Dövlət Komitəsi Milli Qəhrəman Şahin Tağıyevin cənazəsinin Azərbaycana gətirilməsini nəzarətə götürüb
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Diasporla İş üzrə Dövlət Komitəsi İsveçin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsinin Azərbaycana gətirilməsi məsələsini nəzarətə götürüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, qurumun nümayəndələri məsələ ilə bağlı mərhumun ailə üzvləri ilə daim ünsiyyətdədir.
Hazırda cənazənin Azərbaycana gətirilməsi üçün sənədləşmə və digər texniki məsələlər həll olunur.
Qeyd edək ki, bu, eyni zamanda, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) əsasnaməsindən irəli gələn məsələdir. Qurumun sənədinə əsasən, müəyyən müddət xarici ölkələrdə yaşamış və xüsusi xidmətləri olan şəxslərin cənazəsi Azərbaycana gətirilir və burada dəfn olunur.
Xatırladaq ki, Ş.Tağıyev 1949-cu il fevralın 3-də Tərtər rayonunda anadan olub. O, dekabrın 29-da İsveçin Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 30 Dekabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















