış edib, qərbi azərbaycanlıların öz tarixi torpaqlarından qovulması da daxil olmaqla ayrı-ayrı hallara toxunulub, qayıdış hüququnun fundamental hüquqlardan biri kimi beynəlxalq hüquqda təsbit olunduğu vurğulanıb. 

Konfrans çərçivəsində iki panel müzakirəsi təşkil edilib. Beynəlxalq hüquqda qayıdış hüququ anlayışının ortaya çıxması, inkişafı və beynəlxalq hüquqda mülkiyyət və mədəni mirasın qorunması ətrafında müzakirələr aparılıb. 

Konfransda giriş nitqi ilə çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli konfrans iştirakçılarına təmsil etdiyi qurumun yaranması, fəaliyyətinin əsas istiqamət və hədəfləri barəsində məlumat verərək, qərbi azərbaycanlıların öz tarixi torpaqlarından ötən əsrdə mərhələli və sistemli şəkildə didərgin salındığını diqqətə çatdırıb. O, çıxışında Ermənistan tərəfindən azərbaycanlı əhaliyə qarşı sistemli şəkildə həyata keçirilmiş siyasətin nəticəsində dəymiş maddi ziyanın milyardlarla dollar həcmində olduğunu, həmçinin maddi ölçüyə sığmayan çoxəsrlik mədəni mirasın məhv edildiyini bildirib. 

İdarə Heyətinin sədri çoxsaylı müraciətlərinə baxmayaraq, Ermənistanın icma ilə dialoqa getməkdən imtina etdiyini vurğulayıb, İcmanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasi xəttə uyğun olaraq regionda sülh, əminamanlıq və birgəyaşayışı dəstəklədiyini, 8 avqust Vaşinqton görüşündə əldə edilmiş tarixi qərarların regionda barışı təmin edəcəyinə əmin olduqlarını diqqətə çatdırıb. 

Konfransda, həmçinin qərbi azərbaycanlıların tarixi torpaqlarında dağıdılmış mədəni mirasının nümunələrinə və abidələrinə dair fotosərgi nümayiş etdirilib. Qərbi Azərbaycan İcması tərəfindən hazırlanmış çoxsaylı materiallar iştirakçılara paylanıb.  

Konfrans işini iştirakçıların mövzuya dair sualları ətrafında davam etdirib.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Oktyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri