Bu avtobus marşrutlarının iş saatları uzadılır Yeni Gündəm
Icma.az, Yenigundem portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 11, 43, 51 və 57 nömrəli müntəzəm avtobus marşrutlarının iş saatları uzadılır.
Bu barədə AYNA-dan məlumat verilib.
Bildirilir ki, “Həzi Aslanov” metrostansiyasında aparılacaq təmir işləri ilə əlaqədar noyabrın 30-dan bu avtobuslar saat 06:00-dan 00:00-dək sərnişinlərə xidmət göstərəcək.
Daşıyıcılara avtobusların sayının artırılması və intervalın azaldılması ilə bağlı tapşırıqlar verilib.

