Icma.az
close
up
RU
“Bu, Avropanın qəlbində ən dəhşətli cinayətdir“ Hikmət Cavad

“Bu, Avropanın qəlbində ən dəhşətli cinayətdir“ Hikmət Cavad

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Yalan, zorakılıq və insan həyatına nifrət üzərində qurulmuş heç bir dövlət sınaqlardan qalib çıxmayıb..."

24 fevral 2022-ci ildə Rusiya bütün maskalarını birdəfəlik atdı. Ukraynaya qarşı genişmiqyaslı hərbi işğala başlayaraq o, özünü könüllü və şüurlu şəkildə Hitler Almaniyası ilə eyni sıraya qoydu - bu, metaforik deyil, tarixi və mənəvi mənada bir bərabərləşmə idi. 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu" Ümumukrayna İctimai Təşkilatının sədri Hikmət Cavad "gordonua.com" nəşrində yazıb.

Nasizmdən bəri Avropada ən qorxunc cinayət

Həmin gündən söhbət artıq "münaqişə"dən, "təhlükəsizlik böhranı"ndan və ya ərazi uğrunda müharibədən getmir. Söhbət Avropanın mərkəzində bir dövlətin, bir xalqın və onun mövcudluq hüququnun məhv edilməsinə cəhddən gedir.

Bəli, bundan əvvəl də cinayətlər olmuşdu. 2008-ci ilin avqustunda Gürcüstana qarşı müharibə baş verdi. Krımın ilhaqı həyata keçirildi. Ukraynanın Donetsk və Luqansk vilayətlərində separatizmə və hibrid müharibəyə dəstək göstərildi. Bütün bunlar artıq o zaman dünyanın sərt və prinsipial reaksiyasını tələb edirdi. Lakin 24 fevral keyfiyyətcə başqa miqyasda bir şər oldu. Bu, nasizmin məğlubiyyətindən bəri son 80 ildə Avropada baş vermiş ən dəhşətli cinayət idi.

Rusiya diktatoru Vladimir Putin yalnız nifrət və üstünlük ideologiyası üzərində qurulmuş rejimlərin cəsarət etdiyi addımı atdı: bütöv bir milləti "yanlış", "süni", gələcək hüququ olmayan xalq elan etdi. Vaxtilə Hitler Almaniyası təcavüz və soyqırımı məhz bu cür əsaslandırırdı. Bu gün Rusiya da dağıdılmış şəhərləri, öldürülmüş uşaqları, deportasiyaları, işgəncələri və filtrasiya düşərgələrini eyni məntiqlə izah etməyə çalışır.

Səssizliyin və qorxaqlığın nəticəsi

Bu cinayət boşluqda yaranmadı. O, 2008-ci ildə rus tankları Gürcüstana daxil olanda dünya liderlərinin aydın və birmənalı qiymət verməyə cəsarət etməməsi səbəbindən mümkün oldu. Krımın ilhaqından sonra real təzyiqin göstərilməməsi - beynəlxalq hüququn pozulmasının "gözlənilməsi", "həzm edilməsi", geosiyasət və biznes maraqları naminə arxa plana atılması bu faciənin yolunu açdı.

Bu gün də bəzi qlobal oyunçuların təcavüzkarı sakitləşdirmək oyunu oynadığını görürük. ABŞ getdikcə daha çox azad dünyanın lideri kimi deyil, işğalçı dövlətlə kompromis axtaran praqmatik vasitəçi kimi davranır. Macarıstan və Slovakiya kimi ölkələr isə siyasi korluğu və kinayəli realizmi dövlət mövqeyinə çevirirlər.

Ukraynanın dirənişi və qaçılmaz son

Lakin Ukrayna tab gətirdi. Bu artıq tarixi faktdır. Ona üç günə süqut proqnozu verilən vaxtda da tab gətirdi. Rusiya ordusu cəzasızlıq əminliyi ilə Kiyevə doğru irəlilədiyi zaman da ayaqda qaldı. Ukrayna öz dövlətçilik hüququnu qorudu, Kremlin ukraynalıları millət kimi məhv etmək planını puça çıxardı və sübut etdi ki, imperiyalar dövrünün gələcəyi yoxdur.

Biz - Azərbaycan diasporunun nümayəndələri, eləcə də Ukraynanın müxtəlif millətlərdən olan milyonlarla vətəndaşı üçün bu müharibə alternativsiz şəxsi seçimə çevrildi. Bizə "siyasətdən kənarda qalmaq", "neytral olmaq" və ya bunun bizə aid olmadığını demək imkanı verilmədi. Yaşadığın, işlədiyin, övlad böyütdüyün ölkə dağıdılarkən ya qurbanın yanında dayanırsan, ya da susaraq cəlladın tərəfini qəbul edirsən.

Biz öz seçimimizi etdik. Əməklə, həmrəyliklə, həqiqətlə və müqavimətlə qanlı Rusiya imperiyasının süqutunu hər gün bir az da yaxınlaşdırırıq. Bu süqut qaçılmazdır. Çünki yalan, zorakılıq və insan həyatına nifrət üzərində qurulmuş heç bir dövlət sınaqlardan qalib çıxmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Fevral 2026 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see450

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see359

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see358

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see334

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see327

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see326

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see314

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see312

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see312

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see306

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see295

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see286

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see281

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see271

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see268

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see261

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see260

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see252

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see251

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see239
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri