Icma.az
close
up
RU
BSU da “Yeni dövrün Azərbaycanı: Qərbi Azərbaycan irsi və milli mədəni dəyərlər” mövzusunda tədbir keçirilib FOTOLAR

BSU da “Yeni dövrün Azərbaycanı: Qərbi Azərbaycan irsi və milli mədəni dəyərlər” mövzusunda tədbir keçirilib FOTOLAR

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Martın 18-də Bakı Slavyan Universitetində (BSU) “Yeni dövrün Azərbaycanı: Qərbi Azərbaycan irsi və milli mədəni dəyərlər” mövzusunda tədbir keçirilib.

Moderator.az xəbər verir ki, tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademiki Abel Məhərrəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Nağıqızı, Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov, AMEA-nın Folklor üzrə Elmi Şurasının sədr müavini Mahmud Allahmanlı çıxış ediblər.

İlk olaraq iştirakçılar universitetin foyesində fakültələr tərəfindən hazırlanmış və Novruzun rəmzi adət-ənənələrini əks etdirən guşələrlə tanış olublar. Sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev 24 sentyabr 2024-cü il tarixində Qərbi Azərbaycan Elmi Tədqiqat Mərkəzinin yaradıldığını və bu il rəsmi açılışının baş tutduğunu bildirib. O qeyd edib ki, mərkəzin fəaliyyət göstərməsi cənab Prezidentin qarşıya qoyduğu Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində ali təhsil müəssisəsinin üzərinə düşən missiyanı yerinə yetirməkdən ibarətdir.  

Rektor çıxışında bildirib ki, biz çox xoşbəxt və qürurluyuq ki, Novruz tonqallarının bütün Azərbaycanda alovlanmasının şahidi oluruq. Ölkə rəhbəri Prezident İlham Əliyevin Şuşada, Xankəndidə, Ağdamda, Xocalıda və digər bölgələrdə Novruz tonqalı yandırması hər birimizin qürur və xoşbəxtlik mənbəyidir. Biz hər birimiz qürurluyuq ki, dövlət başçımızın qurduğu yeni dövrün Azərbaycanında yaşayırıq. 

A.Nağıyev əlavə edib ki, Novruz bayramı ənənələrini yaşatmaq və milli-mənəvi irsimizi qorumaq, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq məfkurəsinin ayrılmaz hissəsidir. Biz Ulu Öndər Heydər Əliyevin yaratdığı müasir Azərbaycan dövlətinin vətəndaşları olaraq, ölkəmizin dinamik inkişafının şahidi olmaqdan və bu prosesin bir parçası kimi iştirak etməkdən böyük xoşbəxtlik hissi keçiririk. Bu gün Novruz bayramı bizə həm də azərbaycanlıların tarixən yaşadığı əzəli torpaqlarına qayıdış çağırışı edir. Biz Qarabağa və Şərqi Zəngəzura qayıtdıq, eləcə də Qərbi Azərbaycan torpaqları bizi milli-mənəvi irsimizi orada yenidən canlandırmağa səsləyir. Rektor  Prezident İlham Əliyevin 24 dekabr 2022-ci il də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə səsləndirdiyi Qərbi Azərbaycana qayıdış konsepsiyasının qarşıya qoyduğu məsələləri bir daha qeyd edərək, azərbaycanlıların öz torpaqlarına geriyə qayıdış hüququnun olduğunu bildirdi. 

Rektor çıxışının sonunda vurğulayıb ki, bugünün Novruz tonqalları zəfərimizin, suverenliyimizin, eləcə də  bütövlüyümüzün rəmzinə çevrilmişdir. 

Tədbirdə çıxış edən AMEA-nın akademiki, Qərbi Azərbaycan İcmasının üzvü görkəmli alim Abel Məhərrəmov Qərbi Azərbaycanın tarixi, onun Azərbaycan xalqının etnik-mədəni irsində oynadığı mühüm rol və Azərbaycan dövlətinin qədim tarixindən söz açdı. O, Qərbi Azərbaycan ərazisinin tarixən Azərbaycan xalqının ayrılmaz bir parçası olduğunu vurğulayaraq, bu istiqamətdə aparılan elmi araşdırmaların əhəmiyyətini qeyd edib.

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcmasının üzvü professor Mahirə Nağıqızı  Novruz bayramının milli-mənəvi dəyərlər sistemindəki əhəmiyyətindən bəhs edərək, onun xalqımızın tarixi yaddaşındakı yerindən söz açdı. O, eyni zamanda Prezident İlham Əliyevin Qərbi Azərbaycana dair apardığı siyasətin tarixi ədalətin bərpasına yönəldiyini vurğulayıb və cənab Prezidentin Qərbi Azərbaycandan olan bir qrup ziyalılarla görüşü zamanı söylədiyi fikirlərə istinad edərək, Qərbi Azərbaycana qayıdışın sülh, elm və əminamanlıq yollarla həyata keçiriləcəyinə inamını ifadə edib.

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov çıxışında Novruz bayramının tarixi köklərinə nəzər salaraq, onun milli-mənəvi dəyərlər sistemindəki rolunu şərh edib. O, müstəqilliyimizin bərpasından sonra Ulu Öndər Heydər Əliyevin bu milli bayramın daha geniş miqyasda qeyd olunması üçün gördüyü işlərdən danışmış, Novruzun xalqımızın təbiətə, insana və humanizm prinsiplərinə bağlılığının simvolu olduğunu vurğulayıb.

AMEA-nın Folklor üzrə Elmi Şurasının sədr müavini Mahmud Allahmanlı Novruz bayramı münasibətilə iştirakçıları təbrik edərək, bu bayramın Azərbaycan xalqının birlik və həmrəylik rəmzi olduğunu, onun folklor və mədəniyyətimizdə dərin iz buraxdığını qeyd edib.

Tədbir bayram konserti ilə yekunlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Mart 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri