Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

“Türk” etnonimi və törələri YUNUS OĞUZ yazır

“Türk” etnonimi və törələri YUNUS OĞUZ yazır

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

YUNUS OĞUZ 

Əvvəlini  buradan  oxuya  bilərsiniz  https://olaylar.az/news/edebiyyat/593573

Tutibikə xatun

Usmiyevlər nəslindən olan Tutibikə xatun Quba xanı Fətəli xanın həyat yoldaşı və Dərbəndin hakimi idi. Onun haqqında çox az məlumat var. Bu da bir daha onu göstərir ki, islamiyyət dövründə qadınların hakim olmasına və orduya rəhbərlik etməsinə heç də yaxşı baxmırdılar. Bütün bunlarla yanaşı düşmən Dərbəndə hücum edəndə və ərinin ölüm xəbəri şayiəsi yayılanda Tutibikə buna inanmadı və doqquz ay mühasirədə qalan şəhəri qorudu. O 1786-cı ildə vəfat edib.

***

Avropada yayılan rəylərə baxmayaraq, orta əsrlərdə türk xalqları arasında qadının vəziyyəti heç də hüquqsuz və qul kimi deyildi. Bunu Jan-Pol Ru yazır. Qədim türklərdə islamaqədərki dövrlərdə ailədaxili münasibətlərdə qadınlar bərabər hüquqlu idilər, şəxsi azadlıqları vardı, ictimai işlərdə fəal iştirak edirdilər. Ziya Göyalpın tədqiqatlarına görə, qədim türklərdə özünəməxsus feminizm mövcud idi.

"Dədə Qorqud" dastanında (VII-XI əsrlər) oxuyuruq:

""Qan Turalı atasına deyir: "Ey əziz atam, əgər mənə məsləhət görürsənsə evlənim, bil ki, mənə hansı qız lazımdır... mən yerimdən durmamış, o dursun, atım yəhərlənməmiş, o atını artıq çapsın. Mən düşmən torpağına ayağımı basmamış, o orada olsun, mənə onların kəsilmiş başlarını gətirsin. Hə, əziz atam, beləsini istəyirəm... Yoxsa mənə elə qız məsləhət görəcəksən ki, mən də imtina edə bilməyəcəm, sonra ikimiz də çürüyəcəyik... "Qan Turalı kipriklərini qaldırıb gözaltı qıza baxdı. Görür ki, o at üstündədir, nəinki at, hətta özü də zirehə bürünüb, belində qılınc, əlində də nizə"... nə istəyirdi, o da həyata keçdi."

"Dədə Qorqud"da onu da oxuyuruq ki, qadınlar türklərdə əla at çapır, dövrün bütün silahlarından ustalıqla istifadə edirdilər. Hətta tarixdə bəhs edilən amazonkalardan heç də geri qalmırdılar. Dastanda Burla xatunu, Selcan xatunu yada salın. Onlar necə döyüşürlər, vuruşurlar, düşmənləri necə məğlub edirlər.

Beyrəyin Banuçiçəyini də unutmayın.

Firdovsi "Şahnamə" əsərində yazır ki, turan qadınları öz qəhrəmanlıqları ilə ad qazanıblar.

Bu əsərdə Təhminə, hətta öz ərini üstələyə bilir və "süvari" adına sahib olur.

Hələ yol kəsən Ərəbzəngiyə bir nəzər yetirin, heç kim onu üstələyə bilmir.

Türk qadınlarının qonşuluğunda yaşayanların, məsələn, çinli qadınların vəziyyəti isə tamam başqa idi. Qədim çin yazılarının birində ailənin başçısı ataya müraciətlə deyilir: "Qızın beş-altı yaşı olanda bütün günü evdə olmalıdır, qaçmağa və oynamağa icazə verməyin. Yeddi-səkkiz yaşında ev işlərini öyrədin; yer süpürmək, qazan təmizləmək, qab yumaq, toxumaq. On yaşı olanda evdən çıxmağı və ailənin oğlanları ilə oynamağı qadağan edin. Əgər evə qonaq gələrsə, o heç kimin gözünə görünməsin. Əgər bu qonaq qohumlardandısa gəlib hörmətlə salamlaşmalı və çəkilməlidir.

Ona çox danışmağa və ucadan gülməyə icazə verməyin, qohumları evində yaşamaq yasaqdır...

Valideynlər qızlarına tabe olmağın üç qaydasını öyrətməlidir: evdə atasına tabe olmalı, ərə gedəndə ərinin, dul qalanda isə oğlunun əmrlərilə oturub durmalıdır."

Beləcə konfus əxlaqı ilə tərbiyə olunmalıdır. Əgər qız, yaxud qadın atasına və ya ərinə qulaq asmırdısa, ölümə məhkum olunurdu, özü də boğularaq.

***

Qədim türklər Umay (ilahə) ananı (humay) çox sevir və sitayiş edirdilər, çünki, o anaların, körpələrin və balaca uşaqların himayəçisi və müdafiəçisi idi. Əgər Umay ana hirslənərdisə eldə (dövlətdə) doğuşlar dayandırılardı. 

Başqa bir həşəmətli ilahə Öləng (Olənq) idi. O, Tenqirxanın xatunu sayılırdı və suyun, otun, ağacların, nikaha girənlərin himayəçisi və müdafiəçisi idi.

Tovuz rayonunun Qəribli kəndi yaxınlığında I-IV əsrlərin Hun ilahəsinin kiçik heykəli arxeoloqlar tərəfindən kəşf edilmişdir. O da doğuşu və nəsil artımını himayə edirdi.

Başqa bir türk qövmündə, saxalarda nəsilartırma ilahəsi Ayzit adlanır. Deyilənlərə inansaq, Ayzit yeni doğan qadınlara kömək edir və üç gün ərzində başı üstündə dayanıb, onu hər bəladan hifz edir. Bundan sonra o öz evinə, göyün üçüncü qatına qalxır. Ayzit tayfanın əxlaqi kodekslərini pozan qadınlara kömək etmir, əksinə cəzalandırır. Xaqanlıq dövründə ev (ocaq, eşik) təkcə kişiyə məxsus deyildi, həm də onun xanımının idi. Kişi buna görə "ev ağası", qadın isə "ev xanımı" adlanırdı.

Əfsanələrə görə (əfsanələr də elə-belə yaranmırdı, törələrdən yaranırdı və qövmü, eli qorumaq üçün xüsusi olaraq tayfada, xalqda (bodunda) hökmən bir nəfər söyləməçi (danışan olurdu ki, bütün düzülüb qoşulanları gələcək nəsillərə ötürsün) evdə, eşikdə iki ruh yaşayırdı, hansı ki, ocağı qoruyurdu. Onlardan biri  kişi, digəri isə qadın ruhu idi. Birinə "od ata", digərinə isə "od ana" deyilirdi. Hər səhər evin "gəlini, yaxud qızı ocağa yağ atıb, "od  ata, od ana" deyərək dualar edirdi.

İndi bildinizmi, oda, günəşə hörmət etmək hardan gəlib? Törələrdən. Yeni gün (Novruz) bayramı da məhz qədim türklərin gələnəyindən gəlirdi. Hətta min dörd yüz illik islam ehkamları, yetmiş illik həbsxana dövləti olan Sovet İttifaqı bunu qadağan edə bilmədi. Çünki bu bayram mentalitetdən, islamaqədərki adətlərdən irəli gəlirdi. Çünki bu bayramı və digər ayinləri şüur altında oturmuş etnososial psixologiyadan qopub gələn, "belə olmalıdır" deyə icra edirdik. 

Törələri unudurduq, islam dini də buna daha çox çalışırdı. Amma, hardasa beynimizin dərinliyində ilişib qalan, hansısa törənin bir hissəsini həyata keçirirdik. İndi də and içəndə "od haqqı", "ocaq haqqı" deyənlərimiz çoxdur. "Su haqqı" deyənlər də vardır. Təsadüfü deyil ki, yalnız türklər övladlarına "Ocaqqulu", "Tanrıverdi", "Tanrıqulu" adları verirlər. İndi də bu proses davam edir. Törədən gələn qaydalara görə, bəzi yerlərdə nəvəyə "torun"deyirlər. İndi bu söz işlədilmir. Bir vaxtlar spermaya (kişiyə məxsus toxum mayesi) "torum" deyilirdi. Bu da nəsil davamçısı anlamına gəlirdi.

Evin girişi (eşik, ona görə indi də, hal-əhval tutanda ev-eşikdə nə var, nə yox, deyə sual veririk) türklərdə müqəddəs sayılırdı. Yad adam evə-eşiyə icazəsiz gələ bilməzdi.

Türklər ailə sədaqətinə inanılmaz dərəcədə sadiq idilər. Əvvəllər, onlara qul və çoxarvadlılıq yad idi. Adətən onlar bir qadına ömürlük sadiq olurdular. Az sayda əsir qadınlardan xidmətçi kimi istifadə edir, zaman keçdikcə onlar da bərabər hüquqlu insana çevrilir, evin bir hissəsi olurdular. Orta əsrlər tarixçisi, ağqoyunlular sarayında hadisələri qələmə alan Fəzlullah ibn Ruzbixan Xuncı özünün "Tarix Aləm areyi" kitabında, baxmayaraq ki, o ağqoyunlular haqqında yazır, lakin biz görürük ki, hələ orta əsrlərin ortalarına qədər törələrə əməl edilirdi. Beləliklə, o qeyd edir:

"-  fəth etdikləri yerdə qadınlara toxunmazdılar... 

onlara xaqanlıq nəsildən-nəsilə ötürərdilər", əgər törələr pozulmurdusa...
"həmişə törəpərəst olurdular...
onlar heç vaxt yalançı dini və təriqəti yaymazdılar...
alimlərə, elmə meyl edənlərə hörmətlə yanaşır, onlara hər cürə dəstək verirdilər...
onlar cəsurdurlar...
onlar evlərini öz mülkləri saydıqlarından onu qoruyurdular.
onlar tamahkar deyildilər... dostun və düşmənin ləyaqətinə hörmətlə yanaşardılar...
hakimiyyətləri altında olanların əmlaklarına toxunmur və zəbt etmirdilər...
onlar mülkiyyətində olan tanınmış və sadə insanlara qarşı mərhəmətli və səxavətli idilər, istər bu İnd çayının sahillərinə olsun, istər Azərbaycanda, hər iki İraqda, istərsə də Farsda, yaxud Kermanda...

Göründüyü kimi, hətta islam dövründə də türklər ədalətli, insaflı, sözünə düz, ləyaqətli idilər.

Lakin qədim türklər bu dünyada tək yaşamırdılar, onların Çin, əhəmənilər, sasanilər, yunanlar, Avropa kimi qonşuları da olub və cariyələri başlarına toplamaq da onlardan bizə keçib. Xaqanlığın yaranması ilə yanaşı, hökmdarlar  qanuni xanımından savayı, cariyələri də səfərlərə, fəthlərə aparmağa başladılar. Qanuni xanımın cariyələrdən fərqləri əsasən ondan ibarət idi ki, onun övladı xaqan, xan nəslindən idi və hakimiyyətin varisi sayılırdı.

Bəzi türk tayfaları Çinlə sərhəddə yaşayırdılar və tez-tez bu ölkəyə hücum edir, həm də çin qadınlarını məşuqə edib onları saxlayırdılar.

Əgər məşuqə imperator soyundan idisə, ona yanaşma tamam fərqli idi. Bu məşuqələrdən üstün olsa da, qanuni xaqan xatunundan aşağı idi. Məşuqələr, yaxud cariyələr heç vaxt xaqanın arvadı ola bilməzdi. Onların uşaqları heç zaman varis sayıla bilməzdi. (Tarixdə bunun əksinə də rast gəlinib. Sultan Süleymanın cariyəsi Roksalana sonradan qanuni xatunu hesab edilib və oğlu da hakimiyyətə gəlib) Türk qadının mövqeyi ailədə çox yüksək olub. Böyük ailə xaqanlıqda "soy" adlanıb. Əgər əqraba yeddi arxa dönənin hesab edilirdisə, "soy"a yalnız baba və nənə, ata və ana, uşaqlar, dayı və xala, bibi, əmi, onların uşaqları daxil idilər. Beləliklə, soy ən yaxın qohumları, həm ata tərəfindən, həm də ana tərəfindən özündə birləşdirirdi. Ailə ana tərəfdən "ana soyu", ata tərəfdən isə "ata soyu" adlanırdı. Bizdə isə bu bəzən "qan" və "sümük" qohumluğu adlanırdı.

Ata və ana qohumları ailədə bərabər hüquqlu sayılırdılar. Keçmişdə türk qızları türk olmayana ərə getmirdilər və bir tərəfi də türk olmayana "türk" demirdilər.

Deyilənlər, həm də hakim sülaləyə aid idi. Taxt varisi ata tərəfdən "təkin", ana tərəfdən isə "inal" (inanc) titulu daşıyırdı. Taxtda oturmuş varis hər iki - təkin və inal titulunu daşımalı idi, daha doğrusu, varisin hər iki tərəfi xaqan nəslindən olmalı idi. Bu qayda, hətta qacarlar (1796-1925) dövrü də daxil olmaqla davam etmişdi. Osmanlı imperiyasında sultan soyun böyük şahzadəsi olurdu.

Əski türklərdə hər hansı bir səbəbdən ailədə tək oğul qalırdısa, hökmən onun qulağına sırğa taxılardı. Əsgərlikdə komandir sırğalı əsgər görüncə, ona təhlükəli vəzifə verməzdi, çünki törə ona bu səlahiyyəti verməmişdi. Əgər soyda sonuncu kişi olardısa, o zaman kişi qulağına iki sırğa taxardı. Buna da əsas səbəb əsgər soyunu davam etdirməsi ən vacib məsələ sayılırdı. Lakin çoxəsrlik türk adətləri zaman keçdikcə zəiflədi. Qədim türk mədəniyyətinin yerini ərəblərin, farsların və başqa qonşuların adətləri və mədəniyyətləri tutdu. Buna baxmayaraq, iyirminci əsrin əvvəllərinə qədər qadın statusu bir çox ölkələrdə və türk tayfalarında qorunub saxlandı.

ARDI  VAR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:337
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 May 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see741

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see318

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see305

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see298

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see269

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see258

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see257

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see251

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see248

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see243

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see241

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see223

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see222

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see216

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see197

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see195

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see190

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see184

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri