Icma.az
close
up
RU
Menu

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

Rüstəmə dedim ki, sən şair deyilsən…

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

FAO nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?

ABŞ Çin rəqabətinin görünməyən tərəfləri: Məsələ “ticarət savaşı“ndan daha dərindir?

Moskva 400 km hündürlükdən belə görünür

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

Bu, bir zaman səyahətidir Türk törələri

Bu, bir zaman səyahətidir Türk törələri

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az Elçin Əkrəmoğlunun "Törənin izində" adlı yazısını təqdim edir.

“Törənin izində” – bu, bir zaman səyahətidir: keçmişdən günümüzə! “Türk Törəsi” zamanlar yormuş bəşəri dəyərlər sistemidir!

Axşam saatları idi. Gözüm televizorun ekranında, əlimdə pult, kanallar arasında var-gəl edirəm. Bir şey axtarıram, amma özüm də bilmirəm nə… Hər yerdə eyni mənzərə: seriallar, şoular, xəbərlər… Ruhuma toxunan, mənə nəsə öyrədən, məni valeh edən nəsə axtarıram. Sonra bir görüntü qəfil diqqətimi çəkdi. Bir otaq… Yox, bu, sadəcə, bir otaq deyildi…
Bu, qədim bir türk çadırıdır. Divarlar qədim xalçalarla bəzədilib, ortada bir süfrə. Süfrə ətrafında isə bardaş qurub oturmuş iki nəfər. O an başa düşdüm ki, bu, adi bir veriliş deyil. Əlimdəki pultu kənara qoyub ekrana kilidləndim. Ekranda "Törənin izində" yazısı peyda oldu. Və mən o an axtardığımı tapdığımı hiss etdim. Verilişə diqqətlə baxdıqca məni daha çox cəlb edən aparıcı və qonağın bardaş qurub oturmaları oldu. Ətraflarında stullar, müasir divanlar yox idi. Bir-birinin gözlərinin içinə baxıb, sözləri, düşüncələri, fikirləri paylaşırdılar. Bu an ağlıma bir fikir gəldi: bəli, həqiqətən də, bardaş quraraq danışmaq, dinləmək Türklərə xas gələnək, Türklüyün göstəricisidir!


Bu mənzərə mənə, rəhmətlik, nənəmin evini xatırlatdı. Yay tətillərində kəndə gedərdik. Nənəm gecələr bizə nağıllar danışardı. Biz də eynilə beləcə oturardıq. Dizlərimizi büküb, nənəmin danışdığı nağılları sakitcə dinləyərdik. O zaman bunun nə anlama gəldiyini bilmirdim. Amma indi başa düşürəm, anlayıram ki, bu, bir Törə idi. Yaşa dolduqca anladım: bardaş qurub oturmaq, sadəcə, rahatlanmaq deyil. Bu sanki dünyaya eyni nöqtədən baxmaqdır. Nə qədər fəlsəfi səslənsə də, bu belədir. Və belə olanda danışılan sözü-söhbəti qulaqla deyil, ruhla eşidirsən. İzlədiyim "Törənin izində" verilişin də məhz bunu edirdi: qədim bir çadırın içində unutduğumuz Törəmizi bizə yenidən yaşadırdı.
Bəs, görəsən, niyə çadır? Yaradıcı heyəti bu qədim məkana, yəni çadıra dönməyə nə vadar edib? Verilişi izlədikcə anlayırdım ki, çadır, sadəcə, bir sığınacaq yeri deyil. O həm də düşüncənin doğulduğu, qərarların qəbul edildiyi, bir millətin kimliyinin formalaşdığı yerdir. Əcdadlarımız belə çadıra “toy çadırı” da deyiblər. “Toy çadırı” bizim bu gün anladığımız “toy-düyün çadırı” deyil. O zamanların “toy çadırı” mühüm qərarların, dövlət əhəmiyyətli hökmlərin çıxarıldığı çadır idi. Elə ilk dövlətlər də çadırlarda qurulmayıbmı?! Qurulacaq dövlətin müzakirələri də elə çadırlarda aparılmayıbmı?!

Və indi bu verilişdə sanki zaman geri dönmüşdü. Bu seçimin təsadüfi olmadığı gün kimi aydın idi. Çadır, sadəcə, bir proqramın dekorasiyası olmaqla bitmir. Bu, "gəlin eyni soylu bir millətin, Ulu Türkün oğulları olaraq oturaq və ulu Bilgələrimiz kimi düşünək!" – mesajıdır.

Verilişin qonaqları da təsadüfi adamlar deyildi. Hər biri öz sahəsində tanınan alimlər, tarixçilər, professorlar, sənətçilər… Hər biri də Ulu Türk dünyasının keçmişindən, bu günündən və gələcəyindən danışır. Hər biri də yeni bilgilər ötürməklə bərabər eyni zamanda illərlə unutdurulmağa çalışılan ortaq dəyərlərimizdən danışıb, onu bizə xatırladır. O dəyərlər ki, bizi bir ağacın qolları kimi bir tutub, bir edib, güc verib. Onları dinlədikcə insanın içində sevinc qarışıq bir qürur doğur. Bu an o duyğuları yaşayırdım. Sevinc dolu duyğulu anlar! Köksümdəki Türk kimliyim bozqırlarda şahə qalxan atlar kimi cuşa gəlmişdi. Onu cuşa gətirən isə "Törənin izində" verilişi idi. Qədim bir türk çadırının içində söhbətə dalmaq…

Aparıcının verdiyi sualları və qonaqların verdikləri cavabları dinlədikcə anlıyırsan ki, "Törənin izində", sadəcə, bir veriliş deyil, Bu Sənsən, bir az da dərin düşünəndə duyursan ki, bu Bizik! Burada səni özünə çəkən, özünə bağlayan bir tel var. Bu, sənin adət-ənənən, Törən, düşüncən, yaşam biçimin, kökündür. Və başa düşürsən ki, “o uzun, incə yolun” yolçuluğu artıq başlayıb. Sən də, sadəcə, izləyici deyilsən– bu yolun bir yolçusu, bir nəfərisən! Ancaq bir sual məni çox düşündürür: görəsən sən, mən, biz bu yolun harasındayıq?

Veriliş bitdi və özümə bir stəkan çay süzüb otağıma çəkildim. Veriliş məni o qədər təsirləndirmişdi ki, onun təəssüratından çıxa bilmirdim. Gözümə yuxu getmirdi. Öz-özümə qərar verdim ki, necə olur-olsun, “Törənin izində” komandasını axtarıb tapacağam. Veriliş haqda daha ətraflı bilgilər əldə edəcəyəm… Bunun üçün də bilgisayarın arxasına keçdim. Youtube kanalına daxil olub “ARB” kanalının səhifəsini tapdım. Verilişin adını yazıb axtarış düyməsini basdım. Sən demə Türk dünyasının ortaq dəyərləri və tarixi mirası ilə dolu olan bu veriliş bu günədək Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstanda çəkilib. Yaxın zamanda isə Qazaxıstan və Macarıstanda da çəkilişləri planlaşdırılır. Verilişin qonaqlarını gördükcə “Törənin izində” məni niyə bu qədər cəlb etdiyini daha gözəl anladım. Verilişin müxtəlif bölümlərində kimlər yox idi. Yeditepe Universitetinin Tarix fakultəsinin rəhbəri, Türk Tarix Qurumu Elmi Şurasının üzvü, Professor Ahmet Taşağıl, “Doğada tək başına Dağ evi”, “Doğada cocukla”, “Doğadakı insan” televiziya verilişlərinin müəllif və aparıcısı, habelə “Sarıqamış hərəkatı” sənədli filminin müəllifi Serdar Kılıç, Diplomat, Türkiyənin Sloveniya və Hindistandakı keçmiş səfəri, Türk Dövlətlər Birliyinin ilk baş katibi olmuş Halil Akıncı, Fəlsəfə Elmləri Doktoru, Professor Yaşar Çoruhlu, Türkiyənin tanınmış sənət adamı, Xan Sənət şirkətinin rəhbəri Orhan Kocaoğlu, Juranilst, Televiziyaçı, Türk tarixi haqqında onlarla sənədli filmlərin müəllifi Ahmet Yeşiltepe, Siyasi Elmlər Doktoru, Milli Məclisin Deputatı Hikmət Babaoğlu, Azərbaycanın tanınmış hərbi diktoru, vətənpərvərlik mahnılarının təkrarsız ifaçısı Şəmistan Əlizamanlı, Türk Dünyası Uluslararası Araşdırmalar Akademiyasının fəxri professoru,Türk dünyasının tanınan şairi Rüstəm Behrudi, Filologiya elmləri doktoru,professor Füzuli Bayat, 10-larla elmi kitabların müəllifi, jurnalist Araz Qurbanov və başqaları. Anladım ki, bu verilişin məqsədi mədəniyyət, elm, tarix və iqtisadiyyat kimi sahələrdə mövcud olan fərqli baxışları bir araya gətirməkdir. Yaradıcı birliyin çalışdığı türk birliyinin, Turanın önəmini vurğulayaraq, həm cismani, həm də duyğusal zənginlikləri təqdim etməkdir. Məncə uşaqlarını türk ruhu ilə böyütmək istəyən valideynlər üçün bu veriliş çox gərəklidir.
Səhərin nə vaxt açıldığını hiss etmədim. Saat artıq 8-ə qalırdı. Veriliş haqqda məqalə yazmaq üçün səbirsizlənirdim. Odur ki, tez-tələsik çantamı da götürüb bir baş işə yollandım. Yol boyu məni ancaq bir fikir düşündürürdü. "Törənin izində" ilə bu dəyərli yolçuluğa qoşulmaq və türk dünyasının ənginliklərini kəşf etmək. Möhtəşəm!

Əziz oxucum! "Törənin izində", teleməkanımızda yayımlanan bir çox verilişlərdən fərqli olaraq, ailəvi izləyə biləcəyiniz dəyərli bir verilişdir. Onlar bunu bacarıb, Azərbaycan teleməkanında bir devrim edə biliblər. Biz izləyicilərə qalan isə, insanları üz-üzə qoyan, dedi-qodu dolu, kimlərisə təhqir edib alçaldan, şou proqramları bəyənib, onlara reytinq qazandırmaq yerinə, bu cür vətənpərvərlik ruhunu yüksəldən, tariximizi, kimliyimizi araşdıran verilişləri bəyənmək, izləmə və öz fikir və rəylərimizi bildirməkdir. Gəlin belə verilişləri dostlarımızla, yaxınlarımızla paylaşaq! Paylaşaq ki, bizim də "Törənin izində", komandasına bir azərbaycanlı, bir Türk olaraq az da olsa faydamız toxunsun. Axı bu gün ağrılı da olsa deməliyik ki, verilişlərin tanınması Youtube adlanan internet platformasından və digər sosial şəbəkələrdən asılıdır. Əgər bir verilişin baxış sayı azdırsa, ona nə baxan olur, nə də verilişin daha uzunömürlü olması üçün maddi dayaq duracaq sponsor. Odur ki, sizdən bir azərbaycanlı oğlu olaraq bu ricanı etməyi özümə borc bildim. Hamımız özümüzün və övladlarımızın gələcəyi üçün, qurulacaq Turan Birliyi uğrunda çalışan bu komandanın yanında olaq. Necə deyərlər, əlimizi onlarla eyni daşın altına qoymaqdan çəkinməyək.

Hər kəsə dönə-dönə tövsiyyə edirəm ki, "Törənin izində" ilə keçmişdən gələcəyə uzanan bu yolçuluğa qoşulsun və Türk ulusunun möhtəşəmliyini duysun! Əmin olun, duyduqca, dərk etdikcə, insan təsəvvüründə zəngin bir ənginlik formalaşır. Və bu ənginlik insanda xüsusi bir onur, zövqlə duya biləcəyi bir hürriyyət hissi yaradır! Onda bir daha əmin olursan ki, bəli, Türk yurdsuz, dövlətsiz yaşaya bilməz. Uzun bir tarixi yol keçmiş qədim Türk dövlətçilik gələnəkləri də Türk çadırları ilə zəngindir!
Günümüzdə bu nidanı çox eşidirik, çox oxuyuruq: “Tanrı Türkə yar olsun!” “Törənin izində”ni izlədikcə duyacağın həmin hürriyyət səni əmin edir ki, Tanrı hər zaman Türkə yardır! Alaş!

“Alaş” sözünü də ilk dəfə “Törənin izində” verilişində eşitdim və elə bu verilişdən də öyrəndim ki, “Alaş” əski türkcədə “amin” demək imiş!

Əsən qalın, dəyərli OXUCULAR!

Ən çox qazanan animasiya filmi Azərbaycanda insan gec yetişir - Aqşin Yenisey "Niyə yalan deyim, əsassız ittihamdır!" - Əməkdar artistin cavabı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:297
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 Fevral 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see379

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see364

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see356

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see341

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see334

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see332

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see330

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see327

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see324

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see322

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see314

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see293

FAO nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

12 Sentyabr 2026 18:32see272

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:28see272

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see267

Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?

12 Sentyabr 2026 16:39see255

ABŞ Çin rəqabətinin görünməyən tərəfləri: Məsələ “ticarət savaşı“ndan daha dərindir?

12 Sentyabr 2026 16:12see251

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see238

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see233

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri