Icma.az
close
up
RU
Bu, Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli bir addımdır

Bu, Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli bir addımdır

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycan Prezidenti cənab İlham Əliyev Qarabağ zəfərindən sonra demişdi ki, biz ərazi bütövlüyümüzü bərpa etdik və bundan sonra bizim ideoloji mübarizəmizin yeni mərhələsi başlayır. Bu ideoloji mübarizədə isə ölkəmizin D-8-ə üzvlüyü vacib bir amildir. Azərbaycanın bu təşkilata üzv seçilməsi ölkəmizin beynəlxalq aləmdəki artan nüfuzunun və dünya dövlətləri ilə əlaqələrinin güclənməsinin bariz nümunəsidir. Azərbaycanın geopolitik və iqtisadi mövqeyi, habelə Prezident İlham Əliyevin xarici siyasətindəki qətiyyətli addımlar bu nailiyyətin əldə edilməsində əsas rol oynayıb. Azərbaycan, həmçinin regional və qlobal iqtisadi inkişafı dəstəkləyən sülh və sabitliyi qorumağa yönəlmiş bir xarici siyasət yürüdür”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər söyləyib.

A.Ələsgər əlavə edib ki, D-8 təşkilatına üzvlük Azərbaycanın dünya iqtisadiyyatında daha da fəal iştirakını təmin edəcək: “Üzv ölkələr arasında ticarət əlaqələrinin möhkəmləndirilməsi, texnoloji və elmi əməkdaşlıq sahələrində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi, həmçinin inkişaf edən bazarlarda yeni imkanların əldə edilməsi Azərbaycanın iqtisadiyyatı üçün əhəmiyyətli bir addım olacaq”.

O eləcə də Azərbaycanın D-8-də iştirak etməsinin həm də ölkəmizin regional və qlobal miqyasda inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə edən bir ölkə kimi tanınmasına gətirib çıxaracağını vurğulayıb: “Bu həm də Azərbaycan xalqının ümumi rifahını artırmağa yönəlmiş bir siyasətin nəticəsi olaraq qiymətləndirilə bilər. Çünki Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müdrik və uğurlu xarici siyasət Azərbaycanın dünya miqyasında etibarının artırılmasına və beynəlxalq aləmdə önəmli bir oyunçuya çevrilməsinə səbəb olub. Bu uğur, həmçinin Azərbaycanın dünya ictimaiyyəti tərəfindən qəbul olunan sülhə, sabitliyə və inkişaf proseslərinə töhfə vermək istəyən ölkə olduğunu bir daha göstərir. Fikrimcə, Azərbaycanın D-8 üzvlüyü ölkəmizin daha geniş beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirərək, gələcəkdə iqtisadi, sosial və mədəni sahələrdə daha çox əməkdaşlıq və inkişaf imkanları yaradacaq”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Dekabr 2024 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri