Icma.az
close
up
RU
Bu, adi mesaj deyil: Bu, xilas anonsudur!

Bu, adi mesaj deyil: Bu, xilas anonsudur!

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə bir sıra təkliflərlə çıxış edib ki, bunlardan da biri hərbi əməkdaşlığın genişləndirilməsi ilə bağlıdır. Dövlət başçısı bildirib ki, türk dövlətləri arasında hərbi əməkdaşlığın genişlənməsi arzuediləndir və bu, bütün üzv dövlətlərin maraqlarına cavab verir. 

Prezident İlham Əliyevin məlum çıxışından sonra ictimai rəydə  "türk NATO"sunun yaranacağı ilə bağlı fikirlər səslənməkdə, media və sosial şəbəkələrdə müzakirələr aparılmaqdadır. 

Maraqlıdır, “türk NATO”-sunun yaranması mümkündürmü? Mövcud situasiya doörudanmı belə bir hərbi-siyasi birliyin yaranmasını zəruri edir? Belə bir birlik türk dünyası üçün təhlükəsizlik çətiri rolunu oynaya bilərmi?

Şübhəsiz, “türk NATO”-su, yaxud buna bənzər hansısa bir hərbi-siyasi birlik modelinin yaranıb-yaranmayacağını əminliklə iddia etmək olmaz və bu, zamanla bəlli olacaq bir məsələdir. Lakin indiki məqamda aydın olan bir həqiqət var ki, bu da İlham Əliyevin səsləndirdiyi təklifin türk dünyası üçün sözün həqiqi məansında xilas anonsu olması gerçəyidir. Bunun türk dövlətləri üçün nə qədər önəmli və əhəmiyyətli olduğunu anlamaq üçün müasir dünyamızda gedən proseslərə qısa nəzər salmaq kifayətdir. Bütün dünyanın sürətlə silahlanmağa başladığı, hərbi-siyasi blokların saytının sürətlə artdığı, hər kəsin güclü müttəfiq axtarışına çıxdığı, müharibə və münaqişələrin çoxaldığı, beynəlxalq təşkilatların seyrçi mövqeyindən çıxış etdiyi müasir dünyamızda hərbi birlik türk xalqlarının xilası üçün yeganə etibarlı vasitə rolunda çıxış edir. Belə bir vasitədən imtina etmək mümkün təhlükələrə qapı açmaq, bu təhlükələr qarşısında özünü müdafiəsiz qoymaq deməkdir. Tarix sübut edir ki, bu cür qərarların nəticəsi həmişə faciəvi olur. 

Odur ki, Prezident İlham Əliyevin hərbi əməkdaşlıqla bağlı səsləndirdiyi fikirlər bütün türk dünyasının gələcəyi, təhlükəsizliyi və əmin-amanlığı baxımından müstəsna əhəmiyyətə malikdir. Əgər türk dünyası bu fikirləri praktiki müstəvidə lazımınca dəstəkləyəcəksə, o zaman tarixi bir uğura imza atmış olacaq.

Seymur ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Oktyabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see319

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see310

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see307

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see298

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see289

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see277

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see265

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see258

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see256

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see250

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see247

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see242

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see240

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see233

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see220

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see213

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see206

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see197

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri