Icma.az
close
up
RU
Açıq suallar mütləq qapadılmalıdır

Açıq suallar mütləq qapadılmalıdır

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyevin təyyarə faciəsi ilə bağlı sosial media hesablarında etdiyi paylaşım təkcə Anım mənasını ifadə etmir. Bu paylaşım bütün maraqlı tərəflərə, ilk növbədə, faciənin baiskarına növbəti dəfə xatırladır ki, heç kim və heç nə unudulmayıb. Rusiya Prezidentinin Düşənbədə verdiyi vədlərin yerinə yetirilməsi və açıq qalan məsələlərin tam şəkildə qapadılması faciənin ictimai-mənəvi ağırlığına adekvat münasibət kimi qəbul oluna bilər.

Bugünədək açıq qalan məsələlərin siyahısı, təəssüf ki, yalnız təyyarə faciəsi ilə bitmir. Prezident İlham Əliyev dekabrın 24-də Ağdamın 2-ci yaşayış kompleksinin açılış mərasimində onlardan bir neçəsinin üzərində xüsusi  dayanaraq bu mesajı verdi: “Bunların dağılmış bəzi nümunələri Bakıda Hərbi Qənimətlər Parkında nümayiş etdirilir, o cümlədən “İsgəndər M” ballistik raketi, hansı ki, ümumiyyətlə, Ermənistanda olmamalı idi. Çünki “İsgəndər M” raketinin ixracı qadağandır. Əgər belə demək mümkündürsə, ixraca açıq olan “İsgəndər E”, yəni eksport növüdür. “İsgəndər M” raketi necə Şuşaya zərbə endirdi? Elə bu, böyük sualdır”.    

Prezident çıxışında onu da xatırlatdı ki, artıq ləğv olunmuş Minsk qrupunun 28 il ərzindəki fəaliyyətinin yeganə hədəfi Ermənistanın işğalını rəsmiləşdirmək və Azərbaycanı məğlubiyyətlə barışdırmaq idi. Əgər belə olmasaydı, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi 27 il kağız üzərində qalmaz, kiçik Ermənistana qarşı bircə dəfə sanksiya tətbiq edilərdi. Bunu etmək əvəzinə, keçmiş vasitəçilərdən biri işğalçıya əvəzsiz olaraq, dəyəri milyardlarla ölçülən silah-sursat göndərir, ikincisi maliyyə dəstəyi verir, üçüncüsü isə siyasi legitimliyini təmin edirdi. Özü də bunu edənlər sıradan  aktorlar deyil, dünyanın ən böyük gücləri idi. Bu gün geosiyasi məkanda baş verənlər bir daha sübut edir ki, beynəlxalq hüququn əksər hallarda ayaqlar altında qalması və təhlükəsiz dünya nizamının pozulması, ilk növbədə, bu cür ikiüzlü yanaşmanın və siyasi riyakarlığın nəticəsidir.

İşğal dövründə onun da şahidi olduq ki, separatçılıq təhlükəsi ilə üzləşən digər xalqların hüquqları cəmi bir neçə gün ərzində bərpa edildiyi halda, Azərbaycana gəldikdə bu, baş vermədi. Prezident İlham Əliyevin verdiyi mesajlardan biri də haqsızlıqla üzləşən xalqlara münasibətdə utancverici ayrı-seçkilik siyasəti ilə bağlı oldu: “Ukrayna ərazisində, Moldova ərazisində, Gürcüstan ərazisində separatçı yuvalar var. Onların rəhbərlərinə Amerika, Fransa, Avropa ölkələri viza verə bilər? Yox. Amma erməni separatçılarına niyə vizalar verilirdi? Yəni dediyim sözün bir təsdiqi də budur”.

Bu, olduqca cəsarətli bəyanatdır və o, təkcə beynəlxalq hüquqa münasibətdə ayrı-seçkiliyə yol verildiyini təsbit etmir. Bəyanat həm də dünyada siyasi əxlaq dəyərlərinin aşılanmasına ictimai şəkildə ifadə olunan kəskin etirazdır. Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi, sözsüz ki, bu dəfə də kimlərisə xeyli narahat edəcək. Lakin beynəlxalq, xüsusilə ikitərəfli münasibətlərdə qarşılıqlı hörmət və etimadın davamlı olması üçün açıq qalan suallar mütləq qapadılmalı, həqiqətlər deyilməlidir. Çünki tarix də göstərir ki, cəsarətli lideri olmayan heç bir xalq nə separatçılığa qalib gələ, nə də milli maraqlarını qoruya bilir.

Həqiqətləri təhrif etmək və ya tarixi ümumiyyətlə saxtalaşdırmaq istəyənlər bütün dövrlərdə mövcud olub. Hətta bəziləri uzun onilliklər ərzində işğalçı Ermənistan kimi ölkələrə saxta tarix yazmağa və ondan “məzlum” obrazı da yarada biliblər. Erməni cəmiyyətinin ən böyük faciələrindən biri də özlərini bu cür saxta tarixə, uydurma miflərə inandırmaları ilə bağlı idi. Azərbaycan tarixi Zəfəri ilə yalnız ədaləti bərpa etmədi, həm də xəstə erməni təxəyyülünü iflasa uğratdı və işğalçı düşüncəsinin “tarixi” Ermənistandan “real” Ermənistana transformasiyasına təkan verdi. Eyni zamanda, həm özümüz, həm də bədxahlarımız üçün həqiqətləri üzə çıxardı. Prezident İlham Əliyev Ağdamda həmin həqiqətlərdən birini açıq mətnlə belə ifadə etdi: “Bizi işğalla barışdırmaq böyük dövlətlərin əsas vəzifəsi idi. Bizim yanımızda olan tək ölkə Türkiyə idi... Bax, görün biz kimlərlə kəllə-kəllə getmişik. Biz görün Ermənistana olan hansı dəstəyin  fonunda İkinci Qarabağ müharibəsində Qələbə qazanmışıq. Yəni, ona görə bütün bunlar, necə deyərlər, həm düzgün çatdırılmalıdır, həm də bizim təhsil müəssisələrimizdə, ictimai məkanda dəqiq təqdim edilməlidir, yəni bu unudulmamalıdır və biz də heç vaxt unutmamalıyıq”.

Ülvi Quliyev  
Milli Məclisin deputatı     
                                                                           

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Dekabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri