Icma.az
close
up
RU
BSUnun kafedra müdiri Albaniyada beynəlxalq konfransda çıxış edib

BSUnun kafedra müdiri Albaniyada beynəlxalq konfransda çıxış edib

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Bakı Slavyan Universitetinin Balkanşünaslıq kafedrasının müdiri, filologiya elmləri doktoru Nurlana Mustafayeva noyabrın 25-də Albaniya Respublikasının Tirana Universitetinin Tarix və Filologiya Fakültəsi Dilçilik kafedrasının Almaniya, Serbiya, İtaliya, Çexiya, Çin, Kosova, Türkiyə, Bolqarıstan, Şimali Makedoniya və Albaniyadan olan alimlərin iştirakı ilə “Albanologiyanın auditoriyaları – Alban dili mərkəzləri və departamentləri şəbəkəsinin yaradılmasına doğru” mövzusunda keçirdiyi beynəlxalq elmi konfransda “Azərbaycan Respublikası və Albaniya Respublikası arasında əməkdaşlıqda təhsilin rolu: mövcud vəziyyət və hədəflər” mövzusunda məruzə ilə çıxış edib.

Turkustan.az xəbər verir ki, alim Azərbaycan və Albaniya arasında əməkdaşlığın qurulması və inkişafında Prezident İlham Əliyevin fəaliyyətindən, dil üzrə mütəxəssislərin yetişdirilməsinin əhəmiyyətindən bəhs edərək, alban dilinin Azərbaycanda, Azərbaycan dilinin Albaniyada tədrisinin önəmini vurğulayıb.

Balkan coğrafiyası ölkələrinin rəsmi dillərinin BSU-da tədris olunaraq mütəxəssislərin yetişdirilməsinin əsas hədəf olduğu xüsusilə qeyd olunub.

Nurlana Mustafayeva Tirana Universitetinin rektoru Prof.Dr. Artan Hoxha, Tarix və Filologiya fakültəsinin dekanı Prof.Dr. Mark Marku və Albanologiya kafedrasının müdiri Prof.Dr. Dhimitri Bello ilə görüşərək Azərbaycanda ilk dəfə olaraq BSU-da qurulan Balkanşünaslıq kafedrası haqqında məlumat vermiş, kafedranın əsas hədəflərindən, universitetdə təşkil olunmuş I Balkanşünaslıq tədqiqatları beynəlxalq elmi konfransından bəhs edib. bildirib ki, BSU-nun əsas hədəflərindən biri Balkan ölkələrindəki universitetlərlə əlaqələrin qurulmasıdır.

Rektor Prof.dr. Artan Hoxha Azərbaycanla Albaniya əlaqələrinin günümüzdə yüksələn xəttlə inkişaf etdiyindən bəhs edərək dil, mədəniyyət, ədəbiyyat, tarix baxımından töhfələr vermək üçün Tirana Universitetinin də Bakı Slavyan Universiteti ilə əlaqələrin qurulmasında maraqlı olduğunu, bundan ötrü nə lazımdırsa edəcəklərini bildirib. Vurğulayıb ki, Azərbaycan mədəniyyəti, tarixi Albaniyada böyük maraqla qarşılanır, Azərbaycan Avropa qitəsində mühüm yer tutur və önəmli rol oynayır, Azərbaycan Albaniya üçün vacib ölkədir.

Konfransın yekununda alban dilinin dünyada yayılması, yeni kafedraların qurulması, alban dilinin tədrisinin təşkil edilməsi, ədəbi-mədəni əlaqələrin qurulması, yeni dil proqramlarının yazılması, konfrans, simpoziumların təşkili, web səhifənin qurulması, ortaq sillabusların, dərslik, dərs vəsaitləri və lüğətlərin hazırlanmasına dair ortaq memorandum imzalanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Noyabr 2024 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see583

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri