Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

BTQ ilə əməkdaşlıq edən ailə ölümlə təhdid edilir

BTQ ilə əməkdaşlıq edən ailə ölümlə təhdid edilir

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Bakı Təşəbbüs Qrupu (BTQ) ilə sıx əməkdaşlıq edən Kanada Siqh Federasiyasının sədri, tanınmış hüquq müdafiəçisi Moninder Singh Bualın beynəlxalq təşkilatlara ünvanladığı müraciət və təqdim etdiyi rəsmi sənədlər, habelə onun və ailəsinin həyatına yönəlmiş birbaşa sui-qəsd planları və transmilli repressiya faktları beynəlxalq müstəvidə ciddi müzakirələrə səbəb olub.

BTQ-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, yenicə ictimaiyyətə açıqlanan BMT Xüsusi məruzəçilərinin hesabatına əsasən, Moninder Singh Bual siqhlərin öz müqəddəratını təyin etmə hüquqlarını beynəlxalq platformalarda müdafiə etdiyi üçün 2022-ci ildən bəri Kanada təhlükəsizlik orqanlarından rəsmi olaraq dörd dəfə "ölüm təhlükəsi barədə xəbərdarlıq" alıb.

Sonuncu dördüncü rəsmi bildiriş 22 fevral 2026-cı ildə birbaşa onun evinə təqdim edilmiş və Kanada kəşfiyyat orqanlarının kifayət qədər ciddi qiymətləndirdiyi bu sui-qəsd planlarında ilk dəfə olaraq təkcə fəalın özü deyil, onun həyat yoldaşı və iki azyaşlı övladı da birbaşa hədəf olaraq göstərilib. Hesabata əsasən, bu gizli sui-qəsd cəhdi, Hindistan dövlətinin BMT xüsusi mexanizmləri ilə əməkdaşlıq edən dissidentləri və hüquq müdafiəçilərini istənilən coğrafiyada fiziki olaraq məhv etmək strategiyasının bariz nümunəsidir və fəalın BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyasında iştirak etmək üçün Cenevrəyə yola düşməsindən əvvəl olması təsadüfi xarakter daşımır.

Yaranmış kritik vəziyyətlə bağlı BMT-nin insan hüquqları, terrorizmlə mübarizə, sərbəst toplaşmaq azadlığı və din azadlığı üzrə 5 xüsusi məruzəçisi və eksperti Kanada hökumətinə rəsmi etiraz və çağırış məktubu ünvanlayıb. BMT rəsmiləri Moninder Singh və ailəsinin üzləşdiyi təhlükəni birbaşa Hindistan hakimiyyətinin və kəşfiyyat orqanlarının xarici ölkələrdə həyata keçirdiyi qanunsuz transmilli repressiyanın, sifarişli qətllərin və intiqam tədbirlərinin bir hissəsi adlandırıblar. Məktubda eyni xəbərdarlığı alan digər siqh fəalı Hardeep Singh Nijjarın 2023-cü ildə Kanada torpağında Hindistanın gizli agentləri və mütəşəkkil cinayətkar qrupları tərəfindən qətlə yetirilməsi xatırladılaraq, rəsmi Dehlinin suveren ölkələrin ərazisində həyata keçirdiyi dövlət terroruna qarşı Kanadanın davamlı sayıqlıq nümayiş etdirməməsindən ciddi narahatlıq ifadə olunub. Sənədlər sübut edir ki, Hindistan hökuməti öz daxilindəki etnik və dini azlıqların fundamental haqlarını boğmaqla kifayətlənməyərək, qərb ölkələrində yaşayan və fəaliyyət göstərən siqh fəallarını da qeyri-qanuni casusluq, şantaj və terror metodları ilə susdurmağa çalışır.

BMT ekspertlərinin rəsmi sənədinin tam mətni ictimaiyyətə açıqlandıqdan sonra dünya mətbuatının əsas gündəm mövzusuna çevrilib. Böyük Britaniyanın "The Guardian" qəzeti ,eyni zamanda Kanadanın "CBC News", "Global News" və Britaniyanın "The Independent" kimi aparıcı media agentlikləri də mövzuya geniş yer ayıraraq, Hindistan kəşfiyyat şəbəkələrinin suveren dövlətlərin daxili təhlükəsizliyini pozmasını, siqh fəallarına qarşı Avropa və Şimali Amerikada gizli sui-qəsd və təhdid şəbəkələri qurmasını kəskin tənqid ediblər.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupunun sosial şəbəkə profilləri və saytı mütəmadi olaraq Hindistan mənşəli kiberhücumlara məruz qalır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Avqust 2026 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see652

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see458

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see324

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see321

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see320

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see307

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see292

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see272

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see262

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see246

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see239

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see228

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see226

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see226

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see222

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see205

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see198

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see197

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see193

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri