Icma.az
close
up
RU
Bu artıq psixiatrların işidir : Zaxarova, Merzin sözlərinə reaksiya verib

Bu artıq psixiatrların işidir : Zaxarova, Merzin sözlərinə reaksiya verib

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniya Federal Hökumətinin kansleri Fridrix Merzin Rusiyanın sosial şəbəkələr vasitəsilə Almaniyanın işlərinə müdaxilə etdiyi barədəki bəyanatı ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "bu artıq psixiatrların işidir" deyib.

Bizimyol.info xəbər verir ki, diplomat, Merzin, Almaniyanın Rusiya ilə münaqişə vəziyyətində olduğunu iddia etdiyi sözləri şərh etdi. Onun fikrincə, bu vəziyyət Rusiyanın Almaniyanın böyük bir hissəsini "destabilizasiya etdiyi" və sosial şəbəkələr vasitəsilə müdaxilə əməliyyatları apardığı ilə bağlıdır.

"Bu artıq psixiatrların işidir: Almaniya üç il ərzində neonasist Kiyev rejiminə silahlar, o cümlədən ağır hərbi texnika göndərir, amma sosial şəbəkələr onları narahat edir", - deyə Zaxarova qeyd edib.

Zaxarova vurğulayıb ki, Almaniyanın Minsk sazişləri ilə bağlı aldatmacası yüz minlərlə insanın həyatına son qoyub, lakin indi Berlini "sosial şəbəkələrdəki pişiklər" hədələyir. "Minlərlə insan Qərbin, NATO-nun və xüsusilə Almaniyanın Ukraynanın daxili işlərinə müdaxiləsinin nəticəsi olaraq əzab çəkir. Bu, 2014-cü ildəki dövlət çevrilişinə və dövlətçiliyin məhvinə səbəb oldu. Yüz minlərlə öldümə, yarlanmalara səbəb oldu. Bu, Almaniyanın və beynəlxalq icmanın Minsk razılaşmaları ilə bağlı verdiyi yalanların nəticəsidir. Və indi, görəsən, onlara sosial şəbəkələrdə pişiklər təhdid edir?" - deyə o əlavə edib.

P.S: "Kimdə nə çatışmırsa, daha çox onun barəsində danışır" deyiblər. Zaxarova həm Baydeni, həm Trampı ağılsız adlandırıb, həm Zelenskiyə dəli deyib, həm də Makronu düşünmək qabiliyyəti olmamaqda qınayıb, indi isə Merzin psixiatrlara ehtiyacı olduğunu bildirir. Bütün bu siyasətçilər xalqları tərəfindən demokratik yolla seçilmiş liderlərdir. Onların heç biri 25 il davamlı ölkə rəhbəri postunda ilişib qalmayıb, müəyyən müddətə seçilib, ölkəyə rəhbərlik edib gedib və ya edirlər. Görəsən xanım Zaxarovanın özündə nə problemi var?

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 Avqust 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri