Bu bank müştərilərini boğaza yığıb: “Pul hesaba oturmur”
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb.
“Yeni Sabah” xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredit ödənişləri zamanı tətbiqdə yaranan nasazlıqlar səbəbindən maddi ziyana düşdüyünü bildirib.
Şikayətçi qeyd edib ki, kredit borcunu vaxtında ödəməsinə baxmayaraq, mobil tətbiqdəki texniki xəta səbəbindən vəsait hesaba oturmayıb: pizza hut
"İlk əvvəl kredit ödənişi etdiyim halda tətbiqdəki texniki xətaya görə pul hesaba oturmadı. Üzərinə əsassız faiz və gecikmə günü gəlməyə başladılar. Dəfələrlə bildirsəm də, “müraciətiniz araşdırılır” dedilər. Bir aya yaxın faiz hesablandıqdan sonra məbləği bərpa etdilər. İkinci dəfə ödəniş etdikdə yenə eyni hal təkrarlandı. Bu gün isə təqaüdümdən əsassız hesabladıqları faizlə birlikdə kredit ödənişini çıxıblar. Artıq növbəti ayın ödəniş vaxtı çatır. Bu qanunsuzluğun qarşısını necə ala bilərəm?"
Vətəndaş bank tərəfindən tətbiq olunan faiz və gecikmə cərimələrinin əsassız olduğunu vurğulayaraq, problemin həlli üçün kömək istəyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 22 Sentyabr 2026 09:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















