Icma.az
close
up
RU
Bu asteroid Yer üzündəki hər kəsi milyarderə çevirə bilər

Bu asteroid Yer üzündəki hər kəsi milyarderə çevirə bilər

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

10 trilyon dollar dəyərində metala malik asteroid "16 Psyche" fərziyyə olaraq Yer kürəsindəki hər bir insanı milyarderə çevirə bilər.
Demokrat.az
"Unilad"a istinadən xəbər verir ki, keçən ay NASA kəşf edilmiş ən böyük M tipli asteroidlərdən birini araşdırmaq üçün "SpaceX"in "Falcon Heavy" raketini göndərib.
Bildiyimiz asteroidlərin əksəriyyəti qaya və buzdan ibarətdir, lakin "16 Psyche" platin və palladium da daxil olmaqla bir çox müxtəlif metallara malikdir. Onlar avtomobillər və elektronika üçün lazımdır.
Ümumilikdə Günəş sistemimizdə metalla zəngin doqquz asteroid var, lakin "16 Psyche" onların ən böyüyüdür. ABŞ Kosmik Agentliyinin hesablamalarına görə, bu asteroidin səthi təxminən 165.800 kvadrat kilometrdir və 30-60% metaldan ibarətdir. Alternativ olaraq, Günəş sistemimizin "tikinti blokları"ndan biri olan erkən planetin çılpaq nikel-dəmir nüvəsinə sahib ola bilər.
2023-cü ilə olan məlumata görə, planetimizdə təxminən 8,025 milyard insan yaşayır. "16 Psyche"dəki metalların dəyərini 10 trilyon dollara bölsəniz, hər bir insan 1,25 milyard dollar ala bilər. Bu, çox güman ki, iqtisadiyyatın çökməsinə səbəb olsa da, biz zəngin insanlar kimi yaşaya bilərik.
Məsələn, məşhur iş adamı və dünyanın ən varlı şəxsi İlon Maskın sərvəti asteroidə görə ödənişdən 250 dəfə çoxdur - 313,9 milyard dollar.
Bununla belə, NASA "16 Psyche"yə qiymətli metalları toplamaq üçün deyil, planetlərin nüvələrini və onların necə əmələ gəldiyini öyrənmək üçün ziyarət etmək istəyir. "SpaceX" raketinin təyinat yerinə 2029-cu ilin iyulundan tez çatmayacağı gözlənilir.
Tədqiqatın məqsədi asteroidin həqiqətən də Günəş sisteminin ilk dövrlərinə aid bir qaya olan planetin nüvəsi olub-olmadığını öyrənməkdir.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Noyabr 2024 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri