Icma.az
close
up
RU
BTQ nin hesabatı BMT nin “Fəaliyyət Proqramı”nda

BTQ nin hesabatı BMT nin “Fəaliyyət Proqramı”nda

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Təşəbbüs Qrupunun (BTQ) hesabatı BMT Baş katibinin 2025-ci il üzrə təqdim etdiyi “Afrika mənşəli insanların beynəlxalq ikinci onilliyinin həyata keçirilməsi üzrə fəaliyyət proqramı”na dair məruzədə qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BTQ məlumat yayıb.

Bildirilib ki, Baş katibin hesabatında BTQ məhz dekolonizasiya və kiçik adalarda yaşayan xalqların müstəqilliyi istiqamətində fəaliyyət aparan qlobal vətəndaş cəmiyyətləri sırasında yeganə QHT kimi adı qeyd olunub.

Xatırladaq ki, 2025-ci ilin mayında Bakı Təşəbbüs Qrupu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına “Afrika mənşəli insanların beynəlxalq ikinci onilliyi” çərçivəsində həyata keçirilmiş fəaliyyətlər barədə öz hesabatını təqdim edib.

Qeyd edək ki, BTQ-nin təqdim etdiyi hesabatda əks olunmuş fəaliyyətlər sırasında təşkilat tərəfindən cari il yanvarın 21-də təşkil olunmuş “Reyunyon adasının müstəqilliyi: Fransanın müstəmləkə irsinin yenidən qiymətləndirilməsi və suverenliyə gedən yol” adlı beynəlxalq konfrans, fevralın 24-26-da Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan ölkələrdə fəaliyyət göstərən jurnalistlərin iştirakı ilə təşkil edilmiş Beynəlxalq Mediatur, aprelin 15-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilmiş “Dekolonizasiya: Səssiz İnqilab” adlı beynəlxalq konfrans yer alıb. Sonuncu tədbir isə BMT-nin Afrika Mənşəli İnsanların Daimi Forumunun dördüncü sessiyasının rəsmi yan tədbiri kimi BMT-də qeydiyyatdan keçib.

Sözügedən beynəlxalq tədbirlər BTQ-nin dekolonizasiya və insan hüquqları sahəsində gördüyü işlərin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm rol oynayıb. Belə ki, BTQ-nin icraçı direktoru Abbas Abbasov və müstəmləkə altında olan ərazilərin nümayəndələri BMT Baş Assambleyasında Afrika Mənşəli İnsanların Daimi Forumunun dördüncü sessiyasında çıxış edib.

Bundan əlavə, BTQ-nin “Afrika mənşəli insanların beynəlxalq ikinci onilliyi”nə verdiyi töhfələrdən biri də “Reparasiya: Müstəmləkə irsi ilə üzləşmə” adlı müraciətinin qəbul edilməsi və kolonial zülmün tanınması və reparasiya tələbləri ilə bağlı beynəlxalq petisiyanın başlanması olub. Sənədlərdə keçmiş müstəmləkəçi dövlətlərin tarixi cinayətlərə görə məsuliyyət daşımaqdan yayınması qətiyyətlə pislənib və reparasiyaların yalnız hüquqi deyil, həm də ədalət və insan ləyaqətinin bərpasına əsaslanan mənəvi öhdəlik olduğu vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:247
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Oktyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri