Bu ailələrə müavinət verilə bilər
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Milli Məclisdə “çoxuşaqlı ailə” anlayışının dəyişdirilməsi və üç və daha çox uşağı olan ailələrin bu kateqoriyaya daxil edilməsi təklif olunub.
Gununsesi.info xəbər verir ki, deputat Vüqar Bayramov hazırda sosial müavinətin beşdən çox uşağı olan ailələrə verildiyini, pensiya güzəştlərinin isə beş və daha çox uşağı olan ailələrə şamil edildiyini bildirib.
Təklifə əsasən, bu meyarın mərhələli şəkildə üç uşağa endirilməsi nəzərdə tutulur. Hesablamalara görə, dəyişiklik 250 mindən çox ailənin aylıq sosial müavinət almaq imkanını yarada bilər.
Həmçinin üç uşağı olan şəxslərin pensiya yaşının 3 il, dörd uşağı olanların 4 il, beş və daha çox uşağı olanların isə 5 il azaldılması təklif edilir.
Təklif aidiyyəti dövlət qurumlarının maliyyə və fiskal yükü qiymətləndirməsindən sonra müzakirə oluna bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 11 Sentyabr 2026 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















