Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

BTQ: OMTC nin hesabatı Fransada insan hüquqlarının müdafiəsində sistemli problemləri üzə çıxarıb

BTQ: OMTC nin hesabatı Fransada insan hüquqlarının müdafiəsində sistemli problemləri üzə çıxarıb

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ümumdünya İşgəncə Əleyhinə Təşkilatının (OMCT) 2026-cı il üzrə dərc etdiyi Qlobal İşgəncə İndeksi Fransada insan hüquqlarının müdafiəsi sahəsində ciddi və sistemli problemlərin mövcudluğunu üzə çıxarıb.

Bu barədə Teleqraf-a Bakı Təşəbbüs Qrupundan (BTQ) məlumat verilib.

Qeyd olunub ki, Fransa "nəzərəçarpacaq risk" kateqoriyasına daxil edilib və indeksdə qiymətləndirilən Avropa İttifaqı ölkələri arasında bu risk səviyyəsinə aid edilən yeganə dövlət olub.

Hesabatda xüsusilə polis zorakılığı, irqi ayrı-seçkilik, cəzasızlıq mühiti və Yeni Kaledoniyada yerli əhaliyə qarşı həyata keçirilən repressiv tədbirlər diqqət mərkəzinə gətirilib.

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 200-dən çox qeyri-hökumət təşkilatını birləşdirən OMCT-nin qiymətləndirməsinə əsasən, Fransada insan hüquqlarının müdafiəsi üçün geniş hüquqi və institusional mexanizmlərin mövcud olmasına baxmayaraq, işgəncələrin qarşısının alınması sahəsində davamlı və struktur xarakterli çatışmazlıqlar qalmaqdadır.

Hesabatda Fransanın müstəmləkə ərazisi olan Kanaki-Yeni Kaledoniyada baş verən hadisələr xüsusi narahatlıq doğuran məsələlər sırasında yer alıb. Belə ki, 2024-cü ildə Yeni Kaledoniyadakı etirazlar zamanı həbs olunan 87 kanak məhbusun öz ailələrindən və doğma mədəniyyətlərindən tamamilə uzaqlaşdırılaraq, təxminən 17 000 kilometr məsafədə yerləşən Fransa metropoliyasına məcburi köçürülməsi ciddi hüquq pozuntusu kimi hesablata daxil edilmişdir.

Qeyd edək ki, 2024-cü ildə Yeni Kaledoniyada baş verən etirazlar Fransa hakimiyyətinin seçki qaydalarını dəyişdirmək təşəbbüsündən sonra genişlənmişdi. Yerli kanakların siyasi təmsilçiliyinə mənfi təsir göstərə biləcəyi bildirilən bu təşəbbüs müstəqillik tərəfdarlarının etirazına səbəb olmuşdu. Fransa hakimiyyəti isə bölgədə fövqəladə vəziyyət elan etmiş, əlavə təhlükəsizlik qüvvələri yerləşdirmiş və bir sıra məhdudiyyətlər tətbiq etmişdi.

Beynəlxalq insan hüquqları təşkilatları həmin dövrdə Fransanın atdığı addımlarla bağlı narahatlıqlarını ifadə etmişdilər. Amnesty International Yeni Kaledoniyadakı vəziyyətin uzun müddətdir həllini tapmayan dekolonizasiya prosesi, irqi bərabərsizlik və kanak xalqının öz müqəddəratını təyinetmə tələbləri kontekstində qiymətləndirilməli olduğunu bildirmişdi.

Hesabatda Fransanın öz ərazisində polis zorakılığı ilə bağlı vəziyyət də ciddi tənqid olunub. Bildirilib ki, 2024-cü ildə polis müdaxilələri ilə əlaqədar 54 nəfər, 2026-cı ilin ilk beş ayı ərzində isə ən azı 22 nəfər həyatını itirib. Son dövrlərdə, xüsusilə 2026-cı ilin oktyabr ayında lisey şagirdlərinin nümayişləri zamanı polisin həddindən artıq güc tətbiq etməsi və kütləvi həbslər həyata keçirməsi ölkədəki repressiya mühitinin daha da dərinləşdiyini nümayiş etdirir.

Bununla yanaşı, Fransa həbsxanalarında həddindən artıq sıxlıq, məhbuslara qarşı zorakı və qanunsuz rəftar halları da əsas narahatlıq mənbələri kimi göstərilib. Hesabatda bu problemlərin məhbusların fundamental hüquqlarının qorunması və işgəncələrin qarşısının alınması baxımından ciddi risklər yaratdığı vurğulanıb.

Nəticə olaraq, Ümumdünya İşgəncə Əleyhinə Təşkilatının (OMCT) bu rəsmi hesabatı və toplanmış statistik göstəricilər Fransanın öz daxilində və Dənizaşırı ərazilərində insan hüquqları prinsiplərini sistematik şəkildə pozduğunu, habelə beynəlxalq öhdəliklərinə zidd olaraq qeyri-mütənasib güc və repressiv üsullara əl atdığını qəti şəkildə sübut edir. Ölkədə müstəqillik hərəkatlarına və yerli azlıqların hüquq tələblərinə qarşı tətbiq olunan inzibati və fiziki təzyiqlər, eləcə də beynəlxalq reytinqlərdəki kəskin geriləmə rəsmi Parisin "demokratiya və insan haqlarının beşiyi" iddiasını tamamilə alt-üst edir. Bu vəziyyət, müstəmləkəçilik fəsadlarının hələ də davam etdiyini nümayiş etdirir və beynəlxalq ictimaiyyətin Fransada güclənən cəzasızlıq mühitinə, irqi ayrı-seçkiliyə və insan haqları böhranına qarşı təcili olaraq qəti və hüquqi addımlar atmasını zəruri edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Oktyabr 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see309

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see277

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see276

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see257

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see251

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see239

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see232

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see229

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see223

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see217

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see207

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see201

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see196

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see190

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see189

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see184

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see182

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see173

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri