Icma.az
close
up
RU
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycanın uğurlu gələcəyinin təminatçısıdır

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycanın uğurlu gələcəyinin təminatçısıdır

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Liderliyi qiymətləndirən amillər liderin atdığı addımları, onun üslubunu, davranışlarını, xüsusiyyətlərini, ən çox da tarixdə qoya bildiyi izi əhatə edən müxtəlif dəyişənlərdir. Çünkü lider siyasətçidən fərqli, daha geniş bir məfhumdur. Onun fərqliliyi sadəcə bir millətin, xalqın deyil, böyük coğrafiyaların, xalqların taleyinə təsir edə bilməkdə gizlidir. Liderin ideaları, onun ideyalları özündən sonra gələcək nəsillərin taleyinə fundamental təsir edir. Atılan addımlar, üslub, davranışlar, xüsusiyyətlər, ən çox da tarixdə iz qoya bilmək baxımından Heydər Əliyev sadəcə Azərbaycan tarixində deyil, dünya tarixində iz qoymuş Liderdir. Çünkü bu dahi şəxsiyyətin qəbul etdiyi qərarlar yalnız Azərbaycanın dünya xəritəsində yenidən boy göstərməsinə gətirib-çıxartmadı, həm də müəyyənləşdirdiyi strateji yol Cənubi Qafqaz xalqlarının taleyinə bu gün də təsir edir. Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini hər zaman dərin ehtiram və böyük sevgi ilə yad edir. Çünki Azərbaycan xalqı bu gün yaşadığı reallığın zamanında Ulu öndərimiz tərəfindən əsası qoyulduğunu aydın dərk edir. Məhz Ulu öndərimiz Azərbaycanın müstəqilliyinin daha möhkəm əsaslarını qurdu, dövlət institutlarının demək olar ki, sıfırdan, yenidən işlək mexanizm qazanmasını təmin etdi. Eyni zamanda Azərbaycanda hökm sürən vətəndaş müharibəsinin səbəbi olan ideoloji boşluğu doldurmağı bacardı, "Azərbaycançılıq" məkurəsini Azərbaycan cəmiyyətini möhkəmləndirmək üçün əsas ideoloji xətt olaraq müəyyənləşdirdi.

1993-cü ildən başlayan və bu günə qədər uğurla davam etdirilən siyasi dəst-xəttin təməlində məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. 1993-cü ildə ikinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev Azərbaycanın iqtisadi inkişaf modelini qurmağı bacardı. Məhz Ümummilli Liderin iqtisadi strategiyası nəticəsində Azərbaycan əsil müstəqilliyinə qovuşdu.
1994-cü ilin 20 sentyabr tarixində imzalanan "Əsrin müqaviləsi" ilə Azərbaycanın enerji resursları, enerji siyasəti birbaşa milli maraqlarımıza xidmət etməyə başladı. Ulu öndər Heydər Əliyev Azərbaycanı ağır sosial-iqtisadi böhrandan çıxartmağa müvəffəq oldu. Azərbaycan təhlükəsizlik riskləri ilə üz-üzə idi, bunun da əsas səbəbi iqtisadi böhran idi. Məhz Ümummilli Lider Heydər Əliyevin qaydışı ilə iqtisadi sabitliyimiz bərpa olundu ki, bu da əsaslı dönüş demək idi. Ümummilli Lider Heydər Əliyevin ən mühüm nailiyyətlərindən biri də Azərbaycan cəmiyyətini "Azərbaycançılıq" məkurəsi ətrafında toplamağı, mərkəzləşdirməyi bacarmaq oldu. Məhz həmin bu "Azərbaycançılıq" məkurəsi illər ərzində "Dəmir yumruğ"a çevrildi. Azərbaycan xalqı bir oldu, bütöv oldu, xalqımız tək hədəfə vurmağı bacardı. Ölkədə yeni infrastruktur layihələri həyata keçirilməyə başlandı.
Məşğulluğun artırılması və sosial sahənin inkişaf etməsi üçün əsaslı addımlar atıldı. Bu gün Azərbaycan iqtisadiyyatın dayanıqlığı, enerji resurslarının səmərəli istifadəsi, nəqliyyat layihələrinin həyata keçirilməsi baxımından beynəlxalq çəkisi olan aktordur. Məhz bu amil Ulu öndərimizin fəaliyyətinin nəticəsidir.
Siyasi sistem, elə bir iqtisadi model quruldu ki, bu gün Azərbaycanın Cənubi Qafqazın lider ölkəsi olması, ən böyük iqtisadiyyata malik olması faktı dünya prezidentləri tərəfindən səsləndirilir, etiraf olunur. Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasətini məhz Heydər Əliyevin idealları əsasında, onun ideallarının ışığında həyata keçirir. Məhz bu davamiyyət xalq tərəfindən təqdir olunur. 2003-cü ildə cənab İlham Əliyevə səs verən xalq əslində Ümummilli Lider Heydər Əliyevə səs verdi.
Çünki xalqımız əmin idi ki, məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi dəst-xətt Azərbaycanın uğurlu gələcəyinin təminatçısıdır. Heydar Əliyevin açdığı izə, qoyduğu mirasa, irsə Azərbaycan xalqı hər zaman sadiqdir.

Aydın Hüseynov
YAP Təftiş Komissiyasinın üzvü, Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Dekabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri