Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

5 ilə nələr dəyişdi? Fotolar

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Bu büdcə sənədində fundamental suallar açıq qalır RAZİ NURULLAYEVDƏN HÖKUMƏTƏ ÇOXSAYLI SUALLAR

Bu büdcə sənədində fundamental suallar açıq qalır RAZİ NURULLAYEVDƏN HÖKUMƏTƏ ÇOXSAYLI SUALLAR

Icma.az bildirir, Gununsesi portalına istinadən.

“2026-cı ilin dövlət büdcəsi ölkəmizin iqtisadi inkişaf trayektoriyasını müəyyən edən başlıca sənəddir. Təqdim olunan büdcə layihəsini diqqətlə təhlil etdikdə görürük ki bir sıra fundamental suallar açıq qalır. Həmin sualları sağlam fərqli yanaşma əsasında diqqətinizə çatdırmaq istəyirəm.

Birinci məsələ – büdcənin gəlirlər hissəsinin dayanıqlığıdır. Gəlirlərin mühüm hissəsi hələ də neft-qaz sektorundan asılı vəziyyətdədir. Əsas fokusu qeyri-neft sektorunun inkişafına yönəltməliyik. Bu sahədə, zənnimcə, daha çox təşəbbüs edirik, danışırıq, real nəticə isə zəifdir. Çünki, qeyri-neft sektorunun artımı əsasən neft və qaz layihələrinə bağlı sahələrin inkişafından qaynaqlanır və bunu real artım kimi görmək nə dərəcədə düzgündür?”

Gununsesi.info bildirir ki, bunu deputat Razi Nurullayev Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Deputatın qaldırdığı növbəti məsələ isə  inflyasiya və əhalinin alıcılıq qabiliyyəti barədə olub:

“Büdcə layihəsində sosial paket normaldır, artımlar nəzərdə tutulub. Amma gəlin etiraf edək: bu artımlar insanların minimal yaşayış tələbləri və real inflyasiya fonunda əhəmiyyətini itirir. Qiymətlər sürətlə artır, orta təbəqə daralır, sosial həssas qruplar daha çox çətinliklə üzləşir. Əməkhaqqı və pensiya artımları var, real bazarda isə bu artımın təsiri hiss olunmur.

Üçüncü məsələ – investisiya xərclərinin strukturudur. Büdcədə investisiya layihələri üçün böyük məbləğ nəzərdə tutulsa da, şəffaflıq hələ də əsas problem olaraq qalır. Hansı layihənin ölkə iqtisadiyyatına hansı effekt verəcəyi konkret şəkildə göstərilmir. İnvestisiya proqramlarında prioritetlər bəzən siyasi, bəzən inzibati qərarlarla formalaşır, iqtisadi rasional yanaşma isə ikinci plana keçir. Nəticədə xərclərin effektivliyi azalır. Büdcə vəsaiti xərclənir, amma ölkə iqtisadiyyatı həmin xərclərin dəyərini tam qaytara bilmir.

Dördüncü məsələ – regionların inkişafı. Büdcə bölgüsü yenə də mərkəz yönümlüdür. Regionlarda demoqrafik boşalma, işsizlik davam edir. Regionlara ayrılan vəsaitlər struktural dəyişikliklərə deyil, daha çox görünüşü gözəl layihələrə yönəlir. Bu isə strateji yanaşma deyil. Regionlar iqtisadiyyatın sütunudur və onların inkişafı olmadan qeyri-neft sektorunun artımından danışmaq mümkün deyil. Regionlar iqtisadi sərbəstlik və iqtisadi idarəçilik məsələsində mərkəzdən asılı duruma salınmamalıdır. Nə qədər ki, bu belə olacaq, regionlar istədiyimiz kimi inkişaf etməyəcək.

Beşinci məsələ – dövlət borcu və idarəetmə xərcləridir. Büdcə xərcləri arasında dövlət idarəçiliyinə ayrılan vəsait yenə yüksəkdir. Dövlət borcunun xidmətinə görə ödənişlər də artır. Biz dövlət aparatını optimallaşdırmadan, idarəetməni şəffaflaşdırmadan xərcləri effektiv edə bilmərik. Bu qədər nəzarətə nəzarət qurumuna, bu qədər icra orqanlarına nə ehtiyac var ki. Iqtisadi regionlar üzrə bir icra orqanı və Prezidentin siyasətini müəyyənləşdirən və siyasi vəzifə daşıyan səlahiyyətli nümayəndə daha çevik və səmərəli inkişafa təkan verə bilər”.

Nurullayev çıxışında deyib ki, tənqidi destruktiv deyil, əksinə, konstruktivdir:

“Çünki büdcə bizim ortaq sənədimizdir, ölkənin iqtisadi taleyini müəyyən edən çərçivədir. Mən hesab edirəm ki:

1) Büdcənin gəlirlər hissəsi daha realist və diversifikasiya olunmuş şəkildə tərtib edilməlidir;

2) Sosial sahədə artımlar real inflyasiya ilə müqayisədə daha adekvat olmalıdır;

3) İnvestisiya proqramları tam şəffaf və nəticəyönümlü struktura salınmalıdır;

4) Regionlara ayrılan vəsaitlər real istehsal və məşğulluq yaradan layihələrə yönəldilməlidir;

5) Dövlət idarəçiliyinin xərcləri optimallaşdırılmalıdır.

Büdcəni elə tərtib etməliyik ki, vətəndaş gündəlik həyatında onun müsbət təsirini hiss etsin. Bu isə yalnız rəqəmlərlə yox, real iqtisadiyyatın real vəziyyətini qəbul edib ona uyğun addımlar atmaqla mümkündür.

Sonda isə, hökumət üzvlərini xalqla, sahibkarlarla, cəmiyyətlə, ekspertlərlə, alimlərlə, institutlarla, vətəndaş cəmiyyəti nümayəndələri ilə daha sıx işləməyə, vətəndaşların evlərini ziyarət etməyə dəvət edirəm. Bu təklifi keçən dəfə də vermişdim. Baş nazir Əli müəlimə təklifə isti yanaşdığı üçün təşəkkür edirəm. Problemlər kabinetlərdə yox, vətəndaşın evində, həyətində, baxçasında həll edilsə daha effektiv olar. Mərkəzi Bankın bu məsələdə öncül olduğunu görürəm və təşəkkürümü bildirirəm. Iqtisadiyyat nazirliyinin də bir dəfə analoji toplantısını gördüm. Bu vacibdir”.

Afət Abbasova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Noyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see435

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see294

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see275

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see185

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see156

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see155

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see145

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see142

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see134

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see134

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see133

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see133

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see132

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see132

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see126

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see126

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see125

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri