BTQ “Qarans” siklonunun nəticələri ilə bağlı Reyunyon sakinləri ilə həmrəyliyini açıqlayıb
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı Təşəbbüs Qrupu (BTQ) Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Reyunyon adasının sakinləri ilə həmrəy olduğunu bildirib. SİA xəbər verir ki, BTQ dünəndən adanı cənginə alan güclü “Qarans” siklonu ilə bağlı həmrəylik mesajı yayıb.
“Qarans” siklonu Reyunyon adasında ciddi dağıntılara səbəb olub, evləri və infrastrukturu dağıdıb, minlərlə insan işıqsız və təmiz susuz qalıb, küçələri su basıb. Ada sakinləri çətin vəziyyətdədir. Artıq 3 nəfər ölüb. Bu çətin anlarda düşüncələrimiz ilk növbədə xəsarət alanlar və onların yaxınları ilə bağlıdır. Hər kəsə cəsarət arzulayırıq”, - məlumatda deyilir.
Xatırladaq ki, Reyunyon adasının hakimiyyət orqanları “Qarans” siklonu ilə əlaqədar dünən qırmızı xəbərdarlıq edib. Mövcud vəziyyətlə əlaqədar hüquq-mühafizə və xilasetmə xidmətləri istisna olmaqla, əhali təcrid olunmuş vəziyyətdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 01 Mart 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















