Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Azərbaycanın qlobal arenada etibarlı tərəfdaş olduğunu sübut etdi ŞƏRH

Azərbaycanın qlobal arenada etibarlı tərəfdaş olduğunu sübut etdi ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cənab Prezident İlham Əliyevin Əl-Ərəbiyyə televiziyasına müsahibəsi həm siyasi, həm diplomatik, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan Cənubi Qafqazda regional güc mərkəzi olmaqla yanaşı, beynəlxalq münasibətlərdə də söz sahibidir. Prezidentin mesajları təkcə bölgəyə deyil, həm də qlobal siyasətə ünvanlanmış strateji mövqeləri ifadə etdi. Bir daha Azərbaycanın regional güc statusunun təsdiqlədi.
Diplomatik uğurlar və qlobal əməkdaşlıq, eləcə də Azərbaycanın balanslaşdırılmış xarici siyasəti müsahibədə də aydın göründü. Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz həm region dövlətləri, həm də beynəlxalq təşkilatlarla əməkdaşlıqda sabitlik və inkişaf amilinə çevrilib. Onun sözləri, əslində, Azərbaycanın həm İslam dünyasında, həm də Qərb və Şərq arasında körpü rolu oynadığını bir daha nümayiş etdirdi. Cənab Prezident İlham Əliyev Donald Trampın vasitəçilik səyləri ilə Ermənistan və Azərbaycan arasında imzalanmış həmin tarixi razılaşmaya aid ilk suala cavabında xüsusi vurğuladı ki, “ Düşünürəm ki, avqustun 8-də Vaşinqtonda baş verən hadisələr, əslində, qarşıdurmanın və gərginliyin sonu deməkdir. Danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var - Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur. Bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal sülh sazişi də imzalanacaq. Lakin fakt budur ki, Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır”. Müsahibənin ən mühüm məqamlarından biri cənab Prezidentin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi idi. Prezident İlham Əliyev bəyan etdi ki, bu yol təkcə Azərbaycan üçün deyil, bütövlükdə region və qlobal nəqliyyat şəbəkəsi üçün strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Zəngəzur dəhlizi yeni iqtisadi fürsətlər açacaq, türk dünyasını birləşdirəcək və Avrasiyanın ticarət xəritəsini yenidən formalaşdıracaq. Bu, Azərbaycanın təkcə enerji layihələri ilə deyil, həm də nəqliyyat və logistika sahəsində qlobal mərkəzə çevrilmək siyasətinin davamıdır.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın sülh təşəbbüslərini xüsusi vurğuladı. O, Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu, Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu qeyd etdi. İndi əsas məqsəd bölgədə uzunmüddətli sabitlik, qarşılıqlı etimad və iqtisadi inteqrasiyanı təmin etməkdir. Bu, həm Ermənistan üçün yeni imkanların açılması, həm də region xalqlarının rifahı baxımından böyük əhəmiyyət daşıyır. Müsahibədəki çıxışların tonunda iki mühüm mesaj ön planda idi. Azərbaycan artıq münaqişədən qalib çıxmış dövlət kimi diktə edən tərəfdir və Azərbaycanın siyasəti yalnız milli maraqlara deyil, həm də regional sabitliyə xidmət edir. Bu yanaşma həm İslam aləmi, həm də beynəlxalq ictimaiyyət üçün açıq mesajdır. Yəni, Azərbaycan sabitliyin, əməkdaşlığın və inkişafın tərəfdarıdır. Əl-Ərəbiyyə televiziyasına müsahibə Azərbaycanın beynəlxalq mövqeyini bir daha möhkəmləndirdi. Cənab Prezident İlham Əliyev həm diplomatik ustalığını, həm də strateji baxışını nümayiş etdirərək, Azərbaycanın qlobal arenada etibarlı tərəfdaş və sabitlik dayağı olduğunu sübut.etdi.
Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəal üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see491

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see462

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see270

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see253

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see250

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see244

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see236

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see232

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see231

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see226

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see216

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see214

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see211

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see208

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see199

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see195

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see187

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see185

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see183

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri