Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

Bu cür davranış İranı daha çox təcrid edir

Bu cür davranış İranı daha çox təcrid edir

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


İranın nüfuzlu "Cumhur-i İslami" qəzetinin molla rejiminə tövsiyələri xüsusi maraq doğurur. Belə ki, sözügedən qəzet yazır ki, rəsmi Tehranın Ukraynanın Xəzər dənizində İran gəmisinə hücumuna görə Kiyevlə qarşıdurmaya getməsi səhv addım olar. Kiyevlə gərginliyin həlli üçün düzgün yol düşünülməlidir. "Əgər İran Ukraynanın İran gəmisinə hücumu ilə bağlı ayıq-sayıq hərəkət etməsə, ABŞ məqsədinə çatacaq. İran gəmisinə Ukrayna hücumunun planlaşdırıcılarını məhv etmək üçün İran rəsmiləri Ukrayna ilə gərginliyi həll etmək isiqamtində ayıq-sayıq olmalı və uzaqgörənliklə hərəkət etməlidirlər",- qəzet əlavə edib.
Qəzet daha sonra rəsmi Tehranı Ukrayna məsələsində Rusiyadan fərqli yol seçməyə çağırıb: "Düzgün yol İranın Ukrayna ilə münasibətlərdə yolunu Rusiyadan ayırması və müdaxilə etmək əvəzinə, Kiyevlə gərginliyi həll etməsidir. Sirli əllər İranı Ukraynada tələyə salmaq istəyir. Rəsmilər bu tələyə düşməmək üçün diqqətli olmalıdırlar".
Əlbəttə, "Cumhur-i İslami"nin bu tövsiyələri rasional düşüncə təsiri bağışlayır. Yəni ki, İran cəmiyyətində sağlam düşüncəyə əsaslanan, konstruktiv mövqe tutan adekvat şəxslər və ya media qurumları da var. Lakin çox istərdik ki, həmin şəxslər və qurumlar molla rejiminə təkcə Ukrayna məsələsində yox, Azərbaycana münasibətdə də düzgün yol seçməyi, səmimi qonşuluq siyasətinə üstünlük verməyi tövsiyə etsinlər. Çünki bu gün SEPAH-ın monopoliyasına keçən molla rejimi əvvəlkindən də daha toksik siyasət yürüdür. Azərbaycanın dövlət televiziyası olan AzTV-nin rəsmən "düşmən media" elan edilməsi də, əslində, SEPAH-ın qərarıdır.
Beləliklə, üfüqdə iki əsas xətt görünür: bir tərəfdən İran daxilində bəzi media və ictimai dairələrdə daha praqmatik, eskalasiyadan yayınan mövqe formalaşdığı diqqət çəkir, digər tərəfdən isə bu nümunədən çıxış edib həmin məntiqin Azərbaycana münasibətdə də tətbiq olunması üçün imkan yaranır. Bu, mahiyyətcə çox güclü və məntiqli müqayisədir: əgər Tehran Ukrayna məsələsində emosional qarşıdurma yox, hesablanmış deeskalasiya yolunu düzgün sayırsa, eyni prinsipi qonşuluq münasibətlərində də tətbiq etməsi gözləniləndir.
Başqa sözlə desək, sağlam düşüncə təkcə uzaq xarici siyasətdə deyil, yaxın regional münasibətlərdə də rəhbər prinsip olmalıdır. Deməli, Azərbaycana münasibətdə də “təzyiq və düşmənçilik” xətti deyil, qarşılıqlı hörmətə söykənən, səmimi qonşuluq siyasəti önə çıxmalıdır. Bu arqument xüsusilə önəmlidir, çünki regionda gərginlik yaradan addımlar həm siyasi etimadı sıradan çıxarır, həm də tərəflərin təhlükəsizlik maraqlarına zərər vurur.
AzTV məsələsini qeyd etməyimiz də təsadüfi deyil: əgər bir dövlətin rəsmi media orqanı qonşu ölkə tərəfindən “düşmən media” kimi hədəfə alınırsa, bu artıq təkcə informasiya savaşı deyil, siyasi münasibətlərin sistemli şəkildə korlanması deməkdir. Belə addımlar adətən cəmiyyətlərarası etimadı azaldır və gələcək dialoqu daha da çətinləşdirir. Ona görə də hesab edirik ki, İran daxilində rasional mövqe tutan dairələr bu cür xəttin nə Tehrana, nə də regiona xeyir vermədiyini açıq deməlidirlər. Azərbaycan üçün əsas məsələ qarşı tərəfi dəyişməkdən çox, öz maraqlarını qorumaqdır. Amma eyni zamanda, İran daxilindəki praqmatik dairələrin mövcudluğu dialoq üçün fürsət pəncərəsi kimi dəyərləndirilə bilər.
Bu baxımdan, İranın bəzi media və ictimai dairələrində rasional düşüncənin mövcudluğu öz-özlüyündə müsbət siqnal olsa da, lakin bu düşüncə yalnız Ukrayna məsələsində yox, Azərbaycanın da daxil olduğu bütün regional münasibətlərdə tətbiq olunmalıdır. Əgər Tehran doğrudan da tələlərdən yayınmaq, sabitlik yaratmaq və uzaqgörən davranmaq istəyirsə, o zaman qonşularına qarşı düşmənçilik ritorikasını deyil, qarşılıqlı hörmət və səmimi əməkdaşlıq xəttini seçməlidir. Əks halda, rasional görünən tövsiyələr kağız üzərində qalacaq. Dövlətin diplomatik-siyasi maraqları ilə güc strukturlarının (xüsusən də SEPAH-ın) dar baxışı üst-üstə düşməyəndə nəticə gərginlik olur. İranın problemi də məhz budur.
Məsələyə bu kontekstdən yanaşsaq, indi əsas sual budur: əgər Tehran Ukrayna məsələsində gərginliyi azaltmağın, qarşıdurmadan yayınmağın doğru olduğunu anlayırsa, elə isə niyə eyni məntiqi Azərbaycana münasibətdə tətbiq etmir? Məhz bu sual İranın regional siyasətinin mahiyyətini açmaq baxımından vacibdir. Bəli, "Cumhur-i İslami" kimi bəzi media orqanlarının səsləndirdiyi praqmatik mövqe göstərir ki, ölkədə sağlam düşüncə tamamilə sıradan çıxmayıb. Amma çox təəssüf ki, bu rasional yanaşma sistemli dövlət siyasətinə çevrilmir. Əksinə, SEPAH-ın təsirinin artdığı şəraitdə Tehran daha toksik, daha aqressiv və daha riskli bir regional xətt yürüdür. Azərbaycanla münasibətlərdə də bu xətt açıq görünür. Lakin İranın Azərbaycana qarşı sərt tonu nə təhlükəsizliyi artırır, nə də regional nüfuzunu gücləndirir. Əksinə, bu cür davranış İranı daha çox təcrid edir və ona qarşı etimadsızlıq yaradır.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəyliik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 İyul 2026 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see451

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see413

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see295

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see293

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see287

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see260

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see257

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see244

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see229

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see222

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see210

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see208

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see206

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see204

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see202

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see187

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri