Bu barədə Baş nazirin yaydığı bəyanatda vurğulanıb KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Liviyanın Milli Birlik Hökumətinin Baş naziri Abdel Hamid Dbeyba Türkiyədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddadın və onu müşayiət edən hərbi nümayəndə heyətinin üzvlərinin təyyarə qəzasında vəfat etdiyini təsdiqləyib.
KONKRET.az “Report”a istinadən xəbər verir ki, bu barədə Baş nazirin yaydığı bəyanatda vurğulanıb.
Qeyd edək ki, Ankara-Tripoli reysi ilə uçan təyyarədə Liviyanın Baş qərargah rəisi ilə birlikdə 5 nəfər olub. Artıq təyyarənin qalıqları aşkar edilib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, Ankaradakı Esenboğa hava limanından Tripoliyə uçan təyyarənin qalıqları jandarma bölmələri tərəfindən Haymana rayonunun Kesikkavak kəndindən 2 km cənubda tapılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 24 Dekabr 2025 00:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















