Icma.az
close
up
RU
“Bu, baş versə, Paşinyan mütləq hakimiyyətini itirəcək” SENSASİON DETALLAR KONKRET

“Bu, baş versə, Paşinyan mütləq hakimiyyətini itirəcək” SENSASİON DETALLAR KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“II Qarabağ savaşından sonra Qərbin bu regionda nüfuz dairəsi bir az genişlənib. Buna da Nikol Paşinyan hökuməti şərait yaradıb. Doğrudur, 2018-ci ildəki inqilabla hakimiyyətə gələn Nikol həmin zamanlardan Ermənistanın Avropadakı “böyük bacısı” Fransa, Amerika, Almaniya və digər iri güclərin Cənubi Qafqaza gəlməsində maraqlı olduğunu gizlədə bilmirdi. Amma bunun üçün açıq fəaliyyətə başlaya bilməzdi. Nəzərə alsaq ki, Ermənistan bu gün də Rusiyanın forpostu olaraq qalmaqdadır. “

Bu fikirləri KONKRET.az-açıqlamasında Ağ Partiya sözçüsü, siyasi analitik Cavanşir Abbaslı bildirib.

“Ərazisindəki 102-ci rus bazasının hələ də qalması çox sualların cavabıdır. Amma Vətən Müharibəsində Ermənistan ordusunu darmadağın edəndən sonra vəziyyət çox dəyişdi. Paşinyan xalqına o mesajı verdi ki, indiyə qədər arxamızda duran Rusiya, bizə I Qarabağ savaşında torpaqlar işğal etməyimizə tam dəstək verən Kreml, bu dəfə meydanda tək qoydu. Dərhal Ermənistan Avropada kölgəsinə sığınmağa güclər axtarmağa başladı. Bunun üçün bəzi yollara baş vurdular. Nəticədə Avropa İttifaqının müşahidə missiyası bölgəyə gətirildi”.

Siyasi analitik hesab edir ki, Rusiyanın Ukraynada başlatdığı savaş Qərbin bölgədə təsirinin bir qədər də artmasına səbəb olub:

“3 ildən çoxdur ki, Ukraynada amansız savaş gedir və Rusiyanın diqqəti daha çox o istiqamətə yönəlib. Hiyləgər Paşinyan da bundan istifadə cəhdləri etdi. Amma hesab edirəm ki, bu, müvəqqətidir. Ukrayna savaşı bitəndən sonra Rusiya üzünü Ermənistana tərəf mütləq çevirəcək. O zaman Paşinyan hakimiyyətinin taleyini düşünməli olacaq. Düşüncəmə görə, tanıdığımız Putin onu iqtidarda saxlamayacaq. Bütün bunların Azərbaycan-Ermənistan münasibətlərinə necə təsir edəcəyi yönündəki sualınıza gəlincə, hazırda iki ölkə arasında əsas danışıqlar sülh sənədinə qol çəkilməsi istiqaməti yönündədir. Ermənistan vaxt uzadır və Qərbdəki havadarlarına burada daha çox ümid edir. Amma düşünürəm ki, artıq sülh müqaviləsinin uzanması üçün bütün limitlər dolmaq üzrədir. Burada qardaş Türkiyə faktorunu da unutmayaq. Dünyada və regionda son illərdə Ankaranın nüfuzu durmadan artır. Bu da təbii ki, Azərbaycanın əlini gücləndirir. Bütün bunlardan çıxış etsək, regionda hansı güclər olursa olsun, Azərbaycan-Ermənistan münasibətləri ancaq sülh sazişi əldə olunandan sonra müxtəlif istiqamətlərdə cərəyan edə bilər. Əks halda indiki vəziyyət davam edəcək”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Aprel 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri