Icma.az
close
up
RU
Baş nazirin çantası ölkə gündəmini SİLKƏLƏDİ KONKRET

Baş nazirin çantası ölkə gündəmini SİLKƏLƏDİ KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaponiyanın ilk qadın Baş naziri Sanae Takaiçinin əlində tez-tez görünən dəri çanta sosial mediada trend mövzusuna çevrilib. Baş nazirin iqamətgahına gedərkən kameralara düşən həmin çanta qısa zamanda internet istifadəçilərinin diqqətini çəkib.

KONKRET.az Sfera.az-a istinadən xəbər verir ki, çantanın 145 illik tarixə malik Yapon markası “Hamano Inc.” tərəfindən istehsal edildiyi məlum olub. Brendin satışları Takaiçinin paylaşım və görüntülərindən sonra sürətlə artıb, nəticədə “Hamano” qısa zamanda ölkədə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Naqanoda yerləşən “Hamano” 1880-ci illərdən bəri Yaponiyanın ən tanınmış dəri məmulatı istehsalçılarından biri kimi tanınır. Şirkətin ən məşhur modellərindən biri olan “Grace Delight Tote” tamamilə dəridən hazırlanır, lakin cəmi 700 qram çəkidədir. “Zəriflik və funksionallıq arasında balans” şüarı ilə təqdim olunan bu modelin qiyməti 136.000 yen (təxminən 37.000 türk lirəsi) təşkil edir

Çantanın şəkilləri sosial şəbəkələrdə yayıldıqdan sonra “Hamano”nun veb-saytı minlərlə yeni sifariş alıb. Şirkət rəsmiləri tələbatın gözlənilmədən artdığını və buna görə də bəzi sifarişlərin gecikə biləcəyini açıqlayıb.

Moda və mədəniyyət üzrə ekspert, Aoyama Gakuin Universitetinin professoru Kaori Nakano bildirir ki, Takaiçinin bu çantaya üstünlük verməsi təsadüfi deyil. O, Baş nazirin tez-tez Yapon dizayneri Jun Aşidanın geyimlərini və yerli brendləri seçdiyini vurğulayıb.

Sanae Takaiçinin seçimi qadın siyasətçilərin modadakı təsirini yenidən gündəmə gətirib. ABŞ Nümayəndələr Palatasının üzvü Aleksandriya Okasio-Kortezin 2020-ci ildə “Telfar” markalı çantası ilə yaratdığı qlobal trend kimi, Takaiçinin “Hamano” çantası da Yaponiyada oxşar təsir doğurub.

64 yaşında olmasına baxmayaraq, Sanae Takaiçi gənc nəsillər arasında olduqca populyardır. Sorğular göstərir ki, xüsusilə gənc qadınlar onun sadə, lakin güclü imicini ilhamverici hesab edirlər. “Hamano” çantası isə bu imicin ayrılmaz hissəsinə çevrilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Noyabr 2025 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri