Icma.az
close
up
RU
BTQ üzrə yeni əməkdaşlıq sənədi imzalanıb

BTQ üzrə yeni əməkdaşlıq sənədi imzalanıb

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qazaxıstanın Almatı şəhərində keçirilən Nəqliyyat Həftəsi çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov, “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze və Türkiyə Dövlət Dəmir Yollarının “TCDD Taşımacılık” şirkətinin baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçın “Bakı – Tbilisi – Qars dəmiryol xətti vasitəsilə yükdaşımaların təşkili haqqında” Anlaşma Memorandumu imzalayıblar.

ADY-dən "APA-Economics"ə verilən məlumata görə, bu sənədlə tərəflər BTQ marşrutunun digər nəqliyyat dəhlizləri ilə müqayisədə rəqabətqabiliyyətinin artırılmasını, optimallaşdırılmış çatdırılma müddətləri ilə bu marşruta əlavə yük axınlarının cəlb edilməsini, yükdaşımalar üçün dayanıqlı şəraiti və şəffaf qiymətlərin formalaşmasını təmin edən rəqabətədavamlı tariflərin tətbiqini razılaşdırıblar.

BTQ xətti boyunca sabit və proqnozlaşdırıla bilən əməliyyat rejiminin yaradılması, yük sahibləri üçün şərtlərin yaxşılaşdırılması və daşımaların həcminin artırılması hədəf götürülüb, çatdırılma müddətlərinə riayət edilməsinin BTQ marşrutunun yükgöndərənlər üçün cəlbediciliyinin əsas elementi olduğu vurğulanıb.

Razılaşmaya əsasən, Ələt – Böyük Kəsik və Qardabani – Axalkalaki sahələrində çatdırılma müddəti (gömrük və sərhəd prosedurları istisna olmaqla) 24 saatdan çox olmamaqla, Yalama – Böyük Kəsik sahəsində 48 saatdan çox olmamaqla müəyyən edilib. Bu müddət Türkiyədə Qars – Mersin sahəsində 60 saatdan, Qars – İstanbul sahəsində isə 70 saatdan çox olmamaqla müəyyənləşdirilib. Bununla da Ələtdən Mersinə yüklərin 4 gün yarıma çatdırılması mümkün olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 Oktyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri