Icma.az
close
up
RU
Azərbaycan xalqının tarixi mübarizəsində dönüş nöqtəsi ŞƏRH

Azərbaycan xalqının tarixi mübarizəsində dönüş nöqtəsi ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Zəfər Günü xalqımızın azadlıq və ədalət uğrunda mübarizəsinin, dövlətimizin qətiyyətinin və Azərbaycan Ordusunun qəhrəmanlığının ümumiləşmiş ifadəsidir. Bu əlamətdar tarix onilliklər ərzində davam edən torpaq həsrətinin sona çatmasını, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək əzminin gerçəkləşməsini və milli iradənin qalibiyyətini təcəssüm etdirir.

Müstəqillik əldə etdikdən sonra Azərbaycan qarşısında duran ən mühüm məsələlərdən biri Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad edilməsi idi. Uzun illər ərzində bu istiqamətdə aparılan diplomatik fəaliyyət, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələr təəssüf ki, münaqişənin həllini təmin etmədi. Bununla belə, Azərbaycan dövləti öz strateji hədəfindən heç zaman geri çəkilmədi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizin iqtisadi gücü artdı, ordumuzun döyüş qabiliyyəti yüksəldi, müasir hərbi texnologiyalar tətbiq olundu və milli müdafiə sistemimiz daha da möhkəmləndirildi.

2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixi mübarizəsində dönüş nöqtəsi oldu. Sentyabrın 27-dən noyabrın 8-dək davam edən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri böyük əzmkarlıq və peşəkarlıq nümayiş etdirdi. İşğal altında olan ərazilərin azad edilməsi istiqamətində həyata keçirilən əməliyyatlar nəticəsində bir sıra strateji yüksəkliklər, şəhərlər, qəsəbələr və kəndlər düşmən nəzarətindən çıxarıldı. Bu uğurlar ölkəmizin hərbi potensialının yüksək səviyyədə olduğunu və qarşıya qoyulan məqsədlərə çatmaq üçün bütün imkanlara malik olduğunu göstərdi.

Müharibənin ən əlamətdar hadisəsi Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşanın azad edilməsi idi. Şuşa xalqımızın tarixində, incəsənətində, musiqisində və milli düşüncəsində müstəsna mövqeyə malikdir. Bu şəhərin işğaldan azad olunması Azərbaycan üçün həm strateji, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyırdı. Şuşa uğrunda aparılan əməliyyatlar hərbçilərimizin misilsiz cəsarətini, döyüş əzmini və yüksək peşəkarlığını ortaya qoydu. Çətin relyef şəraitində düşmənin müdafiə xəttini yararaq şəhərə daxil olmaq Azərbaycan hərb tarixinin ən parlaq qəhrəmanlıq nümunələrindən biri oldu.

Şuşanın azad edilməsi xəbəri ölkəmizdə böyük sevinc və qürur hissi ilə qarşılandı. Prezident İlham Əliyevin xalqa ünvanladığı tarixi müraciət Azərbaycanın uzun illər ərzində gözlədiyi arzunun reallaşdığını bütün dünyaya bəyan etdi. Bu hadisə müharibənin nəticəsinə həlledici təsir göstərərək 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasına gətirib çıxardı. Dekabrın 3-də imzalanan Sərəncamla 8 Noyabrın Zəfər Günü kimi qeyd edilməsi isə bu qələbənin milli tariximizdəki əhəmiyyətini təsdiqlədi.

Azərbaycanın əldə etdiyi tarixi nailiyyət 2023-cü ildə daha bir mühüm mərhələ ilə tamamlandı. Sentyabrın 19–20-də həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində suverenliyi tam təmin edildi. Oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağının ucaldılması dövlətimizin ərazi bütövlüyünün bərpasını və milli suverenliyimizin tamlığını nümayiş etdirən tarixi hadisə oldu.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq işləri aparılır. Dağıdılmış şəhər və kəndlər yenidən salınır, müasir yaşayış kompleksləri, yollar, körpülər, məktəblər və digər sosial obyektlər inşa edilir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması xalqımızın həyatında yeni səhifə açır. Bu proses Azərbaycanın yalnız hərbi qələbə qazanan deyil, həm də quruculuq və inkişaf sahəsində böyük potensiala malik olan dövlət olduğunu göstərir.

Zəfər Günü bizə bir daha xatırladır ki, dövlətin gücü xalqın birliyindən, ordunun qüdrəti milli iradədən, gələcəyin uğurları isə tarixi təcrübədən və vətənpərvərlikdən qaynaqlanır. Bu möhtəşəm qələbənin əldə edilməsində həyatlarını qurban verən şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaqdır. 8 Noyabr Azərbaycanın tarixində yeni dövrün başlanğıcı, milli qürurumuzun yüksəlişi və qalib gələcəyimizin möhkəm təməli kimi əbədi qalacaqdır.

Fərid Nağıyev

YAP Babək rayon təşkilatının fəal üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Noyabr 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see311

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see308

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see306

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see305

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see296

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see291

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see287

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see262

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see258

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see254

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see251

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see251

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see249

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see240

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see238

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see237

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see236

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see207

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri