Icma.az
close
up
RU
BTB dən sonra risk altında olan başqa bank varmı? AÇIQLAMA

BTB dən sonra risk altında olan başqa bank varmı? AÇIQLAMA

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mərkəzi Bankının İdarə Heyətinin 27 iyul 2026-cı il tarixli Qərarı ilə Bank “BTB” ASC-yə verilmiş bank lisenziyası ləğv edilib, onun hüquqi varisi olan “T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC-yə “Bank olmayan kredit təşkilatları haqqında” Qanununun 10-cu və 11-ci maddələrinə əsasən lisenziya verilib.

Qərardan sonra bank sektorunun dayanıqlığı, digər bankların maliyyə vəziyyəti və yaxın perspektivdə oxşar qərarların verilməsi ehtimalı yenidən müzakirə mövzusuna çevrilib. Bəs hazırda risk qrupunda olan, fəaliyyəti ilə bağlı narahatlıq doğuran digər banklar varmı?

Mövzu ilə bağlı Modern.az-a danışan hüquqşünas-iqtisadçı Əkrəm Həsənov bildirib ki, hər hansı bankın adını risk qrupunda olan və ya bağlanmaq ehtimalı yüksək maliyyə qurumu kimi açıqlamaq düzgün yanaşma deyil.

Onun sözlərinə görə, bu cür açıqlamalar cəmiyyətdə əsassız narahatlıq və panikaya səbəb ola bilər:

“Əgər hansısa bankla bağlı müəyyən məlumatım olsa belə, onun adını çəkməyim doğru olmazdı. Çünki bu, əmanətçilər arasında panika yarada bilər. Digər tərəfdən, bankın müəyyən problemlə üzləşməsi onun mütləq bağlanacağı anlamına gəlmir. Belə hallarda səhmdarların dəstəyi ilə mövcud çətinlik aradan qaldırıla və bankın fəaliyyəti bərpa oluna bilər”.

Ə.Həsənov hesab edir ki, BTB Bankın vəziyyəti digər banklardan fərqlənirdi:

“BTB Bank məsələsini bir qədər fərqli qiymətləndirirəm. Bu bankın Ramiz Mehdiyevin ailəsinə məxsus olduğu deyilirdi. Ramiz Mehdiyev ətrafında baş verən proseslər fonunda banka ictimai etimad zəiflədi. Mən deyə bilmərəm ki, bankın ciddi maliyyə problemləri var idi və qərar məhz buna görə qəbul edildi. Burada əsas amil konkret şəxslə bağlı yaranmış vəziyyət və bunun banka olan etimada təsiri idi. Nəticədə bank bank olmayan kredit təşkilatına çevrildi. Əmanətlər və müştəri hesabları isə digər banklara köçürüldü”.

İqtisadçı bildirib ki, hazırda oxşar vəziyyətdə olan başqa bank müşahidə edilmir. Bununla belə, o, müəyyən müzakirələrdə “TuranBank”ın adının hallandırıldığını qeyd edib:

“Müəyyən mənada "TuranBank"ın adı hallandırılır. Uzun illər mətbuatda bankın faktiki sahibinin Məmməd Musayev olduğu barədə məlumatlar dərc olunurdu. Hazırda da onun ətrafında baş verən proseslər, o cümlədən barəsində cinayət işi açılması ilə bağlı xəbərlər yayılır”.

Ə.Həsənovun sözlərinə görə, bununla belə, mövcud vəziyyəti BTB Bankla eyniləşdirmək doğru olmaz:

“Burada müəyyən oxşarlıqlar olsa da, vəziyyət Ramiz Mehdiyev ətrafında baş verən proseslərlə müqayisə olunacaq səviyyədə deyil”.

Hüquqşünas həmçinin vurğulayıb ki, hazırda Azərbaycanda hər hansı bankın sırf maliyyə dayanıqsızlığı səbəbindən bağlanacağını söyləmək üçün əsas yoxdur:

“Bu gün nə BTB Bankın, nə TuranBankın, nə də digər bankların ciddi maliyyə problemlərinin olduğunu demək mümkündür. Mənim qənaətimə görə, hazırda Azərbaycanda maliyyə dayanıqsızlığı səbəbindən bağlanmaq riski ilə üzləşən bank yoxdur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Avqust 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri