Bu, çətin missiyadır, amma təzyiq bizi boğmur Luis Enrike
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çempionlar Liqasının 1/2 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün "Arsenal"ın qonağı olacaq PSJ-nin baş məşqçisi Luis Enrike oyun ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "RMC Sport" belə çatdırıb:
"Arsenal" PSJ-yə bənzəyir. Bu komanda kollektiv şəkildə hücum etməyi və eyni qaydada müdafiə olunmağı bacarır. Onların da bizim kimi top futbolçuları var, amma rəqibimiz onlardan asılı deyil. "Arsenal" qarşılaşdığımız ən yaxşı komandadırmı? Bilmirəm, demək çətindir. Ancaq istənilən halda, Avropanın ən yaxşılarından biridir. Biz də həmçinin...
Hədəfimiz daha bir addım ataraq ötən mövsüm Çempionlar Liqasında imza atdığımız nəticəni geridə qoymaqdır. Hə, bu, çətin missiyadır, amma təzyiq bizi boğmur. Olduqca ambisiyalıyıq. Biz tarix yazmaq istədiyimizi deyərkən bizə qədər heç kimin etmədiyini nəzərdə tuturuq".
Qeyd edək ki, "Arsenal" - PSJ matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 29 Aprel 2025 20:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















